Digər Kainatın yaradılışı, ulduz əmələ gəlmə prosesi

Kainatın yaradılışı, ulduz əmələ gəlmə prosesi


Buludsuz bir gecədə səmaya baxanda parıldayan çoxlu ulduzlar görürsünüz. Qaranlıqda parıldayan nöqtə kimi görünən ulduzlara aid bildiklərimiz göründüyü kimi deyil. Ulduzlara xas heyrətamiz xüsusiyyətlər nələrdir?

Səmaya baxanda ulduzların eyni cərgədə yerləşdiyini düşünə bilərik, amma yanlış düşünürük. Bəziləri yan-yana düzülmüş kimi görünsə də, aralarında çox uzun məsafələr var. Ulduzların hamısı eyni görünür. Halbuki yaydıqları şüalar və parlaqlıqları, hətta rəngləri belə bir-birindən fərqlidir. Onlar parlaq nöqtə kimi görünsələr də, əksinə olaraq çox nəhəngdirlər. Hətta elələri var ki, içinə trilyonlarla dünya sığacaq qədər böyükdür.

Kiçik və ya böyük, yaxın, ya da uzaq olsun bütün ulduzlar çox heyrətləndirici xüsusiyyətlərə sahibdirlər. Ulduzların hərəkətləri çox maraqlıdır. Bəzi insanlar ulduzları kosmosda sabit zənn etsə də, bütün ulduzlar kosmosun içində axıb gedən bir orbiti izləyirlər. Heç bir ulduz keçdiyi nöqtədən bir də keçmir. NASA-nın hesablamalarına görə kainatda təxminən 1000 kentilyon (1021) dənə ulduz var. NASA-nın hesablamalarına görə kainatda təxminən 1000 kentilyon (1021) ulduz var. Riyazi cəhətdən açıqlanması belə çox çətin olan bu qədər ulduzun ilk yarandıqları gündən bəri toqquşmadan fırlanmaları Yaradıcı tərəfindən yaradıldıqlarına dəlildir. Heç şübhəsiz, bu Yaradıcı bütün kainatın hakimi olan Allahdır. Allah, kosmosdakı planetlər, ulduzlar və quyruqlu ulduzlar üçün saysız-hesabsız yollar yaratmışdır. Bu göy cisimləri öz yollarında bir-birləri ilə toqquşmadan irəliləyir.

İndi bizlər üçün yalnız parlayan nöqtə kimi görünən, amma əslində hər biri heyranedici xüsusiyyətlərə sahib olan ulduzların hekayələrinə bir baxaq. Hekayəmiz ulduzların doğuşu ilə başlayır:

Kainat ən kiçik atom parçacıqlarından tutmuş, ən böyük yarımkürələrə qədər hər şeyi içində ehtiva edir. Astronomlar müəyyən ediblər ki, kainatda hər biri orta hesabla 100 milyard ulduzdan ibarət olan təxminən 100 milyard qalaktika mövcuddur.

Qalaktikalar çox sayda ulduz, içində ulduzların doğulduğu toz və qaz buludları və ulduzlararası maddədən ibarətdir. Ən böyük qalaktikalara 3 trilyona yaxın, ən kiçiklərinə isə təxminən yüz min ulduz daxildir. Qalaktika nüvələrinin kvazarlar olduğu düşünülür, ancaq çox uzaq olduqlarına görə xüsusiyyətləri barədə məlumat əldə edilməmişdir. Kvazarlar kainatın ən uzaq guşələrində olan, sıx və çox parlaq, ulduzlara bənzər cisimlərdir. Məsələn, ən uzaqdakı qalaktikalar bizdən təxminən 10 milyard işıq ili (bir işıq ili təxminən 9, 46 trilyon klometrdir) uzaqdadır. Bu uzaqlıq kvazar üçün təxminən 15 milyard işıq ilidir. Kvazarlar sıx şəkildə şüa yayırlar.

www.evrenmucizesi.imanisiteler.com

Süd yolu qalaktikasını əhatə edən nəhəng ulduzlararası qaz və toz buludu mövcuddur.

 Qalaktikanın çevrəsinə səpələnmiş  digər ulduzlar kimi buna da həddindən artıq miqdarda maddə daxildir. Bu bulud günəşə bənzəyən yüzlərlə ulduz əmələ gətirəcək qədər maddəyə sahibdir. Bu buludda rast gəlinən atomların çoxu kainatda ən çox mövcud olan hidrogendir. Hər 16 hidrogen atomuna qarşılıq 1 dənə də kainatdakı ikinci bol element olan helium atomu mövcuddur. Daha ağır olan karbon, azot, oksigen və dəmir kimi elementlərə də uzun tədqiqatlar nəticəsində rast gəlinib.

Süd yolunu əhatə edən qaz və toz  buludu soyuqdur

Mütləq sıfırdan sadəcə yüz dərəcə çox (təxminən -1730S) olan bu istidə atomlar çox yavaş hərəkət edirlər və demək olar ki toqquşmurlar. Ulduzu meydana gətirən konik “bətn” məhz belə yerdir. Belə bulud qalaktikanın spiral qollarından birinə yaxınlaşmaq üçün milyon illər gözləyir.

