Həşəratlar Mantis krevetinin ölümcül zərbə mexanizmi

Mantis krevetinin ölümcül zərbə mexanizmi


Mantis krevetləri (stomatopodlar) ovlarının qabıqlarını qırmaq üçün istifadə etdikləri çıxıntıları (antennaları) ilə və güllə qədər sürətli zərbələri ilə tanınırlar. “Nature” jurnalında nəşr olunan bir tədqiqata görə “Odontodactylus scyllarus” növünə aid mantis krevetinin zərbələri xüsusi bir yay mexanizminə söykənir.

Mantis krevetləri tropik və subtropik bölgələrdə dənizin dayaz bölgələrində yaşayan yırtıcı xərçəngkimilərə aiddir. Uzunluğu 2 -70 sm arasında dəyişən bu xərçəngkimilər ən aqressiv canlılardan biridir. Elmi adlarını qidalanmaq üçün istifadə etdikləri sinələrindən uzanan çıxıntılardan alırlar (stomato: ağız; pod: ayaq). Bunların hər biri caynaq kimidir; ikincisi, xüsusilə iridir və ovu vurmaq və tutmaq üçün istifadə edirlər. İkinci çıxıntının tikanlı forması mantis böcəyinin çıxıntılarına bənzədiyi üçün bu canlılar daha çox “mantis krevetləri” olaraq tanınırlar.

Mizraqlı və dabanlı olaraq iki tipdə olan çıxıntılar fərqlənirlər. Sinələrindən çıxan ayaqlarının üç ədədini yerimək üçün istifadə edirlər. Qarınlarındakı çıxıntılardan qəlsəmələr çıxır və bunlar üzmək üçün istifadə olunur. Mantis krevetləri ikinci çıxıntılarını əsas qida mənbələri olan ilbizlərin qabıqlarını qırmaq üçün istifadə edirlər. Zərbələri olduqca güclüdür. İri bir mantis kreveti 22 kolibrlik bir silahdan çıxan mərmi qədər gücdə zərbə vura bilir. (1)

Daha əvvəlki tədqiqatlarda mantis krevetlərinin maksimum 10 m/san sürətlə zərbə vurması aşkarlanmışdı. Ancaq daha sürətli mantis krevetləri üzərində yeni əksolunma texnologiyasından istifadə edilərək aparılan tədqiqatların birində bu canlıların çıxıntılarının saniyədə 14-23 metr sürətlə önə atıldığı məlum oldu. Kaliforniya Universiteti Uzlaşdırıcı Biologiya bölməsinin alimləri tərəfindən aparılan tədqiqatda (2) bu sürətin xüsusi bir yay sistemi sayəsində baş tutduğu aşkar oldu.

Əzələ lifləri və vətərin yığdığı elastik gərginlik enerjisi təkbaşına çıxıntını bu qədər sürətli fırlatmada kifayət etmir. Elm adamlarının hesablamalarına görə mantis krevetinin bu sürətdəki bir zərbəsi üçün bir kiloqram əzələ üçün 4.7x105 vatt güc lazımdır.

Ancaq bu qədər böyük bir gücün istehsalı, mövcud məlumatlara görə ən sürətli sıxılan əzələlərlə belə mümkün deyil. Buna görə elm adamları mantis krevetlərinin zərbəsini xüsusi bir yay sisteminin mövcudluğu ilə izah edirlər.

Mantis krevetləri bol sulu mühitlərdə bu qədər sürətli hərəkətləri reallaşdırdıqlarına görə yüksək miqdarda enerjini çox qısa bir müddət içində itirmiş olurlar. Bunu çox sürətli bir yay mexanizmi ilə reallaşdırırlar. Mexanizm sapand kimi çalışır: çıxıntıya bağlı əzələlər sıxılmağa başladığı anda başqa bir əzələ qrupu olan və “dirək” funksiyası yerinə yetirən fleksor əzələlər işə başlayaraq çıxıntının hərəkətini təxirə salır.

Çıxıntıya bağlı əzələlər maksimum sıxılanda “dirək” sərbəst buraxılır. Beləcə çıxıntı sürətlə atılmış olur. Bir mantis krevetinin zərbəsi saniyənin mində ikisi qədər bir müddətdə və bir insanın göz qırpmasından əlli dəfə daha sürətli şəkildə reallaşır.

Elmi məqalələrə görə mantis krevetlərində bu yay mexanizmi mühəndislik və arxitekturada istifadə edilən hiperbolik-paraboloid şəkildə bir dizayna sahibdir (bu forma atın yəhərindəki əyri səthə bənzəyir). Bu cür inşa edilmiş tikililərdə əks və çarpazvari qövslər gərginliyi üçölçülü səth boyunca paylayaraq azaldır. Beləliklə, dağıtma riski azalmış olur. Mantis krevetinin yuvasının yəhər şəklində olması sıxılma və önə atılma zamanı ortaya çıxan qüvvələrin təsirini azaldaraq bükülməyə maneə törədir.

Mantis krevetinin mühəndis və memarlar tərəfindən istifadə edilən üsullardan faydalanması çox təəccüblü haldır. Çünki şüur və ağıl sahibi mühəndis və memarların əksinə, bir mantis krevetinin bu prinsipin riyazi əsaslarını bilməsi və buna görə dizayn yaratması mümkün deyil.

Ov olaraq seçdiyi bir ilbizin qabığının sərtliyini görən mantis krevetləri bunu qıracaq bir silahı öz bədənində hazırlamağı düşünə və gerçəkləşdirə bilməz. Əvvəl ön çıxıntılarında nizə və daban istehsal etməsi, sonra bunu sürətlə fırlatmaq üçün yay sistemi planlaşdırması və öz bədənində çıxıntıya bağlı əzələləri və çıxıntını fırlatmağı təxirə salan fleksor əzələləri inkişaf etdirməsi qeyri-mümkündür. Bununla, mantis krevetinin bu sistemlə birlikdə yaradıldığı aşkar olur. Şübhəsiz ki, mantis krevetini yaradan aləmlərin Rəbbi olan Uca Allahdır. Allah bənzərsiz yaradandır. Rəbbimiz bir Quran ayəsində belə buyurur:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

1- “Seeing the World in Many Colors”, Maryland Üniversitesi İnternet Sitesi, http://www.umbc.edu/gradschool/research/profile_11.html

2- S. N. Patek, W. L. Korff & R. L. Caldwell, “Biomechanics: Deadly strike mechanism of a mantis shrimp” Nature 428, 22 Nisan 2004, sf. 819 - 820

3- “Secrets of the Stomatopod: An Underwater Research Adventure”, California Üniversitesi İnternet Sitesi, http://www.ucmp.berkeley.edu/aquarius/raps.html

/ Həşəratlar 928