Həşəratlar Ağcaqanad möcüzəsi

Ağcaqanad möcüzəsi


Ağcaqanad istilik, qaz, rütubət və qoxu dedektorları ilə yüklü bir döyüş təyyarəsi kimidir. 30 metr məsafədən ovunun yerini asanlıqla müəyyən etməyə şərait yaradan xüsusi sistemlərə malikdir.

Ağcaqanadın bədənində çox həssas istilik qəbuledicisi var. "Tarsi" adlı bu orqan ağcaqanadın ön ayaqlarında yerləşir. Bu qəbuledici vasitəsilə dərinin altında qanın sıx olduğu bölgələri asanlıqla tapır. Ağcaqanadı cəlb edən başqa bir faktor  isə karbondioksid qazıdır. İnsan və heyvanların nəfəsində olan bu qaz ağcaqanadları cəlb edir. İstilik, qaz, nəm və ya kimyəvi sekresiya xəbərdarlıqlarından birini qəbul edən ağcaqanad dərhal ovuna yönəlir. Ovunun üzərinə o qədər yumşaq şəkildə qonur ki, bu, çox vaxt hiss edilmir. Daha sonra ağız bölgəsindəki bir cüt alətin köməyi ilə deşmək üçün ən uyğun nöqtəni tapır. İlk deşmə prosesi alt və üst çənə tərəfindən həyata keçirilir. Xortumun içində olan 4 kəsici bıçaq dərini kəsir. Açdığı dəlikdən içəri uzatdığı boru vasitəsilə qanı əmir.

Ağcaqanadın iynəsinin ən əsas xüsusiyyəti müəyyən dərinlikdə əyilə bilməsidir. Bu möhtəşəm xüsusiyyəti sayəsində iynə dəri altında asanlıqla hərəkət edir. Beləliklə, ağcaqanad iynəsini damarla ən zəngin bölgəyə çatdırır.

Lakin burada onu gözləyən çox mühüm bir problem var. Ağcaqanad insanı dişlədiyi anda  insan bədəninin müdafiə sistemi fəaliyyətə başlayır. Bədənə mikrobların girməsinə mane olmaq və qanı dayandırmaq üçün yara bölgəsinə qanın laxtalanmasını təmin edən ferment ifraz olunmağa başlayır. Qanda laxtalanmanın başlaması isə ağcaqanadın qanı əmməsini qeyri-mümkün edir. Lakin bunu "bilən" ağcaqanad kəsici bıçaqlarının birindən yaraya maye yeridir. Bu mayenin tərkibində laxtalanmağa mane olan ferment var. Beləliklə, qandakı ferment təsirsiz hala gətirilir və laxtalanma dayanır.  Həmçinin ağcaqanad  bu maye sayəsində ovuna lokal anesteziya edir. Dəridə qaşınmağa səbəb olan da məhz bu mayedir.

Bəs ağcaqanad qanın laxtalanma xüsusiyyətini hardan bilir? Lokal anesteziya insanın tibb elminin köməyi ilə öyrəndiyi bir texnikadır. Ağcaqanad bu məlumata necə sahib olmuşdur? Bu mayelərin laboratoriya şəraitində belə sintez edilməsi çox çətin olduğu halda, ağcaqanad doğuşdan bu mayeyə necə sahib olmuşdur?

Ağcaqanadın ifraz etdiyi mayeni və bu mayeni insanın qan damarına yeridən sistemi insan bədənini, ağcaqanadın anatomik quruluşunu xırdalığına qədər bilən və bunlara hakim olan Allah yaratmışdır.

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah'dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək ) istəyən də aciz qalar, istənilən də. Onlar Allah'ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 73-74)

 

/ Həşəratlar 688