Həşəratlar Qarışqalar arasında xəbərləşmə

Qarışqalar arasında xəbərləşmə


Quranda hz.Süleymanın ordularından bəhs edilərkən qarışqaların arasında bir xəbərləşmə sistemi olduğuna işarə edilir:

Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"(Nəml surəsi, 18)

XX əsrdə qarışqalarla bağlı aparılan elmi tədqiqatlar bu balaca həşəratların çox planlı sosial həyat tərzinə malik olduqlarını və buna görə də aralarındamürəkkəb əlaqə şəbəkəsinin mövcud olduğunu ortaya qoyub. “National Geographic” jurnalında dərc olunan bir məqalədə bu mövzudan belə bəhs edilir: 

Böyük və ya kiçik olmasından asılı olmayaraq, hər qarışqa başında olan mürəkkəb hiss orqanları ilə milyonlarla, hətta daha çox kimyəvi və əyani siqnallar alır. Onun beynində 500000 sinir hüceyrəsi var, gözlər bitişikdir, antenaları insanın burnu və barmaq ucu kimi funksiya yerinə yetirir. Ağızın altında olan çıxıntılar dadı hiss edir, tükcüklər toxunmağa reaksiya verir.

Biz qavramasaq da, qarışqalar həssas hiss orqanları sayəsində çox fərqli əlaqə üsullarından istifadə edir. Ovlarını tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan döyüşməyə qədər həyatlarının hər anında bu hiss orqanlarından faydalanırlar. 2-3 mm-lik bədənlərinin daxilinə sığdırılan 500 000 sinir hüceyrəsi ilə insanları təəccübləndirəcək bir rabitə sisteminə malikdirlər.

Bu həşəratların qarşılıqlı münasibətindəki reaksiyalar müəyyən kateqoriyalara ayrılır: siqnal ötürmək, yığışmaq, qida yerini xəbər vermək, təmizlənmək, maye qida mübadiləsi, qruplaşma, tanımaq, kasta müəyyənləşdirmək...

Bu reaksiyalarla nizamlı bir cəmiyyət forması yaradan qarışqaların həyatı qarşılıqlı informasiya mübadiləsinə əsaslanır. Qarışqalar məlumat ötürməklə bəzən insanların danışaraq həll edə bilmədiyi mövzularda (yığışmaq, bölüşmək, təmizlənmək, müdafiə olunmaq və s. kimi) daha qüsursuz əlaqə nümayiş etdirirlər. 

Qarışqalar daha çox kimyəvi yollaəlaqə yaradırlar. Onların əlaqə qurmaq məqsədilə istifadə etdiyi kimyəvi maddələryarıkimyəvi (semiochemicals) maddələr kimi tanınan feromonlardır. Qoxu kimi qavranılan və daxili ifrazat vəzilərində ifraz olunan feromonlar qarışqa kütlələrinin təşkilatlanmasında mühüm rol oynayır. Qarışqa siqnal olaraq bu mayeni ifraz edəndə digərləri qoxu və ya dad alma yolu ilə bu mesajı alır və cavab verirlər. Qarışqa feromonları üzərində aparılan araşdırmalar bütün siqnalların koloniyanın ehtiyaclarına görə ifraz olunduğunu müəyyənləşdirib. Bundan başqa qarışqaların ifraz etdiyi feromonun qatılığı vəziyyətin nə dərəcədə fövqəladə olmasına görə də dəyişir.

Aydındır ki, qarışqaların apardığı əməliyyatları yerinə yetirə bilmək üçün kimyanı ətraflı bilmək lazımdır. 14 əsr bundan əvvəl qarışqalar haqqında bu cür müfəssəl informasiyanın olmadığı bir dövrdə qarışqaların əlaqə yaratmasına diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Qarışqa möcüzəsi»).

/ Həşəratlar 771