Digər ANTİBİOTİKƏ QARŞI MÜQAVİMƏT GÖSTƏRƏN BAKTERİYALARIN İSTİFADƏ ETDİYİ METODLAR

ANTİBİOTİKƏ QARŞI MÜQAVİMƏT GÖSTƏRƏN BAKTERİYALARIN İSTİFADƏ ETDİYİ METODLAR


 

 

 

 

Antibiotik müalicəsinə qarşı bəzi bakteriyaların müxtəlif üsullardan istifadə edərək xilas olduqları və ya antibiotik müalicəsinə qarşı müqavimət göstərdikləri məlumdur. Bakteriyalar üzərində aparılan tədqiqatlar nəticəsində bəzi bakteriyaların antibiotikə qarşı müqavimət metodları aşkar edilmişdir. Bu yolla bakteriyaların nəzarətdə saxlanılmasının yollarını tapmaq və antibiotik müalicəsinin təsirini artırmaq mümkün olacaq.

Antibiotikdən istifadə bir çox xəstəliyin müalicəsində əsas faktor hesab edilir. Lakin bakteriyalar antibiotiklərdən xilas olmağın yolunu tapıb xəstəliyin davam etməsinə səbəb olurlar. İldə təqribən 2 milyon insan antibiotikə müqavimət göstərən bakteriyaların törətdiyi xəstəliklərə yoluxur və təqribən 23.000 nəfər antibiotik müalicəsindən sağala bilmədiyi üçün ölür.

 

Antibiotik hasil edərək antibiotikə qarşı müqavimət göstərən Streptomyces Platensis

 

Elm adamları antibiotik müalicəsinə bakteriyaların necə müqavimət göstərdiyini tədqiq etmiş və maraqlı nəticələrlə qarşılaşmışlar. Tədqiqat, əsasən, çox geniş yayılmış Streptomyces platensis bakteriyası üzərində aparılmışdır. Bu bakteriya özünü digər bakteriyalardan “antibakterial” maddə ifraz edərək qoruyur. Maraqlıdır ki, bu bakteriya antibiotik hasil edən böyük bakteriya ailəsinin üzvüdür. Bu bakteriya ailəsinin, demək olar ki, 2/3-i kliniki cəhətdən faydalı antibiotik hasil edən bakteriyalardan təşkil olunub.

Streptomyces platensis-in ifraz etdiyi “platensimisin” və “platensin” adlanan antibiotik birləşmələri yağ turşusunun sintezlənməsinə mane olur. Əslində, yağ turşusu sintezi bütün bakteriyaların hüceyrə divarının əmələ gəlməsində, dolayısı ilə, bakteriyanın yaşamasında həyati əhəmiyyət daşıyır. Platensimisin yağ turşusu sintezində platensin bir deyil, iki fərqli fermentə mane olur.

Burada bir sual doğur: bu iki maddə nə üçün digər bakteriyaları öldürür, ancaq bu iki maddəni ifraz edən Streptomyces platensis bakteriyasını öldürmür? Elm adamları da məhz bu sirri açmaq istəyirlər.

Tədqiqat nəticəsində bakteriyada platensimisin və platensinə qarşı müqavimət göstərmək üçün bir-birini tamamlayan iki mexanizm müəyyən edilmişdir. Bunlar Streptomyces platensis bakteriyasında olan 2 gendir. Bu iki gen yağ turşusu sintezini zəiflədir, lakin bakteriyaların antibiotiklərə qarşı müqavimətini təmin edir. Bakteriyalar bu yolla özlərini qoruyur və bu müdafiə taktikasını digər bakteriyalara ötürərək müqavimət göstərirlər. Bir hüceyrədə nümayiş olunan bu ağıl və sənət, şübhəsiz ki, kiçik varlığa bu möhtəşəm xüsusiyyətləri verən Allaha aiddir. Bu nümunə isə Allahın yaratdığı möcüzələri və Onun sonsuz elmini görmək üçün böyük fürsətdir. Bir ayədə belə buyurulur:

 

Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, bir Kitabda mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır. (Həcc surəsi, 70)

 

Bakteriyalar antibiotikdən necə qaçırlar?

