Heyvanlar aləmi Canlıların dərilərindəki mükəmməl xüsusiyyətlər

Canlıların dərilərindəki mükəmməl xüsusiyyətlər


İlanların dərilərinin üzərindəki pulcuqların funksiyaları nədir?

Köpək balıqlarının rahat üzə bilməsində dərilərinin funksiyası nədən ibarətdir?

Balıqların dərilərindəki üstün yaradılış xüsusiyyətləri nələrdir?

Dəri canlıların bədənlərinin bütün səthini örtən ən böyük orqandır. Canlının daxili orqanlarını ətraf mühitdən təcrid edir, yaralanmalara qarşı qoruyur, temperaturun tənzimlənməsində rol oynayır, lamisə (hissiyat) funksiyası yerinə yetirir və xarici mühitin təsirlərdən müdaifə edir. Heyvan dərilərində olan bu xüsusiyyətlər uca Allahın yaratma sənətinin bir nümunəsidir.

Köpək balığının dərisində suyun müqavimətinin təsirini azaldan sturuktur

Köpək balıqları üzərkən sanki su onlara heç mane olmurmuş kimi hərəkət edirlər. Həqiqətən də, su gəmi üzərkən onun gövdəsinə etdiyi təsir qədər köpək balığına təsir etmir. Bu canlıların dəriləri suda hərəkət edərkən suyun müqavimətinə daha az məruz qalır. Çünki Allah bu canlıların dərilərini çıxıntılı quruluşla yaratmışdır. Köpək balıqlarının dərilərində "Riblets" adlanan hərəkətli və kələ-kötür çıxıntılar başdan quyruğuna doğru üzəcəyi istiqamətə paralel olaraq uzanır və axına qarşı müqaviməti azaldır. Bu da canlının eyni güc sərf edərək daha sürətlə hərəkət etməsinə və ya sahib olduğu enerji ilə sürətini dəyişmədən daha uzun məsafə qət etməsinə imkan yaradır. Köpək balıqlarının dərilərindəki bu xüsusiyyətlər gəmi gövdəsinin səthinə tətbiq edilərsə, gəmi nə qədər sürətlə gedirsə getsin, daha az yanacaq sərf olunar, gəminin sürtünməsi 5%-ə qədər azalar və böyük konteyner gəmi sahibləri də ildə təxminən 300 min dollar qənaət edərlər.

Amma bu gün bu çıxıntılı quruluş gəmilərə tam olaraq tətbiq olunmayıb. Çünki çıxıntılı quruluşun 50 %-i bir müddət sonra aşınır və faydasız hala gəlir. Gəmilərin ən böyük problemlərindən biri də gəminin səthinə yapışan yosunlar və dəniz molyusklarının suyun müqavimət qüvvəsini artırmasıdır. Bu problemi aradan qaldırmaq üçün gəminin səthi zəhərli maddələrdən hazırlanmış örtüklə örtülə bilər. Amma bu örtüyün təqlidi köpək balığı dərisi ilə necə uyğunlaşdırılacağı hələ ki tapılmayıb. Bu vəziyyət texnologiya nə qədər inkişaf edərsə etsin, insanların mövcud xüsusiyyətləri təqlid edərkən belə necə çətinliklərlə qarşılaşacağını göstərir. Gəmilərdə yaranan bu problemlər Allahın üstün ağlının əsəri olan köpək balığının dərisində heç vaxt yaşanmır. Bu canlının dərisi nə sürtünmədən aşınır, nə də üzəri yosun və ya molyusklarla örtülür.

