Heyvanlar aləmi Qış yuxusuna gedən canlıların yaradılış xüsusiyyətləri

Qış yuxusuna gedən canlıların yaradılış xüsusiyyətləri


Qış yuxusuna gedən canlıların yaradılış xüsusiyyətləri
Qış yuxusuna gedən canlıların bədənində hansı dəyişikliklər baş verir?
Aylarla yatan canlılar heç bir ehtiyaclarını ödəyə bilmədikləri halda, həyatlarını necə davam etdirirlər?
Niyə bütün canlıların qış yuxusuna ehtiyacı olmur?

Qış bir çox canlılar üçün həyatın sanki dayandığı bir fəsildir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Bu, həyatlarını davam etmələri üçün lazımi mərhələdir. İstiqanlı heyvanlar üçün isə vəziyyət daha fərqlidir. Onlar həyatlarını bir növ dayandırırlar. 
İstiqanlı canlılar bədən temperaturlarını sabit saxlamalıdırlar. Lakin bunu etmək olduqca çətindir, çünki məməlilərin bədən temperaturu yaşadıqları mühitin temperaturundan yüksəkdir. Bu yüksək temperaturu əldə etmək üçün daha çox enerji lazımdır. Bunu isə ancaq qidalardan əldə edirlər. Lakin heyvanlar qışda çətinliklə yem tapırlar. Buna görə də, bir çox quşlar uca Allahın ilhamı ilə payız fəslində isti iqlimli cənub bölgələrinə köç edərək həyatlarını davam etdirirlər. Quşlar kimi bəzi otyeyən məməlilər də köç edirlər. Ancaq bəzi məməlilərin bu cür köç etməsi qeyri-mümkündür. Buna görə də, özlərini olduqca fərqli üsulla qorumağa çalışırlar. Bu üsul Allahın canlıları qorumaq üçün yaratdığı qış yuxusudur.

Aylarla davam edən qış yuxusu boyunca heyvanların bədənində bir çox proseslər baş verir. Canlının yuxuda ikən bütün bu prosesləri özünün etməsi qeyri-mümkündür. Onlara heyranedici davranışları aləmləri yoxdan yaradan, sonsuz mərhəmət sahibi uca Allah ilham edir.
 
Qış yuxusu nədir?

Qış yuxusu bədən temperaturunun normadan aşağı (məsələn, 380C-dən 100C-ə) düşdüyü və ürək ritminin yavaşladığı (ürəyin 4 saniyədə 1 dəfə döyünməsi) dərin yuxu halıdır. Bu yuxu zamanı bəzi heyvanların nəbzi sanki dayanır. 
Qış yuxusunda enerji sərfi minimum səviyyəyə düşür

Qütblərdə yaşayan canlılar qalın xəzləri sayəsində soyuqdan qorunurlar. Ancaq bəzi kiçik məməlilərin qalın xəzləri olsa da, bədən temperaturları tez düşür və nəticədə qidanı daha sürətlə həzm edirlər. Bundan başqa, bu canlıların xəzlərinin qalınlığı da fərqli olur. Buna görə canlılar bədənlərini isti saxlamaq üçün çuxurlara, torpağın altında qazdıqları tunellərə sığınırlar. İsti məkanla yanaşı qidalanmağa da ehtiyacları olur. Bunun üçün isə bəzi siçanlar qidanın çox olduğu vaxtlarda bədənlərində yağ toplayırlar. Ancaq, xüsusilə, böcəklərlə qidalanan canlılar bunu edə bilmirlər və yaşaya bilmək üçün enerji sərfini minimum səviyyəyə endirməlidirlər. Bunu isə ancaq qış yuxusuna getməklə bacarırlar.

Heyvanlar yay boyu qışa hazırlıq görürlər 

Qış yuxusuna gedən heyvanların möcüzəvi davranışlarından biri də bütün yay boyunca sanki qış üçün hazırlıq gördüklərinin şüurunda olaraq hərəkət etmələridir.

