Quşlar Velella velella

Velella velella


Okean sularının səthində üzən Velella velella kosmopolit dəniz canlısıdır və Velella cinsinin yeganə növüdür. 7 sm. böyüklüyündə olan canlının özünəməxsus xoş forması vardır. Mavi rəng çalarları ilə göz oxşayan Velella velella bütün incəlikləri ilə şüşədən hazırlanmış bəzək əşyasına bənzəyir.

Bu canlılar planktonlarla qidalanırlar. Onların üzərində bəzəkli yelkənə bənzər  hissə var. Bu yelkənin funksiyası küləyi tutub saxlamaqdır. Velella velellanın törəmə və həzm orqanları altdakı geniş mavi hissədə olur. Bu hissələrdə havanı süzən yapışqanlı orqanlar var. Velella velella planktonları bu yapışqanlı hissə və yandırıcı kapsullarla tutur.

Onlar okeanın səthində tək canlı kimi deyil, mikroorqanizm qrupu kimi yaşayırlar. Bu canlılar dəniz sularının səthində sərbəst üzürlər. Koloniya şəklində olmaları onların birlikdə qidalanmalarını və törəmələrini təmin edir. Allah okeanlarda, bəlkə də, Velella velella kimi görmədiyimiz çox gözəl canlılar yaşadır. Bu canlıları bizə tanıdaraq bütün canlılar üzərindəki rəhmətini və nemətini xatırladır. Quranda Ənkəbut surəsinin 60-cı ayəsində belə bildirilir:

Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

 

 

 

/ Quşlar 654