Digər Amin turşularının möcüzəvi istehsalı

Amin turşularının möcüzəvi istehsalı


Sənaye üçün nəzərdə tutulan istehsal mexanizmləri çox mühüm sistemlərdən təşkil olunub. Məhsulların istehsalı nəzarət altında, keyfiyyətli və davamlı həyata keçir. Bir ədəd məhsulun istehsalı üçün belə çox sayda mexanizm və xammal tələb olunur. Bu mexanizmlərin istehsalında isə mühəndislər, elm adamları və işçilər çalışırlar. Dəqiq hesablamalar və dizaynlar edilərək ən yaxşı nəticə verən sistemlər hazırlanır. Bu iş heç vaxt təsadüflərə yer verilərək görülmür, əksinə hər mərhələsinə ciddi şəkildə nəzarət edilir. Müasir biologiya və genetika elmi eynilə bu nümunələrdə olduğu kimi canlılar aləmində də yüksək texnologiyaya sahib fabrikciklərin və istehsal mexanizmlərinin olduğunu sübut etmişdir. Bunlardan biri də orqanizmin əsas maddələrindən biri olan amin turşularının istehsalı ilə bağlıdır.
Bir istehsal mexanizmi gördüyünüzdə, əlbəttə ki, bunun təsadüfən yaranmadığını bilirsiniz. Hüceyrələrimizdə də istehsal mexanizmləri mövcuddur. Bunlar, canlılardakı bütün sistemlərin yüksək ağıl tərəfindən idarə olunduğunu göstərir.
Amin turşusu möcüzəsi 
Amin turşuları zülalların quruluş vahidləridir. Canlılarda 20 növ amin turşusu mövcuddur. Fermentlər və hüceyrələrdəki kompleks fabriklər amin turşularından istifadə edərək sanki göydələn kimi nəhəng molekulları, yəni zülalları inşa edirlər. Belə ki, amin turşularının miqdarına nəzarət etmək çox mühüm vəzifədir.
Amin turşuları çox təfərrüatlı istehsal zəncirindən sonra meydana gəlir. Amin turşularının istehsalı üçün diqqətlə işləyən fermentlər fəaliyyət göstərir. Amma burada çox maraqlı bir nüans var. Fermentlərin özləri də zülal quruluşlarından ibarətdir və zülallar da dolayısilə amin turşularından təşkil olunublar. Buna görə də mərhələli təkamülün baş verməsi qeyri-mümkündür. Amin turşuları olmasa, fermentlər, fermentlər olmasa, amin turşuları yaranmazdı.
Zülal istehsalında 20 növ amin turşularından istifadə olunur. Bu amin turşularının hüceyrələrdəki istehsalı möcüzəvi şəkildə baş verir. Çünki bu prosesdə iştirak edən fermentlər də amin turşularından yaranmışdır. 
Zülal molekulları eynilə göydələnlər kimi nəhəng quruluşdadırlar. Göydələnlər təsadüfən yarana bilməzlər. Onlar kimi mürəkkəb quruluşa malik zülalların da təsadüfən yaranması qeyri-mümkündür.
Sistemin incəlikləri
Canlılarda istifadə olunan amin turşuları karbon, azot, hidrogen və oksigen kimi atomlardan təşkil olunmuşdur. Bu atomlar profesional mütəxəssis kimi işləyən onlarla ferment tərəfindən emal olunurlar. Hər ferment yalnız bir işlə vəzifəlidir: tək bir atomu bəlli bir molekulun bəlli bir hissəsinə birləşdirir. Bu vəzifəni səhvsiz və mükəmməl şəkildə yerinə yetirir. Fermentlər istehsal prosesində ardıcıl fəaliyyət göstərən işçilər kimi işlərini sıra ilə həyata keçirirlər. Hər biri doğru zamanda fəaliyyətə başlayır. Bir fermentin istehsal etdiyi maddəni digəri alaraq emal edir və növbəti fermentə ötürür. Bu fermentlərdən birinin belə olmaması və ya quruluşlarında kiçik bir səhvin yaranması bütün sistemi məhv edir.
Tikinti sektoru dünyanın ən böyük biznes sahələrindən biridir. Tikintidə istifadə olunan materiallar fabrikdə istehsal edilir. Kirəmit və onun kimi müxtəlif tikinti materilları isə fabrik məhsulları sayılır. Hüceyrələrimizdə də vəziyyət buna bənzərdir. Amin turşuları zülalları meydana gətirən kirəmitlər kimidir. Eynilə kirəmit və dəmir-polad fabriklərində olduğu kimi amin turşularının istehsalı üçün də hüceyrə daxilində istehsal zəncirləri yaradılmışdır.
Canlılarda amin turşularının yaranmasını göstərən şəkil. 
Hər ox işarəsi amin turşularının yaranması üçün lazım olan kimyəvi reaksiyaları göstərir. Hər kimyəvi reaksiya xüsusi fermentlər tərəfindən həyata keçirilir. Yəni hüceyrələrimizdə onlarla ferment amin turşularının istehsalından məsuldur. Göründüyü kimi amin turşularının istehsalı olduqca nəzarətli şəkildə həyata keçirilən əməliyyatlarla baş verir. Hüceyrədə təsadüfə yer verilmir. Eyni zamanda, bir atomu bir molekulun bəlli bir sahəsinə bağlayan bu fermentlər də amin turşularından yaranır. Bu isə sistemin bir bütün halında yaradıldığını göstərir.
