Digər Kök hüceyrələrin tibbdə geniş istifadəsi

Kök hüceyrələrin tibbdə geniş istifadəsi


Son dövrlərdə tibb aləmində ən çox diqqət çəkən yeniliklərdən biri xəstəliklərin kök hüceyrələr vasitəsilə müalicəsidir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, zədələnmiş orqana kök hüceyrə yeridildikdə orqan funksiyasını tam bərpa edir.

Bəs bu möcüzəvi kök hüceyrələr necə əldə edilir?

Əldə etmə üsulları hansılardır?

Hansı sahələrdə istifadə olunur?

www.insanmucizedir.com

Kök hüceyrə nədir?

Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölündükdən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.

Blastositdə xarici və daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindəki hüceyrələr doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağını, daxili hüceyrələri isə  göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanları əmələ gətirirlər. Daxili hüceyrələr müxtəlif toxuma və hüceyrə növlərinə çevrilə bilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir. Bədənimizdəki əzələ, dəri, qaraciyər hüceyrələrinin müəyyən hədəfi var və bu hüceyrələr bölündükdə özləri kimi hüceyrə əmələ gətirirlər. Yəni qaraciyər hüceyrəsi bölündükdə yeni qaraciyər hüceyrəsi, əzələ hüceyrəsi bölündükdə yeni əzələ hüceyrəsi əmələ gəlir. Ancaq bu hüceyrələrdən fərqli olaraq kök hüceyrələrinin müəyyən sabit funksiyaları yoxdur. Aldıqları impulsa əsasən müxtəlif hüceyrə növlərinə çevrilə bilirlər. Orqanizmimizdəki kök hüceyrələrinin qeyri-sabit funksiyalarını genlər tənzimləyir.

Kök hüceyrələr necə əldə edilir?

 Kök hüceyrələr rüşeym və yetkin kök hüceyrəsi olmaqla iki mənbədən əldə edilir.

Ana bətnindəki rüşeymdən əldə edilən kök hüceyrəyə embrional kök hüceyrə deyilir. İlk dəfə embrional kök hüceyrələri süni mayalanma ilə yaranan rüşeymdən əldə edilmişdir. Ancaq göbək bağından götürülən qandan, körpənin cift və amnion mayesindən (dölyanı su) də kök hüceyrə əldə etmək mümkündür. Kök hüceyrə əldə etmək üçün heyvanlar üzərində də təcrübələr aparılmışdır. Məşhur Dolli adlı quzu kimi, kök hüceyrələrini klonlaşdırma ilə də əldə etmək mümkündür.

Bəzən də yetkin kök hüceyrələrindən istifadə edilir. Bunlar müxtəlif toxumalarda müxtəlifləşmiş hüceyrələrdir. Hər yaşda insanda olan bu hüceyrələr özlərini yeniləyir və lazım gəldikdə aid olduqları toxumadakı fərqli hüceyrə növlərinə çevrilirlər. Yetkin kök hüceyrələri orqanizm yaşadığı müddətdə özlərinin surətini köçürərək çoxalırlar.

Yetkin kök hüceyrələri sümük iliyi, əzələ, göz, sinir, dəri kimi toxumalarda olur və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, sümük iliyindən əldə edilən qan kök hüceyrələri qan xərçənginin müalicəsində istifadə edilir.

Təcrübələrdə hər iki mənbədən əldə edilən kök hüceyrələr laboratoriyalarda  çoxaldılır. Beləliklə, yeni kök hüceyrə və ya müxtəlif hüceyrələr əldə edilir.

 Kök hüceyrələrin tibbdə istifadəsi

Dövrümüzdə xərçəng və ya orqan çatışmazlığı kimi xroniki xəstəliklərin müalicəsində kök hüceyrələrdən geniş istifadə olunur. Bədənimiz yaşlanan, funksiyasını itirən və ya ölən hüceyrələrin əvəzinə yenilərini əmələ gətirdiyi, yəni özünü yenilədiyi üçün orqanlarımız fəaliyyətini davam etdirə bilir. Ancaq funksiyasını tam yerinə yetirə bilməyən və ya ölən hüceyrələr yenilənmədikcə orqanlar fəaliyyət göstərmir və müxtəlif xəstəliklər meydana gəlir. Belə olduqda xaricdən orqanizmə yeridilən yeni hüceyrələr xəstəliyi müalicə edib insanın ömrünün uzanmasına vəsilə olur. Son illərdə kök hüceyrələr üzərində aparılan tədqiqatlar xəstə hüceyrələrin yenilənməsi üçün çox faydalı olduqlarını aşkar etdi. Laboratoriyalarda kök hüceyrələrdən hasil edilən xüsusiləşmiş hüceyrələr orqanizmdə yaşlı hüceyrələri əvəz edir. Bu gün kök hüceyrələrin tibbdə geniş istifadə olunduğu sahələri sadalayaq:

Xərçəng və bir çox anadangəlmə xəstəliyin müalicəsində istifadə edilir. Çünki xəstəliklər bu hüceyrələrin xüsusiləşmə mexanizmlərindəki fərqlərdən yaranır.