Kosmosun dərinliklərinə saysız-hesabsız spiral qalaktika saçılıb. Günəş süd yolu qalaktikasının kənarına yaxındır və iki spiral qol arasında yerləşir. Bu spiral qollar qalaktikanın çəyirdəyi ətrafında dönəndə ulduzlararası buludları sıxışdıran şok dalğaları meydana gətirirlər.

(Şok dalğalarını belə təsvir edə bilərik: hərəkətli səs mənbəsinin surəti səsin yayılma surətini keçəndə səs partlayış kimi eşidilir.

Belə vəziyyətdə dalğa şüa kimi konik sahəyə yayılır və bu proses şok dalğaları adlandırılır. Şok dalğalarının yaratdığı sıxışdırma yeni ulduz əmələ gəlmə prosesinə zəmin yaradır.

Fəzanın spiral qollarından biri ulduzlararası buludun içindən keçərkən bir-birindən çox uzaq olan atomlar birdən-birə sıxışdırılırlar. Əvvəl şəffaf olan bulud bu səbəbdən şəffaflığını itirir. Zəif ulduz işığı artıq buludun içinə girə bilmir. Beləcə bulud qaranlıq dumana çevrilir.

Qaranlıq dumanları tapmaq çox çətindir. Ancaq arxalarında parlaq bir ulduz qrupu varsa, qaranlıq siluetlər formasında görünürlər.

Duman şəffaf olmadığına görə uzaq ulduzların işıqları buludun içinə girə bilmir və içindəki qazları isitmir. İstilik yavaş-yavaş mütləq soyuğa (-2730 C) doğru düşür. İstilik düşəndə atomların hərəkətləri getdikcə yavaşlayır və atomlar arasındakı zəif cazibə qüvvəsi dumanın daxili quruluşuna hakim olmağa başlayır. Qaranlıq duman çox hamar və eynicinsli deyil. Yəni dumanın müxtəlif hissələrində orta nisbətdən az, ya da çox atomlar olur.

Kütlə cazibə qüvvəsi (dünyanın və digər göy cisimlərinin üzərində olan cisimlərə tətbiq etdiyi cazibə qüvvəsidir, bir qisim cismin kütləsi artdıqca kütlə cazibə qüvvəsi artır) səbəbindən harda daha çox maddə varsa, cazibə sahəsi daha güclü olur. Bu səbəbdən qaranlıq dumanın bəzi yerlərində çox atom olması daha güclü cazibə sahələri yaradır. Bu hissələr çevrədə yavaş hərəkət edən atomları asanlıqla cəzb edir. Atom sayı artdıqca bu nöqtədəki cazibə sahəsi də güclənir və çevrədəki dumandan daha çox maddəni cəzb edir. Beləcə, duman içində yığınlaşmalar əmələ gəlir. Belə tipik yığının radiusu milyon kilometrlər ola bilər və günəş kütləsinin bir neçə qatı maddəni ehtiva edir. (Günəşin kütləsi təxminən 2 milyard dəfə milyard tondur)

Duman içindəki yığınlar ulduzların əmələ gəlməsinin ilk mərhələsini müəyyən edir. Bir neçə milyon il ərzində bu sahə yeni doğulan ulduzların göz qamaşdırıcı parlaqlığını göstərəcək.

www.gunesmucizesi.imanisiteler.com

Təbiətdəki bir çox təzyiq və temperatur başa-baş gedir. Nəticədə çökən yığınlaşmanın çəyirdəyindəki qazların təzyiqi artdıqca temperaturu da getdikcə artır. Artan temperaturla birlikdə yığının içindəki qazlar parlamağa, çökən qaz yığınından da çölə radiasiya süzülməyə başlayır. Artıq həmin yığın qaranlıq deyil. Çıxan işıq əvvəlcə mat qırmızı olur və qazlar kamindəki odun parçaları kimi parıldayır. Yığın artıq yeni formalaşan ulduza çevrilmiş olur.

Ulduz da cazibə qüvvəsinə qarşı qərarsızdır. Qaz kürəsi şəklində olan ulduz onu əmələ gətirən qazların böyük ağırlığına tab gətirə bilmir və beləcə büzülmə, mərkəzindəki temperatur və təzyiq artımı davam edir.

Ulduz mərkəzindəki temperatur 10 milyon dərəcəyə çatanda "hidrogen yanması" başlayır. Bu temperaturda hidrogen atomlarının nüvələri elə sürətlə hərəkət edir ki, toqquşanda bir-birləri ilə qarışırlar. Bu mühüm prosesdə hidrogen, əslində heliuma çevrilir.