 

Bəzi bakteriyalar antibiotiklərə qarşı fərqli metodla müqavimət göstərirlər. Bu bakteriyalar antibiotik müalicəsi başladıqda yuxu vəziyyətinə keçirlər. Yuxu vəziyyətinə keçən bakteriyalar antibiotik müalicəsi qurtardıqdan sonra yenidən zərərli fəaliyyətlərinə başlamaq üçün “oyanırlar”.

İndiyə qədər bu bakteriyalar və bakteriyanın daxilində əmələ gələn toksik maddə HipA arasında bir əlaqə olduğu zənn edilirdi. Lakin bu toksik maddənin hədəfinin nə olduğu və necə fəaliyyət göstərərək bakteriyanın yuxu vəziyyətinə keçirdiyi bilinmirdi. Hebryu Universiteti Tibb Fakültəsinin professoru Qadi Qlaser və həmkarları bu prosesin necə baş verdiyini müəyyən ediblər.

Antibiotiklər bu bakteriyalara hücum etməyə başladıqda HipA toksik maddəsi zülal hasilatında istifadə olunan qidalar üçün lazım olan kimyəvi xəbər zəncirini pozur. Bu proses bakteriya tərəfindən aclıq siqnalı kimi qəbul edilir və bakteriya özünü yuxu vəziyyətinə keçirir. Bu proses bakteriyanın antibiotik müalicəsi bitdikdən dərhal sonra yenidən aktivləşib (oyanıb) zərərli fəaliyyətlərinə başlayıncaya qədər davam edir. Bəs HipA toksik maddəsi kimyəvi prosesin başladığını necə bilir? Bu prosesi pozmaq üçün əks-hərəkətə necə keçir? Əks-hərəkəti strateji cəhətdən necə tətbiq edir?

Eyni zamanda bakteriya pozulan kimyəvi zəncirin nə demək olduğunu haradan bilir və bu təhlükəyə qarşı necə tədbir görür? Gördüyü tədbirin onu qoruyacağına necə əmin olur və buna görə ikinci alternativ düşünmür?

Gözlə görünməyən canlının belə ağıllı və fədakar davranaraq heyrətamiz qərar verməsi, şübhəsiz ki, onun yaradıldığını anlamaq üçün qaneedici dəlildir. Bakteriya sadəcə Allahdan ilham edilən əmri həyata keçirir. Millimetrin mində, bəzən də milyonda biri böyüklüyündəki canlıların qurduğu nizamı anlamaq üçün dünyanın ən zəkalı və bilikli insanları illərini laboratoriyalarda keçirirlər. Bu, canlılarda qarşılaşdığımız ağılın təfərrüatlarını göstərir. Bütün bu təfərrüatlar bir daha Allahın möhtəşəm sənətinə işarə edir. Allah bu prosesləri həyata keçirən bakteriyanı yaratdığı kimi, onu yuxuya verən və oyandıran, antibiotikə qarşı müqavimət göstərməsində rol oynayan toksini də yaradır.

 

BAKTERİYANIN QÜSURSUZ QURULUŞU TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDİR

 

Təkamül nəzəriyyəsini müdafiə edənlər bilirlər ki, əslində, bakteriyaların quruluşu sadə deyil. Ona görə bu mükəmməl canlıların xüsusiyyətlərindən bəhs edərkən və mexanizmlərini açıqlayarkən tərəddüd içində qalırlar. Mikroskopik canlının varlığını açıqlamaqda aciz qalan təkamül nəzəriyyəsinin çəkindiyi ən böyük faktlardan biri məhz budur. XX əsrin inkişaf edən elm və texnologiyası elektron mikroskopu altında təkamül yalanını ifşa edən yeni aləmi tanıtmışdır. Darvinistlərin getdikcə uzanan suallar zəncirinə beləcə yenisi də əlavə olunmuşdur. Təkamülçülər öz lehlərinə olan cavabları nə qədər axtarsalar da, onların araşdırmaları, əslində, Allahın gözlə görünməyən canlıda necə qüsursuz sənət yaratdığını görmək üçün yol olacaq. Allahın qüsursuz sənəti və elmi Quranda bu sözlərlə bildirilir:

