Digər Kainatın ehtişamlı böyüklüyü

Kainatın ehtişamlı böyüklüyü


Günəş sistemi hər bir təfərrüatı ilə birlikdə canlılar üçün xüsusi olaraq yaradılıb. Başqa sözlə desək, kainatın fiziki qanunları kimi Yer kürəsinin kosmosdakı mövqeyi də kainatın insan həyatı üçün dizayn edildiyini göstərən dəlillərdəndir. Aparılan bütün araşdırmalar sonsuz güc və ağıl sahibi olan Allahın bu qüsursuz nizamı və dizaynı yaratdığını təsdiq edir. 
 
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat surəsi, 47) 

Kainatda qüsursuz nizam var. Bu qüsursuz nizam içində Günəş sistemi çox kiçik yer tutur. Ancaq kainatla müqayisədə bir nöqtə boyda olan bu kiçik sistem bizə görə çox böyükdür. Günəş sisteminin böyüklüyünü bir az daha detallı düşünək.
 
Ucsuz-bucaqsız kainat 

Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta böyüklükdə ulduz olan və Günəşin ətrafında fırlanan doqquz planetdən ibarətdir. Yer kürəsi sistemdə Günəşə ən yaxın üçüncü planetdir. Günəşin diametri Yer kürəsinin diametrindən 109 dəfə böyükdür. Ancaq bu qədər nəhəng ölçüyə sahib olan Günəş sistemi Süd Yolu qalaktikasına nisbətdə çox kiçikdir. Çünki Süd Yolu qalaktikasında Günəş kimi və ondan daha böyük təxminən 250 milyard ulduz var.

Maraqlısı da odur ki, Süd yolu qalaktikasının özü də kosmosun içində çox “kiçik” yer tutur. Çünki kosmosda başqa qalaktikalar da var. Təxminən 300 milyarda qədər! … Corc Qrinşteyn (George Greenstein) bu ağlasığmaz böyüklüklə əlaqədar “Simbioz kainat” (The Symbiotic Universe) adlı kitabında belə yazır: 

“Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika elə də fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində baş verən təməl fiziki hadisələrdə heç bir dəyişiklik olmazdı. Uzaq nöqtədən baxıldıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq gecə otların üzərinə uzanıb izlədiyim səmada çox sayda ulduz olardı. Üzr istəyirəm, bəli, bir fərq də olardı; bu mənzərəni seyr edəcək “mən” olmazdım … Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir.” (Corc Greenstein, The Symbiotic Universe) 

Qrinşteyn bunun səbəbini də izah edir: kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişikliklərin insan həyatına tam uyğun olaraq formalaşmasını təmin edir. Bundan əlavə, Yer kürəsinin kosmik boşluğunda gəzişən nəhəng göy cisimləri ilə toqquşmasına maneə olan faktor da kainatdakı göy cisimlərinin arasının bu cür böyük boşluqlarla dolu olmasıdır.

Qısacası, kainatdakı göy cisimlərinin yerləşməsi, qüsursuz nizam və tarazlıq insan həyatı üçün tam lazımi quruluşdadır. Nəhəng boşluqlar təsadüfi deyil, məqsədli yaradılışın nəticəsidir.

Günəş sistemi 

Kainatdakı nizamın bariz nümunələrindən biri də Günəş sistemidir. Günəş sistemində 9 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə olan yaxınlıqlarına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Uran və Plutondur. Bu planetlərin və 54 peykin içində yaşamağa əlverişli səth və atmosferə sahib olan yeganə göy cismi isə Yer kürəsidir.

Günəş sisteminin quruluşunu araşdırdıqda çox böyük tarazlıqla qarşılaşırıq. Planetləri dondurucu soyuqluqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı tarazlıqdır. Günəş böyük cazibə qüvvəsi ilə bütün planetləri özünə tərəf çəkir, onlar da fırlanmaları nəticəsində ortaya çıxan mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Əgər planetlərin fırlanma sürəti bir az daha yavaş olsa idi, o zaman bu planetlər sürətlə Günəşə doğru çəkilər və Günəş tərəfindən böyük partlayışla udulardı.

Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətli fırlansalar, bu zaman da Günəşin gücü onları tutmağa çatmayacaq və planetlər xarici kosmosa sovrulacaqdılar. Halbuki çox dəqiq tarazlıq qurulmuşdur və bu sistem bu tarazlığı qoruduğu üçün davam edir.

Günəş sistemindəki fövqəladə tarazlığı kəşf edən Kepler, Qaliley kimi astronomlar isə bu sistemdə açıq-aşkar bir dizayn olduğunu ifadə ediblər. Günəş sisteminin quruluşu haqqında əhəmiyyətli kəşflər edən və ən böyük elm adamı sayılan İsaak Nyuton isə belə yazmışdır:

“Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox dəqiq sistem yalnız ağıl və güc sahibi Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər … O, bunların hamısını idarə edir və bu gücünə görə Ona üstün qüvvə sahibi Rəbb deyilir.” (Michael A. Corey, God and the New Cosmology)

Yer kürəsinin mövqeyi 

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, yaşadığımız Yer planetinin bu sistem, eləcə də kosmos içindəki yeri də qüsursuz yaradılışın varlığını göstərir.
Son astronomik kəşflər sistemdəki digər planetlərin varlığının Yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, əslində, Yer kürəsinin tarazlığını təmin edir. Astrofizik hesablamalar Yupiterin orbitdəki varlığının sistemdəki Yer kimi digər planetlərin orbitlərinin sabitliyini təmin etdiyini ortaya çıxarmışdır. Yupiterin Yer kürəsini qoruyucu ikinci funksiyasını isə planetetoloq Corc Vezeril (George Wetherill) “Yupiter necə də fərqlidir” adlı məqaləsində belə açıqlayır:

“Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə planet mövcud olmasa idi, Yer kürəsi planetlərarası boşluqda gəzişən meteorlara və quyruqlu ulduzlara təxminən min dəfə daha çox hədəf olardı… Əgər Yupiter olduğu yerdə olmasa idi, biz də Günəş sisteminin mənşəyini araşdırmaq üçün var ola bilməzdik.” (G. W. Wetherill, “How Special his Jupiter?”, Nature, dəri. 373, 1995, s. 470) 

Günəş sistemi hər cür detalı ilə birlikdə canlılar üçün yaradılmış xüsusi dizayna malikdir. Başqa sözlə, kainatın fiziki qanunları kimi Yer kürəsinin kosmosdakı mövqeyi də bu kainatın insan həyatı üçün yaradıldığını sübut edir.

Bəzi insanların bunu anlaya bilməməsinin səbəbi səmimi və qərəzsiz olaraq düşünməmələridir. Ancaq səmimi olaraq düşünən hər ağıl sahibi insan kainatdakı heç bir şeyin məqsədsiz və təsadüfən olmadığını, kainatı Allahın canlılar üçün yaratdığını və dizayn etdiyini anlayar. 

/ Digər 1390