Quşlar Tukan dimdiyinin qeyri - adi quruluşu

Tukan dimdiyinin qeyri - adi quruluşu


Tukanların ən maraqlı xüsusiyyətlərindən biri ilk baxışdan diqqəti cəlb edən parlaq iri və bədənləri ilə nisbətdə xeyli böyük olan dimdiklərə sahib olmalarıdır. Amazon meşələrində yaşayan tukanlar bu güclü dimdikləri ilə çətin yeyilə bilən meyvələri belə çox asanlıqla yeyə bilirlər. Bu qədər böyük və güclü bir dimdiyin ən möcüzəvi xüsusiyyəti isə çox yüngül olmasıdır.

Keratin, uzunluğu 20 sm olan tukan dimdiyinə həm yüksək hərəkət qabiliyyəti, həm də yüngüllük verir. Alimlərin apardıqları araşdırmalara əsasən tukanlar bu böyük dimdiklərini həmçinin özlərini sərinlətmək üçün də istifadə edirlər. Çünki bu quşlar isti tropik  meşələrdə yaşayırlar. Quş dimdiyinə gedən qanı artıraraq istiliyi daha çox  atır və sərinləyir.  Quş bu halda istilik itkisini 30-60 faiz azalda bilir və sərinləyir. Aparılan araşdırmalar nəticəsində yetkin quşların dimdiklərindən istifadə edərək istilik sərfini bəzi hallarda 100, hətta 5 faiz kimi çox fərqli intervallarda dəyişdirə bildikləri müəyyən olunmuşdur.

Verilən bütün nümunələrdə də göründüyü kimi Allah quşların dimdiyini məxsus olduğu növə uyğun çox  fərqli və çox həyati funksiyaları yerinə yetirmələri üçün xüsusi yaratmışdır. Quşların dimdikləri  yaşadıqları mühitə ən uyğun şəkildə yaradılmışdır. Rəbbimiz yer üzündə yaşayan bütün canlılara  ehtiyac duyduqları xüsusiyyətləri əksiksiz və qüsursuz olaraq bəxş etmişdir. Ayədə bu həqiqət belə bildirilir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur (Həşr surəsi, 24)

/ Quşlar 1276