 

Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır! Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. O, rəhm edəndir, bağışlayandır! (Səba surəsi, 1-2)

 

Bakteriyaların strateji birliyi

 

London Universiteti tərəfindən aparılan başqa bir tədqiqatda antibiotiklərə qarşı bəzi bakteriyaların müqavimət göstərməsində informasiya ötürülməsinin rolu olduğu aşkar edilmişdir. Bu tədqiqat Molekulyar Biologiya İnstitutundan prof. Uoksman (Waksman) tərəfindən həyata keçirilmişdir. “Tip IV” adlanan ifrazat sistemindən istifadə edərək bakteriya məmulatı hüceyrə divarından içəriyə ötürür. Tip IV ifrazat sistemi bakteriyalar arasında genetik informasiya ötürülməsini təmin edir, xüsusilə də, antibiotikə davamlı gen ötürür. Ən əsası bu ötürmə prosesi eyni zamanda toksik maddə ötürülməsində də təşkil olunur; xora, göy öskürək, sətəlcəm kimi bir çox legioner xəstəliklərin yoluxmasında rol oynayır. Tədqiqatçıların tamamilə kompleks və qeyri-adi canlı adlandırdığı bakteriyaların bu xüsusiyyəti uca Allahın yaratma sənətindəki qüsursuzluğu göstərir.

E. Coli üzərində aparılan tədqiqatda bakteriyanın mexanizmində 2 müxtəlif kompleks forma olduğu məlum olmuşdur. Biri hüceyrənin xarici qılafında, digəri isə daxili qılafında yerləşən bu forma periplazmanı (iki qılaf arasında qalan boşluq) keçərək bir-birlərinə çubuq və ya sapabənzər şəkildə birləşirlər. Daxili və xarici qılafda olan bu iki kompleks forma qılafda dəliklər açaraq informasiya ötürülməsini təmin edir.

Bu genetik informasiya ötürülməsi sistemi və mexanizmini elm adamları tam açdıqda antibiotikə davamlı genlərin ötürülməsini və ifrazatını blok edən mexanizmi və birləşməni də, Allahın izni ilə, icad edə biləcəklər. Bu isə ölümcül xəstəliklərin antibiotiklərlə müalicəsini daha effektiv edəcək.

Maraqlıdır, bakteriya antibiotikə qarşı müqavimət göstərmək üçün lazımi genetik informasiyanı öz yoldaşına ötürür ki, düşmənə qarşı ona dəstək olsun. Bakteriyanın antibiotikin nə olduğunu, quruluşunu, kimyəvi tərkibini, ona hansı informasiya və silahla müqavimət göstərəcəyini müəyyən etməsi, bu müdafiə sisteminə aid informasiyanı digər bakteriyaya ötürməsi, informasiya ötürməsi ilə yoldaşını qoruyacağını bilməsi ağıl tələb edir. Üstəlik, bütün bu əməliyyatları həyata keçirən bakteriyanın kimya professoru, döyüş strategiyası üzrə mütəxəssis kimi hərəkət etməsi Allahın üstün ağlının dəlillərindəndir.

Gözlə görünməyən bir canlının bu incə planı dərk etməsi üstün ağıla və elmə sahib, hər şeyin Maliki olan uca Allahın onlara “Ol” deməsi və ilhamı ilə baş verir. Ayədə belə buyurulur:

 

Bir şeyi istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Ya sin surəsi, 82)

 

/ Digər 1008