Heyvanlar aləmi Ağ ayılar dondurucu sularda uzun müddət necə üzür?

Ağ ayılar dondurucu sularda uzun müddət necə üzür?


Ağ ayılar qar fırtınalarının 120-140 km/saata çatdığı, ilin 12 ayında qar və buzlarla örtülü olan bölgələrdə olduqca çətin şəraitdə yaşayırlar. Lakin onlar belə çətin şəraitə tab gətirəcək şəkildə yaradılıblar. Ağ ayıların dərisinin altında 10 sm qalınlığında yağ təbəqəsi vardır ki, bu xüsusiyyət də lazımi istilik izolyasiyasını təmin etmək üçün kifayətdir. Bunun sayəsində buzlu sularda 10-11 km/saat sürətlə 2000 km üzə bilirlər.

Bəs ağ ayılar tamamilə qarla örtülü ərazidə necə qida tapırlar? 

Ağ ayılar daha çox suitilərlə qidalanır. Suitilər isə buz və qar təbəqəsinin altında yaşayır. Buna baxmayaraq, ağ ayılar asanlıqla onları tapa bilir. Güclü iybilmə xüsusiyyəti sayəsində qalınlığı 1.5 metrə çatan qar təbəqəsinin altındakı suitini asanlıqla hiss edir.

Bütün bu xüsusiyyətlər Allahın canlılar üzərindəki rəhmətinin dəlillərindəndir. Canlılar yaradıldıqları ilk andan etibarən bənzərsiz sistem və qabiliyyətlərlə təchiz olunublar. Allah ayədə belə buyurur:

Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır. (Əraf surəsi, 54)

 

/ Heyvanlar aləmi 889