Heyvanlar aləmi Canlılardakı uyğunlaşma sənətinə nümunələr

Canlılardakı uyğunlaşma sənətinə nümunələr


Allahın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlilləri "Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz" (Nəhl surəsi, 18) ayəsi ilə bildirildiyi kimi, bizim saymağa gücümüz çatmayacaq qədər çoxdur. Yaradılış dəlillərinin bir-biri ilə uyğunluğu sayəsində kainatda möhtəşəm bir nizam meydana gəlmişdir. Bu nizam insan ağlının belə əsla anlaya bilməyəcəyi detallarla mükəmməl şəkildə yaradılmışdır. Uca Rəbbimizin uyğunlaşma (adaptasiya) sənəti də bu mükəmməl detallardan biridir.

Adaptasiya bir canlının olduğu mühitdə daha rahat yaşamasını və çoxalmasını təmin edən xüsusiyyətdir. Təkamül nəzəriyyəsini müdafiə edənlər öz iddialarına xəyali bir məna da əlavə edərək içində yaşadığı şərtlərə uyğunlaşan canlıların müəyyən zaman ərzində guya növ dəyişdirdiklərini iddia edirlər. Amma təkamülçülərin "şərtlərin dəyişməsi canlıların təkamül keçirərək növ dəyişdirmələrinə səbəb olur" iddiası, əlbəttə ki, əsassızdır. Hər hansı bir növ olduğu mühitdəki dəyişikliklərə yalnız "genetik potensialı"nın imkan verdiyi qədər uyğunlaşa bilər. Əgər genetik potensialı bu dəyişikliklərə uyğunlaşmasına imkan vermirsə, onda bu növ dəyişən şərtlərə uyğunlaşa bilməz və ölər. Ancaq heç bir zaman şəritə uyğunlaşaraq başqa növə çevrilməz. Hər zaman eyni növ olaraq qalar.

Bütün canlıların ortaq bir əcdaddan təsadüflərlə meydana gəldiyini müdafiə edən təkamülçülər adaptasiya anlayışından çox istifadə edirlər. Əslində, adaptasiya ilə təkamül anlayışı Lamark dövründən qalmış primitiv elmin bir qalığıdır və bu iddianın əsassız olması illər öncə elmi kəşflər nəticəsində sübut edilmişdir.

Allahın canlılarda yaratdığı adaptasiya xüsusiyyəti sayəsində canlılar olduqları mühitdə daha rahat yaşayıb çoxala bilirlər.

www.evrimyalani.imanisiteler.com

"Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da dərhal olar." (Bəqərə surəsi, 117)

 

Parıldayan qırxayaq

Cənubi Kaliforniyada qaranlıqda parıldayan qırxayaq cinsinin 3 növü yaşayır. Motyxia cinsindən olan qırxayaqlar bütün bədənlərini parıldada bilirlər. Bu qırxayaqlar kordurlar. Beləliklə, işıqlarını bir-birlərini görmək üçün istifadə etmələrinin heç bir mənası yoxdur. Bu canlılar işıqları düşmənlərindən qorunmaq üçün istifadə edirlər. Bu, Arizona Universitetində aparılan bir tədqiqatla sübut edilmişdir. Parıldayan qırxayaqlar parıldamayan növlərə görə gəmiricilərin daha az hücumuna məruz qalırlar. Bu qırxayaqların olduqları mühitə uyğun yaşamalarında daha bir mükəmməl uyğunluq da vardır. Bu canlılar düşmənlərini qorxutmaq üçün sianid ifraz edirlər və bunu dərilərində daşıyırlar.

Quş yuvaları

Botsvanada (Afrika dövlətlərindən biri) yaşayan kamuflyaj ustası toxucu quşlar yuvalarını çox diqqətlə inşa edirlər. Edinburq Universitetinin alimlərinin müşahidələrinə görə, toxucu quşlar yuva düzəltmə metodlarını dəyişdirə bilir və bir-birlərindən təcrübə əldə edərək yuva qurmağı öyrənə bilirlər.

Toxucu quş, əvvəlcə, istifadə edəcəyi vəsaiti toplayır. Yaşıl və təzə yarpaqlardan özünə uzun nazik iplər kəsir və yarpaqların orta damarlarını götürür. Xüsusilə təzə yarpaqları seçməsinin isə bir səbəbi var: Quru yarpaqlardan götürəcəyi vəsaitə nəzarət etməsi və bunları toxumada istifadə etməsi çox çətindir, ancaq təzə yarpaq lifləri ilə bu prosesi çox rahat edə bilir. Quş əvvəlcə çəngəlvari bir budağa bir yarpaqdan qopardığı uzun bir lifin ucunu sarıyaraq işə başlayır. Lifin bir ucunu ayağı ilə budağın üzərində tutarkən digər ucunu dimdiyi ilə idarə edir. Liflərin düşməməsi üçün onları düyünləyərək bir-birinə bağlayır. Əvvəlcə, bir halqa meydana gəlir; bu, yuvanın girişidir. Daha sonra isə dimdiyini məkik kimi istifadə edərək yarpağın liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir. Toxuma prosesi zamanı hər bir lifin nə qədər çəkilməli olduğunu da hesablamalıdır. Çünki əgər lifin toxunması boş olsa, yuva dərhal dağılar. Həmçinin, yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların nə zaman qatlanacağına və ya kənara çıxacağına qərar versin.