Kök hüceyrələri qüsurlu və ya funksiyasını itirmiş hüceyrələri sağlam hüceyrə və toxumalarla əvəzləmək üçün də istifadə edilir. Bir çox xəstəliklərin müalicəsi zərər çəkmiş hüceyrələrin dəyişdirilməsi ilə mümkün olacaq. Parkinson, altsaymer, sinir zədələnmələri ilə əlaqədar iflic, oynaq, şəkər xəstəliklərini, onurğa zədələri, osteoporoz və revmatizmi kök hüceyrələri ilə müalicə etmək mümkündür.

Böyrək xəstəlikləri, yarıq damaq, yarıq dodaq, xərçəng, allergiya, infeksion xəstəliklər, göz və dəri xəstəliklərinin müalicəsi üçün də kök hüceyrələrdən faydalanaraq təcrübələr aparılır. Bu sahədə əldə edilən uğurlu nəticələr mətbuatda da tez-tez gündəmə gətirilir. Məsələn “İnsan rüşeymini əhatə edən amnion mayesi və heyvan embrionlarından əldə edilən hüceyrələrdən istifadə edərək böyrək istehsal edildi.”, “Bir insanın bağışladığı nəfəs borusunun bütün hüceyrələri təmizlənib xəstənin sümük iliyi toxumalarından kök hüceyrələr alınaraq laboratoriyada yenidən istehsal edildi və xəstəyə əməliyyatla nəql edildi”, “Xalq arasında əzələ əriməsi kimi bilinən xəstəlik alimlərin laboratoriya şəraitində kök hüceyrədən əzələ istehsal etməyi ilə həllini tapacaq”, “Kök hüceyrələrdən bağırsaq toxuması istehsal edildi”, “Kök hüceyrədən diş istehsal edildi”, “Kök hüceyrədən yumurta hüceyrəsi istehsal edildi”.

Kök hüceyrələri müxtəlifləşdirən uca Allahdır.

Alimlər bir tərəfdən kök hüceyrələrinin köçürülməsi ilə bağlı tədqiqatlar apararkən, digər tərəfdən də daha vacib suala cavab axtarırlar. Kök hüceyrələri dəyişdirən impulsun mənbəyi nədir? Deyək ki, kök hüceyrə köçürülməsi uğurla nəticələndi, bəs kök hüceyrələr uyğunhücüyerəyə çevrilmə əmri haradan gəlir? Hər biri atomlardan ibarət və heç bir ağıla malik olmayan hüceyrələr bir anda dəyişməyə necə qərar verirlər? 

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”. (Talaq surəsi, 12)

www.evriminmikrobiyolojikcokusu.com

Kök hüceyrələr də, insan bədəni də uca Allahın əsəridir. İnsan bədənindəki hər hüceyrə Onun əmri ilə hərəkət edir. Allah diləmədikcə heç birinin gücü və qabiliyyəti olmaz. O bütün canlılara nəzarət edib qoruyan, onları bənzərsiz və qüsursuz yaradan, ən gözəl xüsusiyyətlərlə əhatə edəndir.

“Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz. O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir”. (Ənam surəsi, 1-3)

Sümük iliyindəki kök hüceyrə heyranedici xüsusiyyətlərə malikdir. Orqanizmdə azalan hüceyrələri dərhal müəyyən edir və xüsusi bölünmə qabiliyyəti ilə ehtiyac duyulan hüceyrələrdən lazımi miqdarda çoxalır. Kök hüceyrənin bu möcüzəvi çoxalması orqanizmdə heç vaxt tarazlığın pozulmaması, həyatımızın problemsiz davam etməsi üçün əhəmiyyətli proseslərdən təkcə biridir. Sanki əsgər kimi bədənin istədiyi hər şeyi etməyə kodlaşdırılmış bu hüceyrələri nəzarəti altında saxlayan sonsuz rəhmli Rəbbimiz bu kiçik canlıları insanın xidmətinə verib. Kök hüceyrələri Allahın yaratdığı saysız-hesabsız nemətlərdən biridir. Allah bu həqiqəti Quranda belə bildirir:

“Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Nəhl surəsi, 17, 18)

/ Digər 1828