Heyvanlar aləmi Heyvanların inanılmaz qabiliyyətləri və dözümlülükləri

Heyvanların inanılmaz qabiliyyətləri və dözümlülükləri


Çöldəki qızmar istidə qumların üzərində kilometrlərlə yol getdikdən sonra heç bir köməkçi vasitə olmadan geri qayıdan, ya da 1210 C-yə qədər dəhşətli istidə həyatını davam etdirən, hətta 200 metrlik göydələni çətinlik çəkmədən tullanaraq keçən canlıların olduğunu bilirsinizmi?

İnsanlarla müqayisə etsək, heyvanların nə qədər üstün və möcüzəvi qabiliyyətlərə sahib olduqları ortaya çıxır. Allahın ilhamı ilə hərəkət edən bu canlılar Rəbbimizin qüsursuz yaradışını göstərir.

 

Ən çətin şəraitdə yaşayan canlı

Alimlər çətin şəraitlərdə yaşayan bir canlını kəşf etdilər. Bu canlı 1210 C-də yaşadığı üçün “Strain 121” adlandırılan təkhüceyrəli mikroorqanizmdir. Mütəxxəssislərin fikrincə, şiddətli istidə yaşayan bu canlılar dünya hələ soyumamışdan əvvəl, ola bilsin ki,  yaşamağa başlayıblar.

“Science” jurnalında dərc olunan bu tədqiqatı Massaçusets Universitetindən Kazem Kaşefi (Kazem Kashefi) və Derek Lovley adlı iki alim həyata keçirdi. Professor Lovley “məqsədimiz istilik həddini aşmaq deyildi. Bir orqanizmin ümumi xüsusiyyətləri araşdırılarkən yaşadığı istilik mühiti də öyrənilir. Temperaturu getdikcə artırdıq və bu orqanizm yaşamağa davam etdi. Sonda bu canlını bütün orqanizmləri öldürən təzyiqli buxar cihazına qoyduq” – dedi.

1210 C-yə qoyulduqdan 10 saat keçdikdən sonra yaşamağa davam edən Strain 121 tədqiqat nəticəsində 1310 C-də ölüb. İndiyə qədər isə canlıların yaşaya bildiyi ən yüksək istiliyin 1130 C olduğu düşünülürdü. Strain 121 adlı mikroorqanizm Sakit okeanın 2400 metr dərinliyində dəmir və sulfatın sıx olduğu Xuan de Fuka boğazında tapıldı. Okeanın dibindən fışqıran qaynar sularda yaşayan bu canlının digər möcüzəvi xüsusiyyəti isə oksigen əvəzinə, dəmirlə tənəffüs etməsidir.

 

6 mm olmasına baxmayaraq, 70 sm hündürlüyə tullanır

Heyvanlar haqqında ingilis mütəxxəssisin apardığı tədqiqat nəticəsində dünyanın ən yüksəyə tullanan böcəyinin 6 mm boyundakı çəmən köpüyü böcəyi olduğu bildirildi. Alimin tədqiqatının nəticəsinə görə çəmən köpüyü böcəyi 70 sm-dən daha çox tullanır. Cırcıramanı xatırladan çəmən köpüyü böcəyi (Philaenus spumarius) arxa ayaqlarını sapand kimi istifadə edərək yüksəyə tullanır. Böcək bir növ kilid sistemi sayəsində ayaqlarında topladığı əzələ enerjisini tullanmaq üçün istifadə edir. Tədqiqatçıların fikrinə görə, insan çəmən köpüyü böcəyinin qabiliyyətinə sahib olsaydı 200 metrlik göydələnin üzərindən rahatlıqla atlanardı.