Burada bir məqama diqqət çəkmək lazımdır. Ulduzun mərkəzindəki temperatur 10 milyon dərəcəyə çatmasaydı, mərkəzindəki hidrogen atomları böyük sürətlə hərəkət edə bilməz, toqquşmaz və bir-birlərinə qarışmazdı, yəni kainatdakı 1000 kentrilyon ulduz və həyat qaynağımız olan Günəş olmayacaqdı. Ulduzların yaranması üçün lazım olan bu temperaturu lazımi miqdarda planlayan heç şübhəsiz, bütün kainatın yaradıcısı uca Allahdır.

Qarışan hər 4 hidrogen nüvəsinə qarşılıq 1 helium nüvəsi ortaya çıxır. Amma daha da əhəmiyyətlisi, nəticədə ortaya çıxan helium nüvəsinin ağırlığı, başlanğıcdakı 4 hidrogen nüvəsinin ağırlığından daha azdır. Burada itən maddə saf enerjiyə çevrilmişdir. Termonüvə reaksiyası adlı bu proses təbiətdəki ən əhəmiyyətli hadisələrdən biridir və maddənin bilavasitə enerjiyə çevrilməsi deməkdir.

Bu reaksiyalarda ortaya çıxan enerjinin də çox mühüm funksiyası var. Hidrogen yanması nəticəsində yaranan bu enerji sonda ulduzun öz ağırlığını daşımasını təmin edəcək mühiti hazırlayır. İçə doğru çökmənin qarşısını alacaq qədər təzyiq yaradır və sistem tarazlaşır. Yəni ulduz ehtiyacı olan enerjini özü istehsal edir. Artıq büzülmə prosesi dayanır və yeni ulduz doğulur.

Yaxşı, əgər yanan hidrogen tamamilə heliuma çevrilsəydi, yəni ulduz özünün formalaşması üçün ehtiyacı olan enerjini istehsal etməsəydi, nə olardı? Ulduz öz içinə doğru çökmənin qarşısını alacaq təzyiqi yarada bilməyəcək, özünü tarazlıqda tutmayacaqdı. Yəni ulduzların heç biri mövcud olmayacaq, Günəş və Günəş sistemi də yaranmayacaqdı. Ulduzun meydana gəlməsi üçün lazım olan bu enerjini məhz ulduzun yaranması üçün qüsursuz sistemlə yaradan heç şübhəsiz, bütün aləmlərin Rəbbi olan uca Allahdır.

Yeni doğulmuş bir ulduz mərkəzində yanan hidrogeni alovlandıran ulduz deməkdir və bir neçə 100 milyon ildən bir neçə 10 milyard ilə qədər yaşayır. Kütləsi nə qədər kiçik olsa, bir o qədər uzun ömürlü olur. Ulduz nüvə enerjisi istehsal edərək parlayır. Səmada hər tərəfə səpələnmiş milyonlarla belə gənc ulduz görəcəksiniz. Bu gənc ulduzlar bulud parçaları ətraflarında olduğu üçün görünür. Gənc və böyük kütləli ulduzların yaydığı ultrabənövşəyi işıq ətrafdakı interstellar qaz buludlarının içindən keçərkən bu buludları ışıldadır. Bu ulduz yuvalarının ən məşhurlarından biri Orion dumanlığıdır (nebula).

www.yaratilismucizesi.com

Səmaya baxanda gördüyümüz ulduzlar demək olar ki, nüvəsində hidrogen yanan gənc ulduzlardır.

Təxminən 5 milyard il əvvəl doğulan Günəş buna çox gözəl nümunədir və onun fərqləndirici xüsusiyyətləri bir ulduzun ümumi quruluşu barədə bizdə fikir yaradır. Əgər saniyədə 600 milyon ton deyil, 700 milyon ton hidrogen heliuma çevrilsəydi, milyon illər əvvəl Günəşin ömrü bitər və sönərdi. Özü ilə birlikdə ətrafındakı hər şeyi məhv edərdi. Uca Allahın yaratdığı qüsursuz tarazlıq sayəsində Günəş və Günəş sistemi varlığını hələ də davam etdirir. Ancaq müəyyən müddətdən sonra Günəşin yanacağı bitəcək, Günəş öz enerjisini istehsal etməyəcək və yaşadığımız dünya ilə birlikdə bütün Günəş sistemi yox olacaq.

Şübhəsiz, Günəşin yaradılışı və ulduzların meydana gəlməsindəki bu geniş proseslər təsadüflərin əsəri ola bilməz. Alimlərin elm və texnologiyadan faydalanaraq  ortaya çıxardığı bu möhtəşəm proseslər Allahın nəzarətində və Onun əmri ilə baş verir. Bütün göy cisimləri Allah tərəfindən müəyyən edilən qədərə uyğun hərəkət edir. Əks təqdirdə kainatda nizam pozular, canlılar yaranmaz, göy cisimləri də bir-birinə toqquşaraq heç bir faydası olmayan bir yığın yaranardı. Ancaq kainat çox ehtişamlı və mükəmməl şəkildədir. Fəzadakı bütün cisimlər Allahın təqdiri ilə yaranıb. Bir Quran ayəsində Uca Allah belə buyurur:

“Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür.” (Yasin surəsi, 38)

/ Digər 2556