Quşlar Qanadlarını yuxarı doğru çırparaq enerjiyə qənaət edən yarasalar

Qanadlarını yuxarı doğru çırparaq enerjiyə qənaət edən yarasalar


Yarasalar, çəkisi 10-30 qram (təxminən 1-2 ədəd qənd qədər), iki qanadının ucları arasındakı məsafə isə 25-30 sm (təxminən bir insan əli uzunluğunda) olan çox kiçik canlılardır. Ölçülərinə, həmçinin ağıl və şüur sahibi olmamalarına baxmayaraq, bu canlıların uçuşlarındakı mükəmməl sistemlər hələ heç bir mühəndis tərəfindən əldə edilməyib. Yarasalar Allahın bəxş etdiyi xüsusi sistemlər sayəsində mürəkkəb uçuş mexanizminə sahibdirlər.

 

Braun Universitetinin apadığı tədqiqatlara görə, yarasalar enerjiyə qənaət etmək üçün xüsusi yaradılmış qanadlarını yuxarı doğru qatlayır və elastik olmasının üstünlüyündən istifadə edirlər.

 

Tədqiqatçılar müxtəlif ölçülü yarasaların qanad hərəkətlərini tədqiq etmiş və saniyədə 1000 dəfə çəkən fotoaparatla 27 yarasanın uçuş dəhlizində və ya külək tunelindəki hərəkətlərinin şəklini çəkərək beş müxtəlif təcrübə aparmışlar. Nəticələri kompüterə köçürmüş və canlının qanad hərəkətlərinin tam tərsini edən maket hazırlayaraq ikisini müqayisə etmişlər. Əldə edilən nəticələrdən məlum oldu ki, yarasa özünə tərəf və yuxarı doğru qanad çırparkən enerjiyə olduqca çox qənaət edir.

 

Əgər yarasalar qanadlarını bu cür çırpmasaydılar və qanadları kənara doğru açılmış vəziyyətdə olsaydı, çoxlu enerji sərf olunardı. Lakin bu canlılar Allahın ilhamı ilə qanadlarını içəri qatlayır və geriyə doğru açaraq enerjinin 44 %-ni istifadə edirlər. Uçmağa isə bütün enerjilərinin 65 %-ni sərf edilir.

 

Alimlər əvvəlki tədqiqatlarda yarasaların qanadlarını yuxarı doğru çırparaq hava müqavimətini azaltdıqlarını aşkar etmişdilər. Bu yeni araşdırmalar isə göstərdi ki, qanad çırpma hərəkəti aerodinamik uçuş üçün çox əhəmiyyətlidir və enerjiyə qənaət etmək baxımından mühüm rol oynayır. Şübhəsiz ki, bu cür uçuş zamanı enerjiyə qənaət edilməsi təsadüflərlə izah edilə bilməz. Çünki yarasanın bədəninin anatomik quruluşu özünəməxsus uçuş texnikalarını təkmilləşdirəcək formada yaradılmışdır. Bir ayədə belə bildirilir:

 

"Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə surəsi, 4)

 

www.biyomimetik.imanisiteler.com

 

Yarasaların enerjiyə qənaət edən qanadlarının quruluş və xüsusiyyətləri

 

Qanadların elastik quruluşu onun ağırlığını tarazlayır:

 

Yarasaların ağır, əzələli və əl kimi bükülən oynaqlara malik qanadları vardır. Lakin bu ətli, sümüklü və oynaqlarla dolu, ələ bənzəyən qanadlar çox elastikdir. Bu elastiklik qanadların ağırlığını tarazlayır və uçuş zamanı yarasaya üstünlük qazandırır.

 

Qanadlardakı membran örtük havanı itələmə xüsusiyyətinə sahibdir:

 

Yarasalarda qanadın üstü və ya uçmağı təmin edən membran örtük ikitəbəqəli dəridən ibarətdir və ayaqlarla ön qollar arasında gərilmiş vəziyyətdədir. Uçuş zamanı qanad hərəkət etdikcə incə dəri havanı itələyir. Bu üstün xüsusiyyətlər sayəsində yarasalar qanadlarını yuxarı doğru və özlərinə tərəf hərəkət etdirərkən enerjilərinin yalnız 65 %-ni istifadə edirlər. Əgər qanadlarını tamamilə açaraq uçsalar, daha çox enerjidən istifadə etməlidirlər.

 

Qanadlarının bədənə bitişik olması enerji qənaətini təmin edir:

 

Yarasaların qanad quruluşunu təyyarə ilə müqayisə edərək izah edə bilərik. Təyyarədə qanadlar gövdəyə bağlıdır və mühərrikin itələmə gücü ilə hərəkət edir. Lakin qanadlar təyyarənin hərəkəti üçün kifayət deyil. Yarasalarda isə qanadlar həm canlının havada qalmasını, həm də uçmasını təmin edir. Bu cəhətdən yarasanın uçuşunu vertolyota bənzədə bilərik. Qanadının üst hissəsi qabarıq olub aşağı hissədən daha uzundur və azca çarpaz formada yarasanın bədəninə bitişikdir. Qanad çarpaz olduğu üçün hərəkət zamanı çökük olan alt hissədəki hava qanadın altından keçərək ön hissəsinə də çatır. Bu xüsusiyyət yarasanın uçma sürətini artırır. Buna görə də qanadı aşağıya doğru hərəkət etdirərkən daha az güc sərf edir. Lakin uçuş zamanı irəliyə doğru hərəkət etmək üçün dartma qüvvəsinə də ehtiyac var. Bu qüvvə olmadan havada asılı qalmaq qeyri-mümkündür. Məhz bu zaman yarasanın qanad quruluşu qaldırma gücünü maksimum səviyyəyə çatdırır. Beləcə dartma qüvvəsi minimum həddə endirilir.

