Digər Kapadokiyada 5000 illik nəhəng yeraltı şəhər kəşf edilib

Kapadokiyada 5000 illik nəhəng yeraltı şəhər kəşf edilib


TOKİ-nin (Türkiyə İctimai Yaşayış Mərkəzləri İdarəsi Nazirliyi) Nevşehirdə şəhərsalma üçün sökdüyü gecəqonduların altından 7 kilometr uzunluğunda tarixi şəhər çıxıb. 7 kilometr uzunluğundakı yeraltı şəhər yerləşən ərazi 3-cü dərəcəli arxeoloji qoruq bölgəsi elan edilib. Görüntüləri yayımlanan yeraltı antik şəhərdə 7 kilometrlik piyada  yolu var. Kilsələr, su yolları, su küpləri, akveduklar (su tunelləri) və bulaqların yerləşdiyi bölgənin 5000 illik olduğu təxmin edilir.

“2014-cü ilin ən böyük arxeoloji kəşfi” adlandırılan bu yeraltı şəhərin 460 min m2-lik ərazisində təmizlik işləri başlayıb. Nevşehir bələdiyyə rəhbəri Hasan Ünver: “Buradakı fəaliyyətlərdə ilk məkanlara çatmışıq. Təmizlik işləri bitdikdə bu qədim ərazini bütün orijinallığı ilə yeni bir məkan kimi bütün dünyaya təqdim edəcəyik,” deyib.

Bu yeraltı şəhərin təkcə Nevşehirin deyil, böyük ehtimalla, bütün dünyanın ən böyük yeraltı şəhəri olduğu təxmin edilir. Arxeoloqların verdiyi açıqlamalara görə, şəhərin yeraltına doğru 11 mərtəbəsi, 600 ədəd girişi və digər yeraltı şəhərlərlə əlaqələnən bir çox tuneli var.

Təxminən 20.000 nəfərin yaşadığı təxmin edilən 5000 illik bu böyük yeraltı şəhər eyni zamanda çox mühüm həqiqəti də göstərir. Təkamülçü elm adamlarının iddialarının əksinə, keçmişdən dövrümüzə qədər qalan izlər insanların tarixin hər dövründə mədəniyyətləri və sosial həyatları ilə mədəni həyat tərzi yaşadıqlarını göstərir. Bu nümunədə də göründüyü kimi, arxeoloji qazıntılarda tapılan alətlər, tikiş iynələri, fleyta qalıqları, bəzək əşyaları, dekorasiya məmulatları keçmiş insanların mədəni cəhətdən inkişaf etmiş həyat yaşadıqlarının göstəricilərindəndir.

Qurani-kərimdə də keçmişdə yaşamış xalqlardan nümunələr verilərkən bunların bəzilərinin inkişaf etmiş sivilizasiya qurduqları xəbər verilir:

 

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir. (Fatir surəsi, 44)

 

www.ancient-origins.net

 

www.biyomimetik.net

 

“Matriks” filmi həqiqətə çevrilir?

 

Təqribən 15 il əvvəl, 2000-ci ildə ekranlara çıxan və bütün dünyada rekord vuran, eyni zamanda elmi-fantastik filmlər sahəsində yeni cığır açmağı bacaran “Matriks” filmi artıq fantastika deyil. ABŞ-lı elm adamları fəaliyyətləri ilə filmə həyat verməyə hazırlaşırlar.

Vaçovski qardaşlarının 2000-ci ildə ekranlaşdırdığı və bu sektorda yeni cığır açan “Matriks” filmi inkişaf edən texnologiya sayəsində həqiqətə çevrilir. İnsan beyninə daxil olaraq insanların virtual aləmə keçmələrini və bu aləmdəki təcrübələri ilə müxtəlif sahələrdə məlumat əldə etmələrini təmin edən “Matriks” filmindəkinə bənzər sistem elm adamları tərəfindən kəşf edilib.

ABŞ-nın ən tanınmış universitetlərindən olan Massaçusets Texnologiya İnstitutu (MTİ) 15 il əvvəl bütün dünyada əks-səda doğuran filmi həyata keçirən, beyin və kompüteri bir-birinə birləşdirən interfaza icad edib. Polimer materialdan hazırlanan kabellər bədən temperaturunun köməyi ilə elastikləşir və sinir toxumaları haqqında informasiya toplayır.

Saç telindən də nazik olan kabellər vasitəsilə müxtəlif dərmanların beyinə ötürülməsinə imkan verən sistem sayəsində beyində əmələ gələn dəyişikliklər müşahidə oluna bilir. İnsan beyni haqqında elm dünyasının əlində çox az informasiya olduğunu vurğulayan MTİ professorlarından Polina Anikeyeva: “Biz ən üzvi sinir interfazası icad etmişik. Bu səbəbdən bu interfazalardan yeni müəmmaları araşdırmaq üçün istifadə edəcəyik,”-deyib.

