Digər Yer kürəsinin mövqeyi

Yer kürəsinin mövqeyi


Üzərində yaşadığımız Yer planetinin Günəş sistemindəki, ümumi olaraq, kosmosdakı yeri Allahın yaratma sənətindəki qüsursuzluğu göstərən dəlillərdən biridir. Son zamanlarda tapılan astronomik dəlillər sistemdəki digər planetlərin varlığının Yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter öz varlığı ilə, əslində,Yer kürəsinin tarazlığını təmin edir. Astrofizik (astronomiyanın bir bölməsi) hesablamalar ortaya çıxarırki, Yupiterin varlığı Yer kürəsi kimi digər planetlərin orbitlərini də tarazlıqda saxlayır. Yupiterin Yer kürəsini qoruyan ikinci funksiyası haqqında planetlərlə bağlı elm sahəsini araşdıran Corc Vezeril (George Wetherill) "Yupiter necə də fərqlidir" adlı məqalədə belə yazır:
"Əgər Yupiterin yerləşdiyi ərazidə bu böyüklükdə planet olmasa idi, Yer kürəsi planetlərarası boşluqlarda gəzişən meteroidlərə və kometalara təxminən min dəfə daha çox hədəf olardı... Əgər Yupiter hal-hazırda yerləşdiyi mövqedə olmasa idi, bu an biz Günəş sisteminin mənşəyini araşdırmaq üçün burada olmazdıq". (G. W. Wetherill, "How Special his Jupiter?", Nature, vol. 373, 1995, s. 470)
Bir sözlə, Günəş sisteminin quruluşu hər cür detalı ilə birlikdə canlılar üçün xüsusi və qüsursuz yaradılmışdır. Başqa sözlə desək, kainatın fiziki qanunları kimi, Yer kürəsinin kosmosdakı mövqeyi də bu kainatın insane həyatı üçün xüsusi tərtib edildiyini göstərən dəlillərdəndir. Aparılan araşdırmalar bu qüsursuz nizamın və dizaynın sonsuz güc və ağıl sahibi olan Allahın bənzərsiz yaratma sənətinin dəlillərindən olduğunu təsdiq edir.

Bəzi insanların bunu qavraya bilməmələrinin səbəbi isə səmimi düşünməmələridir. Halbuki səmimi olaraq düşünən, həqiqi ağıl sahibi olan insane kainatda hər şeyin mütləq məqsədyönlü şəkildə yaradıldığını anlayır. Allah hər bir varlığın yaradılış məqsədinin olduğunu bizə xəbər verir:

Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına! (Sad surəsi, 27)

Allah bu dərin anlayışı başqa ayələrində də təsvir etmişdir.

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru". (Ali-İmran surəsi, 190-191)

Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib, onu yeddi qat göy edən Odur. O, hər şeyibilir. (Bəqərə surəsi, 29)

 
/ Digər 1938