Bitkilər aləmi Bitkilərin nə üçün yaşıl rəngdə olduğunu heç düşünmüsünüz?

Bitkilərin nə üçün yaşıl rəngdə olduğunu heç düşünmüsünüz?


Məlumdur ki, bitkilər aləmində üstünlük təşkil edən rəng yaşıl və onun çalarlarıdır. Bu rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox əhəmiyyətli maddə olan xlorofil piqmenti bitki hüceyrəsinin sitoplazmasındakı dağınıq halda olan xloroplastlarda yerləşir. Günəş işığını asanlıqla udan bu piqmentlər yalnız yaşıl rəngi əks etdirir. Bu xüsusiyyət sayəsində də həm yarpaqlar yaşıl rəng əldə edir, həm də həyati əhəmiyyətli proses olan fotosintez həyata keçir.

Bitkilər fotosintez prosesində fərqli rənglərin birləşməsindən təşkil olunmuş günəş işığından istifadə edirlər. Günəş işığındakı rənglərin əsas xüsusiyyətlərindən biri isə enerji yüklərinin fərqli olmasıdır. Spektr adlanan rəng ardıcıllığı həmin rənglərin ayrılması sayəsində əmələ gəlir. Bu ardıcıllığın bir ucunda qırmızı ilə sarı, digər ucunda isə mavi ilə bənövşəyi rəngin çalarları olur. Ən çox enerji daşıyanlar spektrin mavi ucundakı rənglərdir.

Rənglər arasındakı bu enerji fərqi bitkilər üçün böyük əhəmiyyət daşıyır. Çünki fotosintez prosesini həyata keçirmək üçün çoxlu enerjiyə ehtiyacları var. Buna görə də bitkilər fotosintez zamanı günəş şüalarının əmələ gətirdiyi spektrin həm ultrabənövşəyi (mavi və bənövşəyi), həm də infraqırmızı ucundakı rəngləri (qırmızı, narıncı və sarı) udurlar. Yarpaqlar isə bu prosesləri xloroplastlardakı xlorofil piqmenti sayəsində həyata keçirirlər.

Fotosintez prosesinin baş verməsi üçün xlorofilin udduğu işıq zərrəciklərinin enerji səviyyəsi lazımi qədər olmalıdır. Fotosintez prosesini qısaca izah edək. Bitki işıq zərrəciklərindən qəbul etdiyi enerji ilə su molekullarını parçalayaraq oksigen və hidrogen əldə edir. Əldə edilən hidrogen molekulu isə bitkinin yaşaması üçün karbon qazındakı karbon atomları ilə reaksiyaya girərək bitkinin şirəsinə çevrilir. Yəni bitki özü üçün qida maddəsi hazırlayır. İstifadə edilməyən oksigen isə havaya buraxılır. Atmosferdən qəbul etdiyimiz oksigenin böyük hissəsi də bu yolla əmələ gəlir.

Gördüyümüz kimi, bitki yarpaqlarının yaşıl rəngdə olması estetik görünüşlə yanaşı, bitkilərin və digər canlıların yaşaması üçün böyük əhəmiyyət daşıyır. Allah bitkilərin və digər canlıların qidalanmasında xlorofil maddəsini səbəb edir.

Çiçəklərin rəng və naxışları bənzərsizdir. Yer üzündəki minlərlə çiçək növünün hər biri özünəməxsus xüsusiyyətlərə sahibdir. Hazırda insanlar təbiəti təqlid edərək ətirlər, naxışlar və boyalar istehsal edirlər. Məsələn, bənövşələrin məxməri yumşaqlığı, yarpaqlarının bənövşəyi rəngi və yarpaq toxumalarının hamarlığı möhtəşəmdir. Məxmər parçalar bənövşələrin təqlid edilməsi ilə istehsal olunur, lakin yenə də həmin keyfiyyət əldə edilə bilmir. Yer üzündəki hər hansı bitkini də təhlil etsək, mükəmməl yaradılışla qarşılaşarıq. Yaratmada heç bir şəriki olmayan Allah insanlar üçün dadı, qoxusu, rəngi və naxışı fərqli olan bitkilər yaratmışdır. Biz isə Allahın yaratdığı dəlillər üzərində düşünərək şükür etməliyik.

/ Bitkilər aləmi 2372