 

Balaca xəritəçilər

Qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib yenidən yuvalarına qayıtmaları tədqiqatçıların heyvanlar aləmində ən çox diqqətini çəkən mövzular arasındadır. Qarışqalardakı bu istiqamət tapmaq qabiliyyəti, xüsusilə Böyük səhrada yaşayan çöl qarışqasında açıq-aşkar ortaya çıxır. Bu qarışqa növü quraq çöl şəraitində yüzlərlə metr yol qət edib yuvasına qayıtmağı bacarır. Alman və isveçrəli bioloq və zooloqlardan ibarət bir qrup alim onlardakı bu xüsusiyyəti maşınlardakı saatda kilometrə bənzədirlər. Çünki qarışqalar çaşmadan eyni məsafəni gedib-gəlirlər.

Səhra çölü qarışqaları istiqamət tapmaq üçün yol inteqrasiya sistemindən istifadə edirlər. Bu sistemdə qarışqa yuvadan çıxdıqdan sonra gediş və gəliş hərəkətlərinin cəmini yuvaya olan uzaqlığını hesablamaq üçün istifadə edir. Çöl qarışqası elə bil riyaziyyatçı  kimi  belə bir riyazi hesablama aparır: yuvasına qədər olan məsafəni kiçik hissələrə bölür. Hər məsafə vektorunun istiqaməti və uzunluğu var. Bu vektorların cəmi yuvaya qədər olan istiqamət və məsafəni təyin edən hemminq vektoruna bərabərdir.

 

Ancaq səhra qarışqasının gediş-gəlişi necə ölçdüyü və bu hesablamanı necə apardığı hələ ki bilinmir. Tədqiqatçılar düşündülər ki, qarışqalardakı istiqamət tapma sisteminin xüsusiyyətləri bu canlıların enişli-yoxuşlu ərazidə qida axtarmalarını tədqiq edərkən müəyyən edə bilərlər. Təcrübə nəticəsində xüsusi eniş və yoxuşlardan ibarət ziqzaqlı mühit hazırlanıb və qarışqalara burada qida axtarmaları öyrədilib. Təlim görmüş qarışqalar düz səthli sahəyə qoyulanda daha qısa məsafə qət edərək qidalarını tapdılar. Əksinə, düz sahədə öyrədilən qarışqalar kələ-kötür sahəyə qoyulanda digərinə nisbətən daha uzun yol qət etdilər. Hər iki təcrübədə qarışqaların qidanı bundan əvvəlki təlimlərinə görə olduğu yerdə deyil, düz plan üzrə əks olunun məsafədə axtardıqları kəşf edilmişdir.

Tədqiqatçılar təcrübələrdən bu nəticəyə gəliblər: qarışqalar istiqamətlərini kələ-kötür ərazidə qət etdikləri gerçək məsafəyə görə hesablamırlar. Onun əvəzinə hərəkətlərini xəyali plan qurub bu planda yuvaya uyğun mövqelərini qeyd edirlər. Beləcə, ərazidəki kələ-köturlüyü fikir vermədən getmək istədikləri istiqaməti tapırlar. Həmçinin yuvalarına fərqli yollardan qayıtdıqları halda, yenə də yuvalarına azmadan çatırlar.

Bu barədə çoxlu tədqiqatlar aparan Berlin Universitetinin bioloqları qarışqaların istiqamət tapma sistemləri haqqında bir neçə nəzəriyyə irəli sürüblər. Bu heyvanların eyni yol tapmaq üsulundan fərqli yerlərdə də istifadə edib-etmədikləri araşdırılır. İnsanlar belə bəzən əvvəl getdikləri yerə yenidən gedəndə yolu tapmaq problemi yaşayırlar. Ancaq Allahın ilhamı ilə hərəkət edən bu kiçik canlılar azmadan yollarını tapırlar.

Bütün canlıların sahib olduğu xüsusiyyətləri onlara Allah bəxş edib. Bu canlılar bədənlərindəki qüsursuz sistem və sahib olduqları üstün qabiliyyətlərlə birlikdə yaradılıblar. Onlar uca Rəbbimizin aşkar varlığının dəlillərindən sadəcə bir neçəsidir. Allah Quranda belə bildirilir: “Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var...” (Muminun surəsi, 21)

/ Heyvanlar aləmi 1087