Həşəratlar Gecə lampası kimi işıq saçan ilbizlər

Gecə lampası kimi işıq saçan ilbizlər


“Hinea brasiliana” qayalıq sahillərdə yaşayan ilbiz növüdür. Bu ilbizlər biolüminessensiya adlanan, kimyəvi enerjini işıq enerjisinə çevirən proses nəticəsində parlaq yaşıl rəngdə işıq saça bilirlər. Tədqiqatçılar bu canlının işıq istehsal etmək xüsusiyyətini daha əvvəldən bilsələr də, çanağın bu işığı gücləndirərək bütün istiqamətlərə yaya bildiyini yeni kəşf ediblər. İşığın təsirindən canlı daha böyük görünərək həm düşmənlərindən qorunur, həm də əks cinsi özünə cəlb edir. 

Bu canlının istehsal etdiyi işıq parıldaması saniyənin əllidə birindən bir neçə saniyəyə qədər davam edə bilir. Çanaq filtr kimi işləyərək istehsal edilən işığın içindən yalnız mavi-yaşıl dalğa uzunluğuna sahib olanları gücləndirərək keçirir.

Parlaq yaşıl rəngli parıltı düşmən yaxınlaşdığı zaman ortaya çıxaraq ovçunu qorxudur. Bu qorxu müddətində parıltının təsirindən oraya gələn daha böyük ovçular isə ilbizi ovlamağa gələn kiçik canlıları ovlayırlar.

İlbizlərin sahib olduğu bu xüsusiyyət bizlərə hər şeyi Allahın yaratdığını və hər an nəzarət etdiyini yenidən xatırladır, Allahın qüdrətini təqdir edib Ona yönəlmək imkanı verir.

O Allah ki, göylərin və yerin mülkü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir  etmişdir. (Furqan surəsi, 2)

/ Həşəratlar 825