Heyvanlar aləmi Qoxu mütəxəssisləri

Qoxu mütəxəssisləri



İtlərin burnu qoxulara qarşı olduqca həssasdır. Bu canlılar qoxubilmə orqanını yem axtarmaq, ovlanmaq, istiqamət təyin etmək, qarşı cinsin və balalarının yerini müəyyən etmək üçün istifadə edirlər.  Bəzi it növlərinin qoxuya qarşı həssaslığı insanlardan milyon dəfə güclüdür. Belə ki, insan burnunda 5 sm2 olan qoxu bölgəsi itlərdə 150 sm2-ə çatır.

İtlərin beynindəki qoxu funksiyasını yerinə yetirən hüceyrələrin sayı insanlardan 40 dəfə artıqdır. Məsələn, “terrier” cinsində 147 milyon, alman çoban itində 225 milyon qoxu reseptoru var. Qoxubilmə duyğusu güclü olan bladxaund cinsi heç bir izin görünmədiyi ərazilərdə iz axtara və 80 kilometrdən daha uzaq məsafədən insanın izini təqib edə bilir. 


İtlərin qoxubilmə duyğusu güclü olduğu üçün dünyada milyonlarla qoxu olmasına baxmayaraq, heç vaxt səhv etmir və müxtəlif qoxuların arasından axtardıqlarını asanlıqla müəyyən edirlər. Hətta 5 litr suyun içində bir damcı qanın varlığını hiss edə bilirlər. Donuz, öküz, at, qoyun, dovşan kimi heyvanların qoxuları arasında böyük bənzərlik olsa da, onları ayırd etməyi bacarırlar.  

İz axtaran it canlının qoyduğu qoxu izlərini təqib edir. İnsan müəyyən bir yerdə velosipedə minsə də, it onun izini təqib etməyə davam edir. Torpaq və ya ot kimi qoxu saxlayan materialların üstündəki qoxu izini bir neçə saat sonra da asanlıqla təqib edə bilir. 

Şübhəsiz ki, itlərin sahib olduğu qoxubilmə hissinin həssaslığı Allah’ın qüsursuz yaratmasını göstərən saysız-hesabsız dəlillərdən biridir. Allah bir ayədə belə bildirir: 

“Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması O’nun dəlillərindəndir. O, istədiyi vaxt onların hamısını bir yerə toplamağa qadirdir..” (Şura Surəsi, 29) 

 

/ Heyvanlar aləmi 580