Heyvanlar aləmi Canlılardakı xüsusi müdafiə sistemləri

Canlılardakı xüsusi müdafiə sistemləri


Pişikləri ölümcül yıxılmadan qoruyan yaradılış xüsusiyyətləri nələrdir?

Bitkilər özlərini qorumaq üçün hansı metodlardan istifadə edirlər?

Qarışqalar yuvalarına gələn yad qarışqaları necə uzaqlaşdırırlar?

www.hayvanlardakitasarim.com

 

Pişikləri ölümcül yıxılmadan qoruyan yaradılış xüsusiyyətləri

Uca Allahın pişiklərdə yaratdığı nəzərəçarpan xüsusiyyətlərdən biri, çox yüksəkdən yıxılmalarına baxmayaraq bir neçə yüngül yara ilə həyatda qalmalarıdır. Pişiklərin ölümdən xilas olaraq həyatda qalmalarının sirri Rəbbimizin bu canlılarda yaratdığı bioloji xüsusiyyətlərdə gizlidir.

Pişiklər bədən çəkilərinə nisbətdə daha çox sahə tuturlar

Pişiklərin bu qüsursuz yaradılış xüsusiyyəti yerə çırpıldıqda məruz qaldıqları zərbəni azaldır. Digər tərəfdən pişiklərin düşmə sürəti insan və ya at kimi daha böyük canlıların düşmə sürətinə nisbətən çox azdır. Aparılan tədqiqatlara əsasən, havada qol və ya ayaqlarını açaraq müvazinəti saxlamağa çalışan pişiyin düşmə sürəti 96 km/saat-dır. Böyük insan üçün eyni sürət isə pişiyə nisbətən 2 dəfə çox, yəni 192 km/saat-dır.

Allah pişiklərə istiqaməti təyin etməyi ilham edir

Pişiklər bu yaradılış xüsusiyyətləri sayəsində havada dartınma hərəkətləri ilə yanaşı, lazım olan vaxtda 4 ayaq üstünə düşmək üçün bədənlərini çevirə bilirlər. Bu akrobatik bədən hərəkətləri zamanı bədənlərinin çevrilməsində və ayaqlarının lazım olan mövqeni tutmasında quyruqları əhəmiyyətli rol oynayır.

Pişiklərin havada işə düşən refleksləri həyatda qalmalarını təmin edir

Pişiklər yerə düşərkən meydana gələn zərbə onların bütün orqanizmində əks olunmur. Çünki bu zərbə düşmə anında ayaqlarının ən doğru şəkildə yerə dəyməsi ilə təsirini itirir. Rəbbimiz pişiklərdə kinetik enerjini yaxşı paylayan əzələ sistemi yaratmışdır. Buna görə də sümüklər zərbənin şiddətindən qırılmırlar. Allah pişiklərin ayaqlarının quruluşunu da insanlardan fərqli yaratmışdır. İnsanların bədənlərindən birbaşa uzanan ayaqlarının əvəzinə pişiklərin ayaqları müəyyən bucaq altında bədənə birləşir. Bu xüsusiyyət sayəsində pişiklərin ayaqları çırpılma anında zərbəni paylayır və ölüm riskini azaldır. Pişiklər yer, göy və bu ikisi arasındakı hər şeyin Yaradanı və Hakimi olan uca Rəbbimizin "qüsursuz Yaradan" isminin ən mükəmməl nümunələrindən biridir. Bir ayədə Rəbbimizin bu ismi belə bildirilir:

"O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir." (Həşr surəsi, 24)

 

Qarışqalar yuvalarına gələn yad qarışqaların qoxusunu unutmurlar

Tədqiqatçılar, yuvalarını ağaclarda quran tropik toxucu qarışqalar (Oecophylla smaragdina) üzərində araşdırma aparıblar. Təxminən 500 min işçi arının yaşadığı yuvada aparılan araşdırmalarda, özlərinə məxsus koloniyanın qarışqalarını digər qarışqalardan ayırd edə bildiklərini və yad qarışqaları yuvadan kənarlaşdırmaq üçün  hücuma keçdiklərini aşkar ediblər.

