Bitkilər aləmi Minlərlə fərqli kimyəvi birləşməni sintez edə bilən bitkilər

Minlərlə fərqli kimyəvi birləşməni sintez edə bilən bitkilər


Bitkilərlə heyvanları müqayisə etsək, bitkilərin daha sakit canlılar olduğunu düşünərik. Çünki həyatları boyunca eyni yerdə sabit dayanırlar. Lakin bu o demək deyil ki, onların heç bir funksiyası yoxdur və özlərini qoruya bilmirlər.

Bəs bitkilər özlərini necə müdafiə edirlər? Bitki ilə qidalanan virusların hücumundan necə qorunurlar?

Allah bütün bitkilərə yaşadığı mühitə uyğun müdafiə mexanizmi vermişdir. Məsələn, bəzi bitkilər minlərlə fərqli kimyəvi birləşməni sintez edə bilirlər. İxtisaslaşmış metabolitlər (canlılarda müxtəlif reaksiyalar zamanı əmələ gələn və orqanizmdə yığılmayaraq başqa birləşmələrə çevrilən kimyəvi birləşmələr) adlanan kimyəvi maddələr sayəsində düşmənə qarşı müqavimət göstərirlər. Bundan başqa, metabolitlər insanlar üçün də faydalıdır. Buna görə də onların 1/3-i tibdə istifadə edilir.

Gördüyümüz kimi, bitkilər hərəkətsiz dayansa da, Allahın onlara bəxş etdiyi xüsusi qabiliyyətlər sayəsində qeyri-adi üsullar seçərək özlərini qoruya bilirlər.

Allah bir ayədə qüsursuz yaratmasını və hər şeyin hakimi olduğunu belə bildirir:

 Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

/ Bitkilər aləmi 183