Digər Venera süngərlərininin möhkəmliyi və sümüklərimiz

Venera süngərlərininin möhkəmliyi və sümüklərimiz


Biomimetika dünyasından yeniliklər

Gündəlik həyatımızı asanlaşdıran texnoloji yeniliklərə ilham mənbəyi olan canlılar Allahın yaratma sənətinin nümünələridir. Elm adamları yaradılış möcüzəsi olan canlıları araşdırdıqca hər gün yeni xüsusiyyətlərini kəşf edir və texnologiyanın müxtəlif sahələrindəki əskiklikləri aradan qaldırmaq üçün bu xüsusiyyətlərdən istifadə edirlər.
Texnoloji inkişafa təkan verən yeniliklər nələrdir?

Elm adamlarına ilham mənbəyi olan canlılar hansılardır?

Venera süngərlərininin möhkəmliyi və sümüklərimiz

Sakit okeanın qərbində, 1000 metr dərinlikdə yaşayan Venera süngərləri (E. Aspergillum) aşağı temperaturda elastik fiber optik kabellər hazırlamaqla elm adamlarını və bioloqları təəccübləndirən və gələcəkdəki materiallara ilham mənbəyi olacaq şüşə qəfəslər inşa edirlər. Venera süngərləri kövrək şüşəni möhkəm materiala çevirmək üçün ən azı 7 struktur xüsusiyyətindən istifadə edirlər. Təməl mühəndislik prinsiplərinə əsaslanaraq inşa edilmiş, şüşə qəfəslər şəklində olan bu struktur fiberlə bərkidilmiş sementdən, düyünlənmiş tirlərdən və sütunları möhkəmləndirmək üçün 45 dərəcəli bucaq altında yerləşdirilmiş, çarpaz tirlərdən ibarətdir. Skeletin əsasını təşkil edən iynəyəbənzər şüşə tirlərin diametri 10 milyonda və ya 100 milyonda 1 metrdir və bunlar adi şüşə çubuqlardan daha mürəkkəb quruluşa sahibdirlər.  Tirlər şüşə və yapışqan təbəqələrdən ibarətdir. Hər şüşə təbəqə bir-birinə keçmiş, metrin milyardda biri qədər kiçik şüşə hissəciklərdən meydana gəlir. Şüşə təbəqələrin arasındakı yapışqan isə çatın bir təbəqədən digərinə keçməsinin qarşısını alaraq skeletin mohkəmliyini təmin edir. 

Bu canlıların şüşə evlərinə bənzər minerallara sahib olan sümüklərimizi və dişlərimizi tədqiq edən elm adamları sümüklərin bərpasına yardım edəcək maddələr istehsal etməyə çalışırlar. Biomineralizasiya adlanan bu mürəkkəb prosesin təqlidi olduqca çətindir. Tədqiqatçılar bu prosesi araşdırmaq və aydınlaşdırmaq üçün yenidən təbiətə üz tutublar.

 

/ Digər 539