 

www.cumhuriyet.com.tr

 

Elmdə mühüm addım: işığın sürəti yavaşladılıb

 

Şotlandiyalı tədqiqatçılar elmin mütləq dəyərləri arasında qəbul edilən işıq sürətini yavaşlatmağı bacarıblar. Bunun üçün işıq zərrəcikləri olan fotonlar xüsusi filtrdən keçirilib. Bu filtr fotonların formasını və sürətini dəyişdirərək işığın surətini yavaşladıb.

Fotonların sərbəst boşluğa qayıtdıqda belə işıq sürətindən yavaş hərəkət etdiyi müəyyən edilib.

Qlazqo və Heriot-Uatt universitetlərindən tədqiqatçıların keçirdiyi təcrübə elmin işığa dair fikirlərini böyük ehtimalla dəyişdirəcək. Şotlandiyalı tədqiqat qrupunun keçirdiyi təcrübənin nəticəsi “Science Express” jurnalında dərc olunub.

 

Foton yarışı

 

Buna əsasən, Qlazqo Universitetindən dr. Caklin Romero, dr. Deniel Ciovanni və tədqiqat qrupunun digər üzvləri fotonlar üçün təxminən 1 metr uzunluğunda “qaçış zolağı”na bənzər qurğu hazırlayıblar. Fotonlar cüt-cüt, biri filtrdən keçirilərək, digəri isə normal şəkildə “yarışdırılıb”. Filtrlənən fotonun formasının dəyişdiyi və sürətinin zəiflədiyi müşahidə edilib. İşıq sürəti boşluqda saniyədə 186.282 mil qəbul edilir.

İşıq su və ya şüşə kimi maddələrdən keçərkən sürəti zəifləyir, ancaq boşluğa qayıdan kimi yenidən əvvəlki sürətinə qovuşur. Ayla Yer arasındakı məsafə kimi bəzi dəqiq ölçmələri aparmaqda işıq sürətindən istifadə olunur. Dr. Ciovanni bu kəşfin gündəlik həyatda praktik istifadə sahələrinə də təsir edəcəyini deyir.

 

www.sabah.com.tr

 

www.bilimveteknoloji.org

 

Meduzalar okeanlardakı axıntıları hiss edirlər

 

Meduzaların okeanlardakı axıntıları hiss etdiyi və axıntıya qarşı üzdükləri müəyyən edilib.

Bir beynəlxalq tədqiqat qrupunun apardığı tədqiqat elm adamlarının çoxlu sayda meduzanın necə bir yerə toplaşdığını öyrənməsinə kömək edəcək.

Sürülər yüzlərlə, hətta milyonlarla meduzadan ibarət plur və bəzən aylarla bir yerdə qala bilirlər.

“Current Biology” jurnalındakı bir məqalədə “meduzaların sudakı dəyişiklikləri necə hiss etdikləri hələ də elmə məlum deyil” yazılıb.

Suonsi Universiteti ilə Avstraliyanın Uornambul bölgəsindəki Dikin Universitetindən elm adamları Fransa sahillərində 18 böyük meduzanı (Rhizostoma octopus) nişanlayıblar.

Tədqiqat qrupunun tutduğu meduzalara taxılan cihazlar sürətlənmələrini və istiqamət götürmələrini ölçüb.

 

Sensorlarla izləyiblər

 

Sensorlar meduzaların suda sürükləndiklərini hiss etdikdə axıntıya qarşı üzdüklərini müəyyən edib.

Tədqiqatın ikinci hissəsində isə tədqiqatçılar əllərindəki faktlara əsaslanaraq okeandakı meduza sürüsünün hərəkətlərini canlandırıblar.

Prof. Heys: “meduzaların üzərkən istiqamətləndirilməsi ayrılıb getmək və ya axıntılarla sahilə sürüklənmək əvəzinə, sürülərin bir yerdə qalmasına kömək edir. Meduzaların davranışlarını müşahidə edərək hərəkətlərinin dinamikasını anlaya bilərik,” – deyib.

Lakin meduzaların haraya doğru üzəcəklərini necə müəyyən etdikləri hələ də məlum deyil.

Elm adamları heyvanların dənizdəki axıntıları bədənlərinin səthi ilə hiss etdiklərini təxmin edirlər. Bu canlıların okeanda hərəkət edərkən Yerin maqnit sahələrindən istifadə etdiklərini də düşünürlər. Dəniz tısbağaları kimi kütləvi şəkildə köç edən digər bəzi dəniz canlılarında da belə bir xüsusiyyəti var.

Bu tədqiqatın nəticələri axıntıların güclü olduğu bölgələrdə belə meduza sürülərinin axıntıya qarşı üzərək sürü şəklində qaldıqlarını üzə çıxarıb.

 

/ Digər 473