Qarışqalar öz koloniyalarına xas müəyyən kimyəvi xüsusiyyətlər sayəsində koloniya üzvlərini digərlərindən ayırd edə bilirlər, belə ki, başqa koloniyadan olan qarışqa ilə qarşılaşdıqda qarışqa onun qoxusunu dərhal tanıyır və hafizəsində saxlayır.  Bu qoxunu koloniyanın digər üzvlərinə də ötürür və beləcə, koloniyadakı digər qarışqalar da yuvaya girməyə çalışan yad qarışqaları tanıyırlar. Beləcə, qarışqalar arasında "ortaq yaddaş" formalaşır.

Qarışqaların ilk yarandıqları andan etibarən bu qüsursuz davranışı sərgiləməsi, şübhəsiz ki, üzərində düşünülməli bir mövzudur. Bu cür bir plan üçün lazım olan iş bölgüsünün yalnız öz həyatını, mənfəətlərini düşünən bir canlı tərəfindən tətbiq olunması qeyri-mümkündür. Bütün canlıların Yaradıcısı, sonsuz ağıl sahibi olan Allah qarışqaların bu sistemli dünyasında Öz sonsuz qüdrətini göstərir. Ayələrdə belə buyurulur:

"Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir." (Hədid surəsi, 1-2)

www.hayvanlardafedakarlik.com

 

Şar kimi şişərək özlərini müdafiə edən kirpi balıqları

Yumru görünüşə malik olan kirpi balığı çox yavaş hərəkət edir. Dərisi tikanlarla örtülü olur. Kirpi balığı olduqca maraqlı müdafiə metodu ilə düşmənlərindən asanlıqla xilas olur. Düşmənlə qarşılaşdıqda çox sürətlə qarnını su ilə dolduraraq şar kimi şişir. Beləliklə, normal ölçüsündən iki dəfə böyük olur və düşmənləri onu uda bilmir.

 

Kirpi balığının bəzi növləri isə zəhərli olur. "Tetrodoksin" adlandırılan bu zəhər kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal edilir. Kirpi balığının bu xüsusiyyəti uca Rəbbimizin yaratma sənətindəki sonsuz elminin dəlillərindən biridir.

Bitkilərdəki müdafiə strategiyaları

Bitkilər də özlərini düşmənlərindən qorumaq məcburiyyətindədirlər. Hər bitkinin fərqli müdafiə etmə strategiyası var. Məsələn, bəzi bitkilər parazitlərə və böcəklərə qarşı müxtəlif mayelər ifraz edərək düşmənləri ilə mübarizə aparır və özlərini qoruyurlar.

Bəzi bitkilər müdafiə taktikası olaraq zəhərli maddələr ifraz edirlər

Göbələk və xiyarların zəhərli ucları vardır və bunları hücum anında hərəkətə keçirirlər. Bu müdafiə taktikasının digər bir nümunəsi də çinar ağaclarında mövcuddur. Çinar ağacı yarpaqlarından ifraz etdiyi xüsusi suyun köməyi ilə gövdəsinin altındakı torpağı zəhərləyir, bundan sonra torpağın üstündə kiçik ot belə yetişə bilmir. Tərkibində bu cür zəhərli bir maddə olmasına baxmayaraq, çinar ağacı bundan hər hansı bir zərər görmür.

Bitkilərin müdafiə etmə taktikaları çox inkişaf edib

Qarğıdalı və paxla bitkiləri isə düşmənlərindən qorunmaq üçün eşşək arılarından əsgər kimi istifadə edir. Yarpaqlarına tırtıl dadandığı zaman xüsusi kimyəvi maye ifraz edən bu bitkilər eşşək arılarını olduqları yerə toplayırlar. Eşşək arıları da sürfələrini bitkiyə hücum etmiş tırtılların üstünə qoyurlar. Böyüyən eşşək arısı sürfələri tırtılların ölümünə səbəb olur, beləliklə, bitki xilas olur. Bitkilərin bəziləri isə oleol kimyəvi birləşmələrinə sahibdirlər. Bunlar böcək və heyvanlar üçün bəzən cəlbedici, bəzən qorxunc, bəzən allergiya verən, bəzən də öldürücü təsir göstərir.