Balıqların dayanıqlı dəriləri

Balıqların əksəriyyətinin bədəni olduqca möhkəm dəri ilə örtülmüşdür. Allah bu canlıların dərilərində 2 təbəqə, alt və üst təbəqələr yaratmışdır. Üst dəridə selikli qişa ifraz edən vəzilər var. Selikli qişa sürüşkən və yapışqandır və balığın sudakı hərəkəti zamanı sürtünməni minimum səviyyəyə qədər azaldır, dolayısı ilə balıqlara daha sürətli hərəkət etmək imkanı yaradır. Bundan başqa sürüşkənlik xüsusiyyəti ilə balığın düşmənləri tərəfindən tutulmasını da çətinləşdirir. Selikli qişanın digər xüsusiyyəti isə balığı xəstəlik törədən orqanizmlərə qarşı qorumaqdır.

Bundan əlavə balıqların üst dərisində keratinə bənzər bir təbəqə də var. Keratin dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin qida və oksigen çatışmazlığından ölməsi və yerini yeni hüceyrələrə verməsi nəticəsində yaranan sərt və dayanıqlı bir maddədir. Keratindən ibarət olan bu təbəqə suyun balığın bədəninə daxil olmasına mane olaraq balığın daxili təzyiqi ilə xarici mühitdəki təzyiqin tarazlanmasını təmin edir. Əgər bu təbəqə olmasaydı, su balığın vücuduna girərək təzyiq tarazlığını pozar və balığın ölümünə səbəb olardı.

Qütblərdə yaşayan balıqlar isə dərilərindəki buz kristallarının istiliyini -2 C°-yə qədər azalda bilən zülal istehsal edən genə malikdirlər. Bu zülal buz kristallarındakı oksigen molekullarına bağlanaraq buz təbəqələrinin genişlənməsinə mane olur və bu canlıların donmasının qarşısını alır.

İlanın hərəkətini asanlaşdıran elastik dərisi

Allah ilanların dərisini xüsusi olaraq yaratmışdır. Əgər bu canlıların dəriləri digər canlılar kimi olsa idi, süründükləri zaman dərisi parçalana bilərdi. Əgər sümük kimi sərt olsa idi, əyilib bükülə bilməz və dar yerlərdən sürünərək sürətlə keçməsinə mane olardı. Allah ilanların dərilərini keratin pulcuqlarla örtərək qıvrıla biləcəkləri və sürünərək hərəkət edərkən dərilərinin parçalanmayacağı şəkildə yaratmışdır. Bu pulcuqlar daima yerdəki çıxıntıların dəstəyilə ilanın hərəkətinə imkan yaradır. Pulcuqların uc hissəsindəki boşluqlarda toxunma hissi yaradan kiçik orqanlar da vardır və bu orqanlar heyvanın nizamlı şəkildə hərəkət etməsini asanlaşdırır.

 

Bu məqalədə göstərdiyimiz bir çox nümunədə görürük ki, Allah canlıların dərilərini həyatlarını asanlaşdıracaq və davam etdirmələrinə imkan yaradacaq bir çox sistemlə birlikdə yaratmışdır. Sistemlərin hər birinin xüsusiyyətləri və funksiyaları bir-birindən fərqlidir, biri olmadan digəri heç bir fayda verməz, hər hansı bir əksiklik və ya maneə olduqda isə canlılar xarici mühitin mənfi təsirlərinə məruz qalaraq ölərlər.

Canlıların dərilərindəki bütün bu xüsusiyyətləri elm və güc sahibi olan Allah yaratmışdır. Uca Rəbbimiz yaratmasındakı üstünlüyü Quranda bu cür açıqlamışdır:

...Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 116-117)

Canlıların dərilərindəki mükəmməl xüsusiyyətlərin təsadüfən yaranması mümkün deyil. Dərilərindəki detallar eyni anda yaradılmasa idi, canlılar həyatlarını davam etdirə bilməzdilər. Darvinin irəli sürdüyü kimi, təsadüfi mərhələlər heç vaxt olmamışdır. Hətta tək bir təsadüfi hadisəyə yer verilməyəcək qədər mürəkkəb və incə sistemlər mövcuddur. Bütün bu sistemlərin Yaradıcısı onları hər an nəzarətində saxlayan, yerdə və göydə olan hər şeyin hakimi uca Allahdır.

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

/ Heyvanlar aləmi 827