Heyvanlar aləmi Bala panterlərin təmizliyi

Bala panterlərin təmizliyi


Bütün canlılar kimi panterlər üçün də təmizliyin xüsusi əhəmiyyəti var. Panterlər öz təmizlikləri ilə yanaşı, balalarının təmizliyi məsələsində də olduqca diqqətlidirlər.
Ana panter xüsusən oyun oynayarkən çirklənən və bədənlərinə gənəyə bənzər parazitlər toplayan balalarını ehtiyatla kiçik dişləklər alaraq və uzun dillərinin zərbələri ilə təmizləyirlər. Ana panterin çəngəl kimi çıxıntılı olan dili eynilə sumbata kağızı funksiyasını yerinə yetirir. Panterlərin dili sərt şəkildə yalayasa, əti sümükdən ayıracaq gücə malikdir. Ancaq bu güclü dil balaları təmizləməyə gəldikdə yumşaq vuruşlarla hərəkət edən darağa çevrilir. Panterlərin dilləri ilə təmizlədikləri xəzləri dərilərinin də sağlam qalmasına kömək edir. Bundan başqa, təmiz və səliqəli xəz soyuq havalarda çirkli və dağınıq xəzə nisbətən daha isti saxlayır.

 

/ Heyvanlar aləmi 392