Heyvanlar aləmi Yarasaların və delfinlərin istifadə etdiyi sonar sistemi və ultrasəs tibb aləminə istiqamət verir

Yarasaların və delfinlərin istifadə etdiyi sonar sistemi və ultrasəs tibb aləminə istiqamət verir


Səs havada və suda dalğa şəklində yayılır və bu dalğalar hansısa bir cismə dəydikdə geri qayıdır. Əgər kifayət qədər bilgiyə və  texnologiyaya sahibsinizsə, qayıdan dalğalar vasitəsilə həmin cisim haqqında müxtəlif məlumatlar əldə edə bilərsiniz: cismin sizdən nə qədər uzaqlıqda olduğunu, ölçüsünü, yaxud hansı istiqamətdə, hansı sürətlə hərərkət etdiyini və s.

Səs və təzyiq dalğalarından istifadə edərək obyektlərin yerini müəyyənləşdirməyi təmin edən texnologiya 20-ci əsrdə ortaya çıxmışdır. Müharibələrdə istifadə üçün hazırlanmasına baxmayaraq, hazırda bu texnologiyadan batmış gəmilərin yerinin müəyyənləşdirilməsində, dəniz dibinin xəritəsinin çəkilməsində istifadə edilir. Ancaq canlılar milyon illərdir, hələ bu sistem insanlara məlum olmadığı zamanlarda ətrafa yayılan səs dalğalarından istifadə edirdilər. Məsələn, delfinlər, yarasalar, balıqlar və güvələr yaradıldıqları andan etibarən “sonar” adlı bu sistemə sahibdirlər. Üstəlik, canlılardakı sonar sistemi bu gün bizim istifadə etdiyimizdən daha həssas və əlverişlidir. Çünki biosonarlar insanların istifadə etdiyi naviqasiya cihazlarından daha üstündür. 

Təbiətdəki biosonarların keyfiyyətindən heyrətlənən elm adamları bu sistemə sahib olan canlıların səs vasitəsilə hədəflərini necə bu qədər dəqiq və sürətlə tapdıqlarını aydınlaşdırmaq üçün onları araşdırmağa davam edirlər. Delfinlərin və yarasaların səsləri necə analiz etdiklərini və cəmlədiklərini tədqiq edirlər. Heyvanların vızıltı kimi səsləri belə çoxsaylı filtr və qəbuledicilərlə müəyyən etmələrinin sirri tapılsa, insan bədəninin daha dəqiq görüntülərini əldə etməyə imkan yaradan ultrasəs sistemləri hazırlana biləcək.
Göründüyü kimi, canlıların xüsusiyyətləri bir çox sahələrdə insanlara fayda verir. Quran ayələrinin birində Allah heyvanlardakı faydalara belə diqqət çəkir:

“Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır...”  (Muminun surəsi, 21)

 

/ Heyvanlar aləmi 1462