Məsələn, bakteriyalarda 20 növ amin turşularından yalnız altısını-metionin, treonin, lizin, izoleysin, valin və leysin amin turşularını istehsal etmək üçün 25 ədəd ferment birlikdə işləyir. Bu fermentlərin istifadə etdiyi xammallar da təsadüfi olaraq əldə edilmir. Xammallar çox sayda fermentin birlikdə istehsal etdiyi maddələrdir.  Onların istehsalı da ayrı bir möcüzədir.1 
Bir fabrikdəki zəncirvarı istehsal prosesində işçilər fədakarlıqla və peşəkarlıqla bir-birinin ardınca işlər görürlər. Hər birinin fərqli vəzifələri olur. Bu işçilərdən birinin vəzifəsini yerinə yetirməməsi və ya iştirak etməməsi məhsulun yararsız olmasına səbəb olur. Hüceyrənin əsas quruluş vahidlərindən olan amin turşularının istehsalı üçün də amin turşularından daha mürəkkəb quruluşa malik fermentlərin olması zəruridir. Həyat təsadüflərin yer almadığı kompleks bir bütündür.
Amin turşusunun istehsalında təəccüb doğuran gizli xüsusiyyət
Təkamülçülər əsassız düşüncələrinə əsasən canlıların təsadüflər nəticəsində, mərhələli yolla, sadədən mürəkkəbə doğru inkişaf etdiyini iddia edirlər. Buna görə də bakteriyaları ibtidai canlılar adlandırırlar. Amma bakteriyaları araşdırdıqda onların möhtəşəm, mürəkkəb sistemlərlə təchiz olunduğunu görürük. Bir bakteriya ən son sistemlərlə təchiz olunan müasir şəhərlərdən belə daha mürəkkəb və inkişaf etmiş texnologiyalara sahibdir. Bu faktı bir nümunə ilə belə açıqlayaq:
İnsan hüceyrələrində zülal istehsalı üçün lazım olan amin turşularının yalnız 10-u istehsal olunur. Ona görə də qida yolu ilə canlılarda istehsal olunan digər amin turşularını əldə edirik. Halbuki bakteriyalar 20 növ amin turşusunun 20-ni də istehsal edir.2 Təkamülçülərin ibtidai hesab etdikləri bu canlılar həyatın təməl mexanizmi olan amin turşusunun istehsalında insanlara nəzərən daha öndədirlər. 
Amin turşularının istehsalında iştirak edən fermentlərin çatışmazlığı inkişafa deyil, xəstəliklərə və ölümə səbəb olur
Zülalın quruluş vahidi olan amin turşularının sintezində çox miqdarda fermentin iştirak etdiyini gördük. Ancaq bu fermentlərdəki çatışmazlıq, hətta kiçik bir xəta xəstəliklərə və ölümlərə səbəb olur.  Bununla da olduqca həssas olan bu sistemdə xətanın yolverilməz olduğu və mərhələli yaradılışın olmadığı aydın olur. Sistemin bütün elementləri eyni vaxta və bir arada mövcud olmalıdır. Bu isə ancaq yaradılışla mümkündür.
Məsələn, tirozin amin turşusunun istehsalında istifadə olunan fenilalanin hidroksilaza fermentində genetik qüsurların yaranması əqli çatızmazlıqlara, qeyri-normal temperatur tənziminə, yerimə pozuntularına, iflicə səbəb olur.3
Həmçinin amin turşularından əldə edilən dofamin maddəsi də mövcuddur ki, bu maddəni istehsal edən hüceyrələr azaldığında parkinson xəstəliyi baş verir.4
Hüceyrələrdə amin turşularının hazırlanması ilə yanaşı onların parçalanması da tənzimlənmişdir. Bu vəzifəni yerinə yetirən fermentlərdə belə hər hansı bir çatışmazlığın yaranması xəstəlik və ölümə səbəb olur. Bunlardan alfa-ketoasid dehidrogenaza fermentini kodlayan genlərdə mutasiyaların meydana gəlməsi fiziki və əqli çatışmazlığa və ölümə səbəb olan Leysinoz (Ağcaqayın şirəsi) adlı xəstəliyə gətirib çıxarır.5
Zülalların və amin turşularının istehsalındakı hər bir incəlik həyatın təsadüflərə yer verilməyəcək şəkildə nizamlandığını göstərir. Bir ədəd zülal belə təsadüfən meydana gələ bilməz. Zülalların əsas quruluş vahidləri olan amin turşuları və onları istehsal edən mürəkkəb sistem də təsadüfən yarana bilməz. Bir məhsulun əldə edilməsi üçün ondan daha mürəkkəb sistem yaradılmışdır. Bu quruluşda yaranan çatışmazlıq canlılarda inkişafa deyil, əksinə müxtəlif xəstəliklərə və ölümə səbəb olur. Həyat bütün incəlikləri ilə birlikdə Allahın açıq-aşkar yaradılış möcüzəsidir.
Mənbə:
1. Lehninger Biyokimyanın İlkeleri, David L. Nelson, Michael M. Cox, Palme nəşriyyat, 2005, üçüncü nəşrin tərcüməsi, səhifə, 832, 833
2. Lehninger Biyokimyanın İlkeleri, David L. Nelson, Michael M. Cox, Palme nəşriyyat, 2005, üçüncü nəşrin tərcüməsi, səhifə 827
3. Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə 322-323
4. Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə 324
5. Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə 322 

 

/ Digər 615