Hazırlıq mərhələsində əvvəlcə çəkilərini iki dəfə artırırlar. Qışda hansı çətinliklərlə qarşılaşacaqlarını, uzun yuxu zamanı heç nə yemədən yaşamalı olduqlarını bilirmiş kimi davranırlar.

Qış yuxusuna gedən heyvanların digər möcüzəvi davranışı isə doğulduqları andan etibarən sanki qışın ilk ayında havaların soyuyacağını və bitki örtüyünün qarın altında qalması ilə qidanın tapılmayacağını bilmələri və bunu nəzərə alaraq ilk dəfə qarşılaşdıqları yay fəsli boyunca çəkilərini artırmalarıdır.
Bu, bir körpənin doğulduğu andan etibarən qarşılaşacağı bütün çətinlikləri bilib tədbir görməsinə bənzəyir. İnsanların bunu bilməsi qeyri-mümkündür. Ancaq heyvanlar Allahın ilhamı ilə hərəkət edərək bu cür möcüzəvi davranışlar göstərirlər.

Şüur sahibi insanın belə bədən temperaturuna və ya ürək döyüntüsünə nəzarət etməsi qeyri-mümkündür. Bu, ancaq müasir texnoloji cihazlarla qismən həyata keçirilə bilər. Halbuki qış yuxusuna gedən heyvanların çoxu nə etməli olduqlarını bilirmiş kimi artıq enerji itirməməyə çalışırlar.
Qış yuxusuna gedən canlılardakı bu mükəmməl sistemlər hər şeyi qüsursuz yaradan Allaha məxusdur. Allah bir ayədə insanları düşünməyə dəvət edir:

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 17)

Qış yuxusuna fasilə...

Uzun qış yuxusu əsnasında canlının bədən temperaturu, demək olar ki, yarıbayarı düşür. Ürək, qaraciyər və digər orqanların fəaliyyətinə az enerji lazım olduğu üçün tənəffüs və ürək döyüntüləri olduqca yavaşlayır. Ancaq bu tədbirlərə baxmayaraq bəzi heyvanlar çətin qış şəraitində soyuqdan donma təhlükəsi yaşayırlar. Belə halda dərhal oyanaraq bədən temperaturlarını artırır və daha sonra yenidən yuxuya gedirlər.

Qurbağa

Bəzi qurbağaların bədənlərində qış yuxusu zamanı buz kristallarının əmələ gəldiyi kəşf olunmuşdur. Şərqi ağac qurbağası və yaz qurbağası kimi canlıların hər biri qışı şaxtalı keçən yerlərdə yaşayır. Qış yuxusuna gedəndə isə bir növ ölü kimi olurlar. Ürək döyüntüləri, tənəffüs dayanır, qan dövranı tamamilə durur. Ağac qurbağası və digər canlılardakı ən mühüm xüsusiyyət isə bol miqdarda qlükoza istehsal etmələridir. Qlükoza hüceyrələrin su itirməsinin qarşısını alır, beləcə, hüceyrələr büzüşmür və şiddətli soyuqdan heç bir zərər görmürlər.

Tısbağa

Oktyabr ayından etibarən havalar soyuduqca və qida azaldıqca tısbağaların fəaliyyəti də azalır və özlərini qorumaq üçün yatırlar. Ürək döyüntüləri və tənəffüsləri yavaşlayır. Oktyabr ayından mart ayına qədər qış yuxusunda olurlar.

Ağ ayı

Qış yuxusunda ikən hamilə ağ ayının heç enerji itirməməsi və balalarının daha yaxşı qidalanması üçün maddələr mübadiləsi zəifləyir. 7 ay boyunca canlının metabolizmindəki yağ zülala çevrilir və balalar bu yolla qidalanırlar. Ana ayı 7 ay boyunca qətiyyən qidalanmır. Ürək döyüntülərinin sayı isə dəqiqədə 70-dən 8-ə düşür. Bu mərhələdə qidalanmamaqla yanaşı, digər ehtiyaclarını da ödəyə bilmir. Beləliklə, balaların doğulacağı dövrlərdə artıq enerji itirmir.