 

Qanadlarının uc hissəsindəki sümük və əzələlərin ağırlığı olduqca azdır:

 

Quşlar uçuş zamanı qanadlarındakı lələkləri açıb-bağlayaraq havanın qanadların arasından keçməsini təmin edirlər. Yarasaların da bu sistemdən istifadə etməsi uçuş zamanı onlara asanlıq yaradır. Uçarkən tez-tez qanad çırpırlar. Quşlardakı kimi qanad çırpmadan uçma, yəni süzmə hərəkəti onlarda müşahidə edilmir. Daima qanad çırpmaları çətin görünsə də uca Allah yarasa qanadını buna uyğun xüsusiyyətlərlə yaratmışdır. Bunlardan ən nəzərə çarpanı qanadın bədənə bitişdiyi yerə yaxın bölgədə sümük və əzələlərin ağırlığının ən az çəkidə olmasıdır. Atlar da yarasalardakı bu xüsusiyyətə sahibdir. Qanadlarının uc hissəsinin ağırlığının az olması sayəsində yarasanın daima qanad çırpması asanlaşır. Necə ki, atlar ağır yüklərlə uzaq məsafəni yorulmadan qaçır, yarasalar da bu qanad xüsusiyyətləri sayəsində qətiyyən yorulmurlar. Canlının qanadlarındakı əzələ lifləri çox uzundur.

 

Yarasaların ayaq sümüklərinin olduqca iri olmasına baxmayaraq, aşağı doğru incəlir. Qanadın açılıb uzanmasına səbəb olan əzələlərin lifləri çox uzundur və uçma əzələləri çiyindən gərildikdə qanadı avtomatik olaraq açır. Beləcə, yarasa uçuşa hazır vəziyyətə gəlmək üçün çox az enerji sərf edir. Quşların qanadları təyyarənin qanadlarındakı şarnirlər kimidir, yarasa qanadları isə daha elastikdir. Hətta dərisi və sümükləri uçarkən bükülə də bilər. Bu elastik qanadlar yarasaya yavaş uçarkən manevr etmə imkanı verir.

 

Yarasaların enerjiyə qənaət edən qanadlarını yaradan Allahdır:

 

Bədən ölçülərinə görə yarasalar olduqca kiçik canlılardır. Bu qədər kiçik ölçülü bir canlının hərəkət etməsi üçün daima qanad çırpmalı olduğunu düşündükdə enerjini çox səmərəli istifadə etdiyi aydın olur. Qanadlarının qatlanma forması, qanadlarındakı oynaqların quruluşu və az enerji ilə çox hərəkət etməsini təmin edən çırpma hərəkəti olduqca incə hesablanmışdır. Buna görə də yarasa həm qanadın quruluşu, həm də qanad çırpma haqqında məlumata eyni anda sahib olmalıdır. Əks halda, canlının kiçik bədənindəki enerji ağır, əzələli və çoxlu oynaqlara malik geniş qanadlarını daima hərəkət etdirmək üçün kifayət etməzdi.

 

Bu canlıların enerji sərfiyyatını hesablamaları, bu hesablarla qanadlarının quruluşunu dizayn etmələri və qanad çırpma modeli hazırlamaları mümkün deyil. Yarasaların qanadlarındakı mükəmməl xüsusiyyətləri yaradan və yuxarı doğru qanad çırpma hərəkəti haqqında məlumatı onlara bəxş edən və beləliklə, enerji səmərəliliyini təmin etmələrini ilham edən Uca Rəbbimizdir. Quranda belə buyurulur:

 

"Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir." (Duxan surəsi, 7-8)

 

www.yaratilismucizesi.com

 

Yarasa qanadları üzərində araşdırma aparan tədqiqatçılar müəyyən etmişlər ki, bu canlılar qanadlarına çox yaxşı nəzarət edirlər. Uçuş zamanı qanadları quşlarda olduğu kimi əvvəlcə yuxarıdan aşağıya, daha sonra isə geriyə doğru deyil, yalnızca fırlanma hərəkəti edir. Yarasalar uçuş zamanı onlara çox böyük üstünlük qazandıran bu mükəmməl nəzarət sistemi ilə vertolyotun irəliyə və ya geriyə gedərkən pərin hər dövr etməsində özünü yuxarıya qaldırmasına bənzəyən sistemlə hərəkət edirlər.

 

Quşların qanadlarından fərqli olaraq yarasaların qanadları gərgin vəziyyətdə saxlanılır. Uçuş zamanı qanadın nə qədər bükülüb qatlanacağına aid müəyyən hədlər də vardır. Qanadların bükülüb qatlanmasındakı bu hədlər uca Allahın hər şeyi müəyyən bir ölçü ilə yaratmasına nümunədir.

 

Allah yarasa qanadlarını zərif, eyni zamanda, möhkəm yaratmışdır

 

Quş qanadı ilə müqayisədə yarasa qanadı daha incə və zərifdir. Lakin Uca Allah yarasa qanadını həm elastik və incə, həm də möhkəm yaratmışdır. Bu qanadlardakı dəri həkimlərin əməliyyatlarda istifadə etdikləri plastik əlcəklərdən beş dəfə daha incə olmasına baxmayaraq, elastik liflər (qüvvət və ya təzyiqlə qanadın həcminin genişlənməsini və yenidən daralmasını təmin edən elastik quruluş) qanadın dərisini deşilməyə qarşı tibbi əlcəkdən üç dəfə daha yaxşı qoruyur. Başqa bir xüsusiyyəti isə özlərini yeniləmələridir. Belə ki, meyvə yarasasının (Eidolon helvum) qanadında əmələ gələn 2 sm-lik deşik səkkiz gün ərzində tamamilə sağalır.

/ Quşlar 1395