Dəniz canlıları Tutuquşu balığını ölümdən qoruyan yataq torbası

Tutuquşu balığını ölümdən qoruyan yataq torbası


Tutuquşu balıqları gecələr qəlsəmə boşluqlarının üst kənarındakı sekresiya vəzindən jelatinə bənzər bir maddə ifraz edirlər. Həmin maddə müəyyən bir müddət sonra balığın bədənini örtən şəffaf yataq torbasına çevrilir. Bu yataq torbası tutuquşu balığını qoxulayaraq tapıb ovlayan ilan balıqlarına qarşı qalxan funksiyasını yerinə yetirir və onu yem olmaqdan xilas edir. Qoxu izolyasiyası səbəbindən ilan balığı tutuquşu balığının yanından keçərkən ovuna toxunsa da, onun varlığını hiss etmir.

Tutuquşu balıqları gecələr istifadə etdikləri bu qoruyucu örtüyü necə əldə ediblər? İlan balıqlarının güclü qoxu alma hissinin öhtəsindən gələ bilən bu cür mühüm bir maddəni necə kəşf ediblər?

Şübhəsiz ki, bir balığın öz bədənində kimyəvi maddə istehsal edib, özünü bu maddə ilə örtməyi düşünməsi, planlaşdırması və həyata keçirməsi mümkün deyil. Bu cür mükəmməl kamuflyaj metodunun şüurlu bir dizaynın məhsulu olduğu açıq həqiqətdir. Göylərdə, yerdə və ikisinin arasında olan hər şeyin yaradıcısı olan Allah tutuquşu balığını da bu bənzərsiz müdafiə sistemi ilə birlikdə yaratmışdır.

Göylərdə və yerdə kim varsa, O’nundur. Hamısı O’na boyun əyər.  (Rum Suresi, 26)

/ Dəniz canlıları 1000