Həşəratlar Allahın elmi: tırtıldan kəpənəyə

Allahın elmi: tırtıldan kəpənəyə


Sizin 450-500 ədəd yumurtanız olsa idi, bunları təbiətdə mühafizə etmək üçün nə edərdiniz? Şübhəsiz ki, külək, fırtına və s. kimi təbiət hadisələr nəticəsində onların dağılıb-səpələnməmələri üçün tədbirlər alardınız. Dünyanın bir dəfəyə ən çox yumurta qoyan canlılarından biri olan ipəkqurdu (450-500) yumurtlarını qorumaq üçün çox ağıllı üsula əl atır: yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplik) bir-birinə bağlayır və beləliklə, onları ətrafa dağılmaqdan qoruyur.

Yumurtadan çıxan tırtıllar ilk öncə uyğun budaq tapıb ona həmin ipliklə bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu ipliklə özlərinə barama hörməyə başlayırlar. Həyata gözlərini yeni açan tırtıl fasiləsiz olaraq 3-4 gün bu işi görür və bu müddət ərzində minlərlə dəfə dövr edərək təxminən 900-1500 metr uzunluğunda ip əyirir. Bu proses bitəndə də dincəlmədən yeni işə başlayır və gözəl kəpənəyə çevrilmək üçün dəyişiklik keçirir.

Nə ana ipəkqurdunun balasını mühafizə etmək üçün aldığı tədbir, nə də hər şeydən xəbərsiz, təhsili və elmi olmayan kiçik tırtılın davranışları təkamüllə izah edilə bilməz. Hər şeydən əvvəl ananın yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipliyi hazırlaması təkbaşına möcüzədir. Yumurtadan yeni çıxan tırtılın özü üçün lazımlı mühiti tanıyıb ona uyğun barama toxuması, ardınca dəyişiklik keçirməyə başlaması və bunu problemsiz həyata keçirməsi çox böyük möcüzələrdir. Belə vəziyyətdə hər tırtılın nə edəcəyini bilərək dünyaya gəldiyini rahatlıqla söyləyə bilərik. Bu da hələ dünyaya gəlməmişdən əvvəl canlıya bunların “öyrədildiyi” mənasını verir.

Bunu belə nümunə ilə açıqlayaq. Əgər yeni doğulmuş körpənin doğumundan sadəcə bir neçə saat sonra ayağa qalxdığını, üstəlik bəzi vasitələr (yorğan, yastıq, döşək və s.) toplayaraq özünə düzgün yataq hazırladığını görsəniz, nə düşünərsiniz? Heyranlıq oyandıran hadisədən sonra belə nəticəyə gələrsiniz ki, körpəyə bunları ana bətnində kimsə “öyrədib”. Tırtılların vəziyyəti bu nümunədəki körpələrdən fərqsizdir.

Bu da bizi yenidən eyni nəticəyə gətirir: bütün canlılar Allahın müəyyən etdiyi qaydada doğulur, hərəkət edir və yaşayırlar. Quranda Allahın bal arısına vəhy etdiyi və ona bal hazırlamağı (Nəhl surəsi, 68-69) əmr etdiyi xəbər verilir. Əslində, canlılar dünyasındakı böyük sirrin cavabı bu ayələrlə bildirilir. Bu sirr bütün canlıların Allahın iradəsinə boyun əydikləri və Onun təyin etdiyi qədəri izlədikləri həqiqətidir. Bunun nəticəsində Allahın izni ilə arı möhtəşəm pətəklərdə bal hazırlaya, eləcə də ipəkqurdu ipək istehsal edə bilir.

 

/ Həşəratlar 1019