Heyvanlar aləmi Birlikdə hərəkət edən çəyirtkələr

Birlikdə hərəkət edən çəyirtkələr


Onlar gözlərini zəlilanə aşağı dikib sanki səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. (Qəmər surəsi, 7)

Yuxarıdakı ayədə iman gətirməyənlərin axirətdəki vəziyyəti xəbər verilir. Yaşamış milyardlarla insanın kütləvi şəkildə dirilməsi səpələnən çəyirtkələrə oxşadılır. Şübhəsiz ki, Allahın bu misalı çəkməsi çox hikmətlidir. XX əsrdə çəyirtkələr üzərində mikrokameralarla aparılan tədqiqatlar zamanı bir çox məlumatlar əldə edilib. Çəyirtkə sürüləri çox izdihamlı olur, sanki bir bədən kimi hərəkət edirlər. Milyardlarla çəyirtkə bir yerə yığışanda eni-uzunu kilometrlərlə olan qapqara yağış buludunu xatırladır. Bu sürülərin bəzilərinin 3-5 km enində və metrlərlə dərinlikdə olduğu müəyyən edilib. Çəyirtkə sürüləri bu cür toplaşanda sanki hava qaralmış kimi olur.
 
Bu canlılarla bağlı əldə edilən başqa bir məlumat onların öz yumurtalarını torpağın içinə toxum kimi yerləşdirməsi və uzun müddət torpağın altında qaldıqdan sonra sürfələrin torpağın səthinə bir yerdə çıxmasıdır. Dişi çəyirtkələr torpaqda 10-15 sm dərinliyində tunel qazdıqdan sonra bir dəfəyə 95-158 sürfə qoyur. Bir çəyirtkə bu prosesi təxminən üç dəfə təkrarlayır. Sürfələr yetişəndə (havanın temperaturundan asılı olaraq 10-65 gün ərzində) kütləvi şəkildə torpağın altından çıxırlar. 1 m2 ərazidə 1000 yumurta çuxuru olur. Çəyirtkə sürüləri bir neçə yüz kv.km sahəni əhatə edəcək qədər çoxdurlar. Hər kv.km-ə düşən çəyirtkə sayı isə 40-80 milyon arasında dəyişir. Çəyirtkələrin torpağın altında olması və uzun müddət qaldıqdan sonra kütləvi şəkildə çıxması qiyamət günü insanların dirilməsinə oxşar bir görüntü ola bilər (doğrusunu Allah bilir).
 
Hazırda çəyirtkələri araşdırmaq üçün xüsusi qruplar yaradılıb və bu tədqiqatların bir hissəsində görüntü əldə etmək üçün uzaqdan idarəetmə sistemlərindən istifadə edilir. Hətta NASA-nın (Amerika Aerokosmik Tədqiqatlar Agentliyi) peyk məlumatlarından da Afrikada səhra çəyirtkə koloniyalarının geniş yayıldığı sahələri müəyyənləşdirmək üçün istifadə olunur. Peyk məlumatları sayəsində 18 milyon km2-lik sahələrdə yerdən və havadan geniş miqyaslı araşdırmalar aparmaq mümkündür. Göründüyü kimi, çəyirtkələrlə bağlı bu məqamları müəyyənləşdirmək üçün bu texnologiyaların mövcud olmadığı bir dövrdə belə bir təşbehin ifadə edilməsi Quranın Allahın vəhyi olmasının daha bir dəlilidir.

 

/ Heyvanlar aləmi 944