Bitkilər aləmi Ağacların düşündürdükləri

Ağacların düşündürdükləri


Çox hündür bir ağacın ən yuxarı budağının uc hissəsindəki yarpağa qədər suyun necə çatdığını heç düşünmüsünüz?

Bitkilərin yaşamaq üçün fotosintezə, bu prosesin həyata keçməsi üçün isə torpaqdakı su və minerallara ehtiyacı var. Ağacların kökü tor kimi torpağın altına yayılaraq su və mineralları sorur. Köklər nazik olsa da, tonlarla ağırlıqdakı ağacların torpaqda möhkəm dayanmasını təmin edir.

Köklər torpaqdan suyu sorarkən heç bir əlavə vasitəyə ehtiyac duymurlar. Köklərdə suyu sormaq prosesini başladan qüvvəni təmin edən motorlar yoxdur. Suyu və mineralları metrlərlə uzunluqdakı gövdəyə daşıyan texniki avadanlıqlar da mövcud deyil. Bəs köklər bu işi necə bacarır?

Torpağın dərinliklərinə yayılan köklər bitkinin ehtiyacı olan su və mineralları gövdə və budaqlar vasitəsilə yarpaqlara çatdırır. Köklərin torpaqdakı suyu sorması zondlama üsulunu xatırladır. Köklərin ucları suyu tapana qədər torpağın dərinliklərini axtarmağa davam edir. Su ağacın kökünə əvvəlcə xarici qılafından və kiçik hüceyrələrdən daxil olur. Hüceyrədən və hüceyrə zarından gövdə toxumasına keçir. Buradan da bitkinin hər tərəfinə paylanır.

Bu qüsursuz proses, əslində, son dərəcə mürəkkəbdir. Belə ki, bu sistemin sirri dövrümüzdə də hələ tam məlum deyil. Ağaclardakı “hidrofor sistemi”nin varlığı təqribən iki əsr əvvəl kəşf edilmişdir. Lakin suyun yerin cazibə qüvvəsinə zidd hərəkətinin necə baş verdiyini izah edən qanun hələ tapılmayıb. Bu qüsursuz sistem Allahın üstün ağlını bizə göstərən dəlillərdən yalnız biridir. Ağaclardakı daşıma sistemini Allah yaratmışdır.

İnsanın üzərinə düşən isə dünyadakı buna bənzər yaradılış möcüzələrini görmək üçün səy göstərməkdir. Beləliklə, insan Allahı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və üstünlüyünü lazımi kimi təqdir edə biləcək. Allah Quranda belə buyurur:

Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 11)

 

/ Bitkilər aləmi 509