Heyvanlar aləmi Heyvanların müxtəlif göz quruluşu ilə bağlı maraqlı faktlar

Heyvanların müxtəlif göz quruluşu ilə bağlı maraqlı faktlar


Balıqların suda, quşların isə səmada hərəkət edərkən rahat görməyi  xüsusi yaradılmış göz quruluşları ilə əlaqədardır. Digər canlıların da göz quruluşları ehtiyaclarına uyğun yaradılıb.

Quşlar insanlardan daha sürətli görmə qabiliyyətinə sahibdir və olduqca  geniş sahəni nəzərdən keçirə bilirlər. Quşlar insanın hissə-hissə gördüyü ərazini bir baxışda bütöv görə bilirlər. Bu, onlara ov etməkdə böyük üstünlük qazandırır. Bəzi quşların gözləri insanla müqayisədə uzağı 6 dəfə yaxşı görə bilir.

İnsan gözünü qırpanda bir anlıq görmür və bu, o qədər də mühüm deyil. Lakin yüzlərlə metr hündürlükdə yüksək sürətlə uçan quş üçün bu, olduqca vacibdir. Buna görə də quşlar gözlərini qırpanda görüntüdə kəsinti olmur. Çünki quşlarda göz qırpma pərdəsi adlanan üçüncü göz qapağı var. Bu pərdə şəffafdır və gözün bir tərəfindən digərinə doğru hərəkət edir. Beləliklə, quşlar gözlərini tam bağlamadan qırpa bilir. Suya baş vuran quşlarda isə bu pərdə dalğıc eynəyi funksiyası yerinə yetirir və gözə zərər gəlməsinin qarşısını alır. 

Dəvələrin gözləri də yaşadığı mühitə uyğun quruluşdadır. Gözlərin ətrafındakı sümüklər gözü zərbələrə qarşı qoruyur, həmçinin günəş şüalarından ən uyğun bucaqla mühafizə edir. Hətta olduqca şiddətli qum fırtınaları da dəvələrin gözlərinə zərər verə bilmir. Çünki kirpikləri bir-birinin içinə keçir və təhlükə anında avtomatik bağlanır. Beləcə, canlının gözünə kiçik toz dənəsi də girmir.

Balıqlar isə dünyaya şəffaf pərdə arxasından baxırlar. Dairəvi və sərt göz quruluşları yaxındakı cisimləri görməyə imkan verir. Balıqların gözünün dairəvi olmağının başqa bir səbəbi isə işığın suda sınmasıdır. Göz demək olar ki, su ilə eyni qatılığa sahib olan maye ilə dolu olduğu üçün görüntü gözə əks olunanda sınma baş vermir. Bunun nəticəsində göz bəbəyi cismin görüntüsünü torlu qişaya tam fokuslayır və balıq suyun içində son dərəcə aydın görür.

Göz kimi mürəkkəb quruluşa malik bir orqanın hər canlıda müxtəlif xüsusiyyətlərə sahib olmağının təsadüfən baş vermədiyi açıq-aşkardır. Bu nümunələri tədqiq edən, ağıl və vicdanla düşünən hər insan canlıların Allah tərəfindən yaradıldığını görər.

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-biri ilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda,  bütün heyvanatı yaymasında, küləklərin  dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

 

/ Heyvanlar aləmi 2974