Orta və Cənub Amerikada yetişən üzüm bitkisi qara və yaşıl tırtıllar, qırmızı kəpənəklər üçün ideal və cazibədar yemək növüdür. Belə ki, böcəklər yumurtalarını balalarının bu ləzzətli qida ilə bəslənmələri üçün üzüm bitkisinin yarpaqları üzərinə buraxırlar. Ancaq burada çox vacib bir məqam var. Bu kəpənəklər yumurtalarını qoymazdan əvvəl üzümün yarpaqlarını yaxşıca yoxlayırlar. Əgər başqa bir heyvan yumurtalarını yerləşdirmişsə, eyni bitkinin yarpaqlarından birdən çox ailənin fərdlərinin bəslənməsi çətin olacağı üçün oranı seçmir və başqa yarpaq axtarırlar.

Böcəklərin bu seçimi bitki üçün olduqca əlverişlidir, çünki üzüm bitkisi hücumdan qorunmaq üçün böcəklərin bu seçimindən faydalanır. Üzüm bitkisinin bəzi növlərinin yarpaqlarının üst hissələrinə yaşıl fırlar əmələ gəlir. Bəzi növlərində isə yarpağın altında budaq ilə birləşmə yeri üzərində kəpənəklərin yumurtalarına oxşar rəngdə ləkələr meydana gəlir. Bunu görən tırtıl və kəpənəklər başqa böcəklərin özlərindən əvvəl bu yarpaqların üzərinə yumurta qoyduqlarını zənn edərək bitkinin üzərinə yumurta qoymaqdan imtina edir və özlərinə yeni yarpaqlar axtarmağa başlayırlar.

Hər şeyi ən incə detalları ilə yaradan Allah yer üzərindəki bütün bitkiləri bütün ehtiyacları ilə birlikdə yaratmışdır. Bitkilərin burada bir neçə nümunə ilə bəhs etdiyimiz müdafiə sistemləri Allahın bu canlılara bəxş etdiyi xüsusiyyətlərdir. Allah hər şeyin Hakimidir. Hər şeydən xəbərdardır. Rəbbimiz bir ayədə bu gerçəyi belə bidirir:

"O, göydən yerə qədər olan bütün işləri idarə edir.." (Səcdə surəsi, 5)

www.yaratilisvebilimsiteleri.com

 

Rəbbimizin yaratmasında heç bir ziddiyyət və uyğunsuzluq yoxdur

Hər canlı özünü müdafiə etmək üçün müxtəlif xüsusiyyətlətlə birlikdə yaradılmışdır. Bəziləri sürətli və çevikdir, qaçaraq xilas olur. Bir qismi yerindən tərpənə bilmir, amma möhkəm zirehlərlə qorunur. Bəziləri isə zəhərli, yandırıcı və ya pis qoxulu qazlar ötürür. Bəzi canlılar isə ölü təqlidi edə biləcək və ya kamuflyaj ola biləcək xüsusiyyətlərdə yaradılmışdır. Amma unutmayaq ki, bu sayılanlar minlərlə xüsusiyyətlərdən bəziləridir və hələ insanların kəşf edə bilmədiyi minlərlə maraqlı nümunələr də vardır. Bütün bu sistemlər Allahın yaratdığı kainatda heç bir ziddiyyət və uyğunsuzluq olmadığını və Onun sonsuz güc, ağıl və elm Sahibi olduğunu göstərir. Allah bu gerçəyi Quranda belə xəbər verir:

"...Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir."(Mülk surəsi, 3-4)

Canlıların müdafiə metodlarını onlara öyrədən, ağıllı davranmalarını, şüurlu hərəkət etmələrini ilham edən uca Allahdır. Allah ağlın tək sahibidir. Canlılara nələri etməli olduqlarını ilham edən də Allahdır. Heç bir canlının davranışlarını təsadüflərlə və ya digər qəribə məfhumlarla açıqlamaq mümkün deyil. Bu cür bir iddia etmək insanları aldatmaqdan başqa bir şey deyil. Allah bunu bir ayədə bizə belə bildirir:

"De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər." (Fatir surəsi, 40)

/ Heyvanlar aləmi 879