Girişi tamamladıqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bu zaman başıaşağı durur və içəri tərəfdən işinə davam edir. Dimdiyi ilə bir lifi digərinin altına salır və sonra həssas bir şəkildə çöldə qalan ucunu tutur və möhkəmcə dartır. Beləcə, olduqca nizamlı toxuma prosesi həyata keçirir. Toxucu quşların bunları təsadüfən həyata keçirmələri, əlbəttə ki, mümkün deyil. Bu canlılar çox şüurlu şəkildə və müəyyən bir məqsədlə Allahın ilhamı ilə hərəkət edirlər. Bir ayədə belə bildirilir:

"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir." (Nur surəsi, 41)

www.evrimyok.net

 

Yüksək duzluluğa qarşı dayanıqlılıq

Dünyanın ən duzlu suyu olan Ölü dənizdəki su qaynaqlarında son zamanlar bəzi mikrob növlərinin yaşadığı aşkar edilib. Tədqiqatçılar digər orqanizmlər arasında yaşayan fototorflar və sulfid bakteriyaları da tapıblar.

Yüksək duzluluğa qarşı müqaviməti güclü olan və duzsevən növlər olaraq bilinən halofil mikroorqanizmlərin çoxu yüksək duz konsentrasiyasına qarşı davam gətirir. Halbuki bu cür sıxlıqda DNT və zülallar həyati proseslər üçün çox vacib olan qarşılıqlı əlaqələri yerinə yetirə bilmirlər. Bu cür duzluluğa məruz qalan orqanizmlərin çoxu belə hallarda məhv olur. Həddindən artıq duzlu şəraitdə yaşayan halofillər isə yüksək duz konsentrasiyasına uyğunlaşıb hələ də tam olaraq anlaşılmayan mexanizmlər vasitəsi ilə həyatda qala bilirlər. Şübhəsiz, bu vəziyyət təkamülçülərin birhüceyrəli canlıları guya bəsit canlılar hesab etmələrinin, əslində, ideologiyalarından qaynaqlandığını bir daha sübut edir. Hələ mexanizminin tam olaraq necə işlədiyi anlaşılmayan, gözlə görülməyəcək qədər kiçik bir canlının yaşadığı şəraitə uyğunlaşaraq digər canlılardan üstün bir sistemə sahib olması və sahib olduğu sistem vasitəsi ilə öhdəsinə götürdüyü vəzifəni milyonlarla ildən bəri qüsursuzca yerinə yetirməsi uca Allahın üstün sənətindəki sirləri anlaya bilmək, Onun gücünü görmək və təqdir etmək üçün bir vəsilədir.

Əkinçi bitki

2011-ci ildə öz toxumunu əkən bir bitki kəşf edildi. “Spigelia genuflexa” adlı bu bitki meyvələri yetişdikdə budaqları aşağı doğru əyilir. Bitki toxumlarını torpağa tökür və hətta bəzən yumşaq yosun örtüyünün altında sanki toxumlarını əkir.

Yer üzərindəki bütün canlılarda olduğu kimi, bu bitkinin olduğu mühitə uyğunluq göstərməsi üçün lazımi məlumatları yerləşdirən, şübhəsiz ki, hər şeyi qüsursuz yaradan, hər cür yaratmadan xəbərdar olan Allahdır. Allah bu gerçəyə bir ayədə belə diqqət çəkir:

"Məgər Allahın göydən yağış yağdırdığını və (onunla ) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır."

Kondisionerli qarışqa şəhərləri

Argentinada otkəsən qarışqalar içində milyonlarla qarışqa yaşayan koloniyaların olduğu, təpəciklər şəklində mükəmməl yuvalar inşa edirlər. Qarışqalar olduqları mühitdəki hava şəraitinə uyğun olaraq deşikli yuvalar düzəldirlər ki, bu deşiklər koloniyaya hava daxil olmasını və qarışqaların əkdikləri göbələklərin uyğun temperaturda qalmasını təmin edir. Yuvalar bu məqsədlə inşa edilir və burada güclü iş prosesi gedir. Termitlər də öz ölçülərindən çox böyük olan havalandırma sisteminə malik qülləyə bənzər yuvalar inşa edirlər.

Bu yuvanın inşa edilməsi üçün üstün texnologiya və mütəşəkkil bir heyət birgə fəaliyyət göstərməlidir. Bir insan bu cür bir yuva qurmaq üçün lazımi məlumatları ancaq çox uzun zaman ərzində əldə edə bilər. Halbuki yumurtadan çıxan bir qarışqa vəzifəsini həmin an bilir və vaxt itirmədən tətbiq edir.

