Digər Bakteriyalar arasındakı ünsiyyət mexanizmi

Bakteriyalar arasındakı ünsiyyət mexanizmi


Bakteriyalar çox ağıllı canlılardır. İnsanların  heç vaxt sahib ola bilməyəcəyi  (Allahın diləməsi xaricində) bacarıqları var. Yer üzərində demək olar ki, bir çox şey bakteriyaların əməyinin nəticəsidir. Bakteriyaların faydalı xüsusiyyətləri sayıla bilməyəcək qədər çoxdur. Bakteriya deyiləndə ağıla dərhal zərərli patogen (xəstəlik törədən) növlər gəlir. Halbuki onların faydaları o qədər çoxdur ki, saymaqla qurtarmaq mümkün deyil. Onlar, əslində, sakit, problem yaratmayan, fayda verən, fədakarca işləyən "super" işçilərdir.

Bakteriyalar öz aralarında ünsiyyət quraraq bir-birləri ilə “danışırlar”. Onların danışmağı, yəni bir-birləri ilə əlaqə yaratmaq mexanizmlərinin adı “Quorum Sensing”, qısaca olaraq QS adlanır. Bu “çoxluğun yetərli olduğunu hiss etmə” sistemidir.

Bakteriyaların bu xüsusiyyətləri, yəni QS (“çoxluğun yetərli olduğunu hiss etmə”), bir-birləri ilə rabitə və ünsiyyət yaratmaları osminoq növü olan qarnından işıq saçan  "Havay qısaquyruqlu mürəkkəb balığı"nın  (“Euprymna scolopes”) tədqiq edilməsi ilə ilk dəfə 1960-cı illərdə təsbit edildi.

Gecə vaxtı ov ovlayarkən qarnındakı işıqdan istifadə edən bu balıq alimlərin diqqətini çəkmişdir. Mürəkkəb balığında (kalmar) işığı əmələ gətirən bu orqanı araşdırdıqda, əslində, orqanın içində “Vibrio fischeri”  adında bir bakteriya növünün olduğu aşkar oldu.

“Vibrio fischeri”  mürəkkəb balığının içində özünə bir növ həyat tərzi müəyyənləşdirmişdir. Bakteriyalar mürəkkəb balığı ilə ortaq həyat sürür, bir tərəfdən onun vücudunda öz həyatını davam etdirir, digər tərəfdən onun üçün işıq istehsal edirlər. Bakteriyanın mürəkkəb balığının içinə nə zaman daxil olduğu dəqiq məlum deyil, amma əvəlcədən mövcud olmadıqları, sonradan daxil olduğu bilinir.

Bakteriyanın digər bir xüsusiyyəti isə öz-özünə işıq istehsal etməməsidir. Bunun səbəbi yüksək miqdarda enerjiyə ehtiyacı olmasıdır. Dolayısilə, bu enerjini təmin edəcək imkanı olmadıqda bu funksiyasını işə salmır. İşığı yalnız “Havay qısaquyruqlu” mürəkkəb balığı kimi enerji mənbəyi tapdığı zaman istehsal edir. Çünki bakteriya işıq istehsal edərkən hüceyrənin ümumi enerjisinin yarıdan çoxunu istifadə edir və bunu ancaq bu balığın orqanında həyata keçirə bilir.

Bu bakteriyalar üzərində tədqiqat aparılmışdır. Belə ki, bakteriyalar maye mühitində çoxaldılmışdır. Bakteriyaların əvvəlcədən deyil, yalnız müəyyən bir saya çatdıqda kütləvi şəkildə işıq istehsal etdiyi müşahidə edilmişdir. Ancaq müəyyən bir saya çatmadıqda işıq istehsal etmədikləri təsbit edilmişdir.

Əlbəttə, bunun üçün bakteriya birliyi bir-birləri ilə razılaşmalı, saymağı bilməli, bir yerdə hərəkət etmək üçün rabitə yaratmalıdırlar. Bunu təmin edən isə “avto induktiv” (xüsusi bir geni ifadə edən hər hansı fiziki və ya kimyəvi xəbərdarlıq, induktiv, bəzən bir fermentin substratı, hormon kimi bəzi molekullar ola bilər) deyilən siqnal molekuludur.

Bakteriyalar “avto induktiv” siqnal vasitəsilə kifayət qədər saya çatıb-çatmadıqlarına nəzər yetirirlər. Əgər kifayət qədər deyildirlərsə, enerjilərini boşuna itirmiş olmurlar. Bununla da kifayət qədər işıq istehsal edə bilməyəcəkləri haqqında məlumatlarının olduqlarını və sanki şüurlu olduqlarını sübut etmiş olurlar.

Xəstəlik törədən bakteriyaların da müəyyən bir saya çatması nəticəsində vücudda ani bir hücuma keçərək immunitet sisteminə qarşı mübarizə aparmaları və eyni ünsiyyət sistemi ilə hücuma keçdikləri aydın olmuşdur.

Tək hüceyrəli, gözü, qulağı olmayan bir canlı olduqca dərin bir ağıl və şüur tələb edən böyük bacarıq nümayiş etdirir, planlar qurur və hesablamalar aparır.

İşığın düşmədiyi qaranlıq bir dünyada sadəcə hisslərlə xarici mühitin planını bilərək hərəkət edən bu gözlə görünməyən canlılar, təbii ki, özbaşına hərəkət etmirlər. Bu canlılara nə etmələrini ilham edən, hər şeyi mükəmməl və qüsursuz bir şəkildə yaradan uca Rəbbimizdir. Hər şeyin planı, məlumatı Allaha aiddir. Bu canlılara da, dünyadakı digər bütün canlılara da kainatı mükəmməl bir nizam içində yaradan Rəbbimiz bir qədər (tale) və plan daxilində istiqamət verir. Hər şeyi qüsursuz şəkildə yaradan uca Allah bütün canlılara nə etməli olduqlarını ilham edir.

Uca Allah “Furqan” surəsinin 2-ci ayəsində "Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir" buyuraraq yaratmasındakı sirri  və hər şey üzərindəki idarəsini insanlara bu sözləri ilə xəbər vermişdir.

/ Digər 800