Digər Quranda diqqət çəkilən qığırdaq toxuması

Quranda diqqət çəkilən qığırdaq toxuması


Quran ayələrində insanın ana bətnindəki inkişaf mərhələləri ilə bağlı məlumatlar verilir. Ayələrdə ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü belə xəbər verilir:

 “Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!” (Muminun surəsi, 14)

Yaxın dövrə qədər ana bətnində sümüklərlə əzələlərin eyni anda inkişaf etdiyi düşünülürdü. Ancaq ana bətnində inkişafı araşdıran embriologiya elminin gəldiyi nəticələr bu düşüncənin səhv olduğunu və bu inkişaf haqqında Quranda bildirilənlər məlumatların isə doğru olduğunu ortaya qoydu. Aparılan mikroskopik araşdırmalar göstərir ki, ana bətnində inkişaf ayələrdə göstərildiyi kimi gedir. Əvvəlcə embriondan qığırdaq toxuması əmələ gəlir, sonra bu toxuma sümüyə çevrilir. Daha sonra əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq birləşir və sümükləri örtməyə başlayır. Göründüyü kimi, müasir embriologiyanın kəşfləri insanın Quranda bildirilən inkişaf mərhələləri ilə tam uyğunluq təşkil edir. Xüsusi olaraq yaradılmış qığırdaq toxumaları həyati əhəmiyyət daşıyırlar. İnsan mükəmməl quruluşu sayəsində onurğasının, oynaqlarının gördüyü işləri görmür, bu işləri necə görəcəyini, ya da nəfəs almaq üçün nəfəs borusunu həmişə açıq vəziyyətdə necə tutacağını heç vaxt düşünmür. Qığırdaqdakı bu mükəmməl yaradılış Uca Rəbbimizin üstün yaratma sənətinin çox kiçik hissəsini əks etdirir.

Uca Allah bir ayədə belə buyurur:

“Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır”. (Ənam surəsi, 102)

Allahın üstün yaratmasının bütün nümunələri insanın Allaha yönəlməsi və Onun ucalığını, böyüklüyünü qavraması üçün vəsilədir. İnsanın üzərinə düşən vəzifə isə ona bildiyi və bilmədiyi üstün xüsusiyyətlərlə qüsursuz bədən bəxş edən Allaha şükür etməkdir.

/ Digər 1100