Bu, qarışqaların bu məlumatlara hələ dünyaya gəlməmişdən əvvəl sahib olduqlarını göstərir. Daha doğrusu, bütün bu məlumatlar qarışqalara var olduqları andan etibarən hər şeyin Yaradıcısı uca Allah tərəfindən ilham edilir. “Nuh” surəsində hər şeyin sahibinin və hər şeyə nəzarət edənin Allah olduğu, hər canlının Onun ilhamı ilə hərəkət etdiyi belə bildirilir:

"Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir (doğru yolda olanı qoruyandır)." (Hud surəsi, 56)

Tısbağa yumurtaları

Cənubi Atlantikada Askenson adasında bəzi sahillər çox isti olur. Tısbağalar yumurtalarını bu qumsallara buraxır. İstiyə dözümlü olan bu yumurtalar bala tısbağaları yüksək temperaturdan qoruyur.

Məlum olduğu kimi, dişi tısbağalar doğulduqları sahilə gedərək yumurtalarını oraya qoyurlar. Aparılmış tədqiqata görə, yumurtadan çıxdıqları isti qumsallara qayıdan tısbağaların 6 km uzaqlıqdakı daha soyuq qumsallara qayıdan tısbağalara nisbətən istiliyə qarşı daha dayanıqlı olduqları müşahidə olunmuşdur. Kainatdakı hər şeyi yaradan, hər yerdə sonsuz ağlını təzahür etdirən uca Allahdır.

Rəbbimiz sonsuz elmini dilədiyi şəxsə dilədiyi qədər verir. Allah elmi ilə hər şeyi əhatə etdiyini Quranda belə bildirir:

"Sizin ilahınız yalnız Özündən başqa heç bir ilah olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə edir”. (Ta ha surəsi, 98)

www.evriminsonu.com

Bir canlını yaşadığı mühitə yerləşdirən, onu oradakı şəraitə görə müdafiə sistemləri ilə təchiz edən uca Allahdır. Bu gerçək insana bütün varlıqlara və onların davranışlarına nəzarət edən Allahın böyüklüyünü davamlı xatırladır:

"Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Casiyə surəsi, 13)

Ağ ayılar

Ağ ayılar buzlu bölgələrdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ qalın kürkə sahibdirlər. Sahib olduqları 5 sm qalınlığındakı xüsusi kürkün ağ görünən tükləri, əslində, şəffafdır. İstilik itkisinin qarşısını alan optik liflərə sahib bu tüklərin hər biri içi boş şəffaf balon kimidir. Bu balonlar günəş şüalarından gələn istiliyi altdakı qara rəngli tüklərə qədər ayının bütün dərisinə paylayır və canlının isinməsini asanlaşdırır.

Həmçinin ağ ayıların dərilərinin altındakı 10 sm-lik yağ təbəqəsi istilik izolyasiyasını təmin edir. Beləcə, kürkü və dərisi ayını soyuq havadan qoruyur. Bu kürk həm də üzməyə də əlverişlidir. Suyun içərisində olarkən tüklər bir-birinə yapışır və ayı su keçirməyən yumşaq dalğıc kostyumu geyinmiş kimi olur. Bununla da buzlu sularda 10-11 km/saat sürətlə 2000 km-lik uzaq məsafəyə qədər üzərək gedə bilir. Uca Allahın bu canlıların dəriləri və tüklərində yaratdığı bu detallar vasitəsilə ağ ayılar 37 dərəcəlik bədən temperaturlarını suyun içində və ya üstündə uzun müddət qoruyub saxlaya bilirlər. Bu canlıların hətta bədən temperaturunun həddindən çox artdığı zamanlar belə olur. Belə hallarda isə bu canlılar yüksələn bədən temperaturlarını aşağı salmaq üçün bədənlərini buza sürtürlər.

Ağ ayının yağı və dərisi mükəmməl bir izolyator olduğu üçün soyuq havanın canlıya təsirini azaldır. Ağ ayılar da uca Allahın canlılarda yaratdığı uyğunlaşma (adaptasiya) sənətinin bir dəlilidir. Uca Rəbbimiz bu qüsursuz yaratma gücünü və sənətini bir Quran ayəsində belə bildirir:

"O, Allah yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir." (Həşr surəsi, 24)

Təkamül nəzəriyyəsini müdafiə edənlər adaptasiya anlayışına bir çox xüsusiyyətlər əlavə edərək yaşadığı mühitdəki şərtlərə uyğunlaşan canlıların zaman ərzində növ dəyişdirdiklərini iddia edirlər.

Bir də qeyd edək ki, təkamülçülərin "şərtlərin dəyişməsi canlının təkamül keçirərək növ dəyişdirməsinə səbəb olur" iddiası əssasızdır. Bir növ olduğu mühitdəki dəyişikliklərə  yalnız "genetik potensialı"nın imkan verdiyi qədər uyğunlaşa bilər. Əgər genetik potensialı bu dəyişikliklərə uyğunlaşmasına imkan vermirsə, onda bu növ dəyişən şərtlərə uyğunlaşa bilməz və ölər. Ancaq heç bir zaman şərtlərə uyğunlaşaraq başqa bir növə çevrilməz və hər zaman eyni növ olaraq qalar.

/ Heyvanlar aləmi 1520