Sibir ayısı

Sibir qonur ayısı payızda çəkisini artırdıqdan sonra yuvasına qayıdır və aylarla (4-7 ay) qış yuxusuna gedir. Ayının bədən temperaturu adətən 37 dərəcə olsa da, qış yuxusunda 5-6 dərəcə azalır. Buna baxmayaraq, ürək döyüntüləri və tənəffüsü daha da yavaşlayır. Bunun nəticəsində ümumi metabolizmin sürəti 50-60% zəifləyir. Ayı bu müddətdə qidalanmamaqla yanaşı, heç bir həyati funksiyasını da yerinə yetirmir. Eyni zamanda, bədənində su itkisi də yaranmır. Çünki yuxu zamanı öz yağından (lipid) əsas enerji və su mənbəyi kimi istifadə edir.

Yarasa

Gecə quşları olan yarasalar qış fəslini mağaralarda və ya mədən yataqlarında keçirirlər. Çünki bu yerlər müəyyən temperaturda və nəmli olduğundan canlı donma təhlükəsindən xilas olur.

Heyvanların qış yuxusuna getməsi və yuxuda ikən bədəninin funksiyalarından ən mükəmməl şəkildə istifadə etməsi, şübhəsiz ki, Rəbbimizin diləməsi ilə baş verir. Təkcə ətrafda gördüklərimiz yox, dünyadakı bütün canlıların ağıllı davranışları Rəbbimizin sonsuz ağlının və gücünün dəlillərindəndir.

Köpəkbalıqları

İri köpəkbalıqları dənizdəki bir çox canlılar kimi planktonlarla qidalanır. Şimal dənizində planktonlar noyabr ayında azalır, buna görə də köpəkbalığı qida axtararkən hər zamankından daha çox enerji itirir. Bir müddətdən sonra yorulub, okeanın dərinliklərində qış yuxusuna gedir. Aylarla hərəkət etmədən və heç qidalanmadan yaşayır. Bu dövrdə köpəkbalıqlarının ürək döyüntüləri olduqca zəifləyir.

Ayılar

Ayılar yayda günə təxminən 20000 kalori qəbul edirlər. Adətən günə 4000 kalori qəbul etdiklərini nəzərə alsaq, bu miqdarın nə qədər çox olduğunu daha yaxşı anlayarıq. Xüsusilə, qış yuxusuna getməzdən əvvəl qatranlı bitkilər kimi çox çətin həzm olunan qidalar yeyirlər.
Qış yuxusu zamanı bədən temperaturlarını sabit saxlamaq və rahat yatmaq üçün qurumuş ot və yarpaqlardan özlərinə döşək hazırlayırlar. Hətta yatdıqları zaman belə bədən temperaturlarını qoruyacaq şəkildə uzanırlar.
Canlılar sonsuz şəfqət sahibi Allahın diləməsi ilə qış yuxusuna gedirlər

Bütün bu qış yuxusuna gedən canlıların heç biri qeyd etdiyimiz möcüzəvi davranışları nümayiş etdirəcək şüura sahib deyillər. Bu da onların ən əsas ortaq xüsusiyyətidir. 

Halbuki bu heyvanların çoxu sanki nə edəcəklərini bilirmiş kimi artıq enerji sərf etməməyə çalışırlar.
Bu canlıların qış yuxusuna getməzdən əvvəl hazırlıq görmələri, əlbəttə, uca Rəbbimizin ilhamı ilə baş verir. Sonsuz mərhəmət və elm sahibi olan uca Allah canlılar üzərindəki elmini bir ayəsində belə bildirir:

“Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır”. (Nəhl surəsi, 66)

/ Heyvanlar aləmi 3213