Heyvanlar aləmi Dişi bal arısı

Dişi bal arısı


Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və onların qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" (Nəhl surəsi, 68-69)

Hərarının bir çox vəzifəsinin olduğu arı pətəklərində yeganə istisna erkək arılarla bağlıdır. Erkək arılar nə pətəyin müdafiəsinə, təmizliyinə, nə qida toplamağa, nə də pətək və bal hazırlamağa kömək edirlər. Erkək arıların pətəkdə yeganə işi anaarını mayalandırmaqdan ibarətdir.

Erkək arılar cinsiyyət üzvləri xaric digər arılardakı xüsusiyyətlərin, demək olar ki, heç birinə sahib deyillər və elə buna görə də onların ana arını mayalandırmaqdan savayı bir iş görməsi də praktiki olaraq mümkün deyil.

Pətəyin bütün yükünü öz üzərinə götürən işçi arılar ana arılar kimi dişi olsalar da, onların yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar. İşçi arıların pətəyi təmiz saxlamaq, arı sürfələri və körpə arılara qulluq etmək, ana arını və erkək arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq, təmir işlərini yerinə yetirmək, pətəyin havasını müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini təmin etmək, nektar, çiçək tozu, su,propolis kimi maddələri tədarük etmək və onları ehtiyata ("anbara") yığmaq kimi mühüm vəzifələri var.

Ərəb dilində feil iki formada işlədilir və feillərin bu cür istifadə edilməsindən icraçının erkək, yoxsa dişi olması məlum olur. Həmçinin yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər feilin dişi üçün işlədilən formasındadır. Beləliklə, Quranda bal hazırlayan arıların dişi olmasına işarə edilir.

Arılarla bağlı bu həqiqətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi. Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir möcüzəsini də bizə göstərmişdir.

/ Heyvanlar aləmi 596