Dəniz canlıları Dəniz samurunun xəz təmizliyi

Dəniz samurunun xəz təmizliyi


Heyvanlar üçün ilk olaraq təmizlik xəz və dərilərindən başlayır. Bu təmizlik həyatlarını davam etdirmələri üçün olduqca əhəmiyyətlidir. Çünki xarici təsirlərdən yalnız dəriləri ya xəzləri sayəsində qorunurlar.
 
Dünyadakı bütün heyvanlardan daha qalın xəzi olan dəniz samurunun hər 3 sm2 -də bir milyon tük yerləşir. Bir insanın isə yalnız  20.000 saç teli var. Dəniz samurunun qalın xəzindəki tükləri ayırıb dərisinə baxmaq istəsək belə, dərisini görmək mümkün olmur. Məhz bu qalınlıq onu okeanların dondurucu soyuğundan qoruyur. Ancaq xəzin canlını isti saxlaması onun təmiz və səliqəli olmasından asılıdır. Bu səbəblə dəniz samuru özünü mütəmadi olaraq təmizləmək məcburiyyətindədir. Bu prosesi isə iki mərhələdə həyata keçirir.
 
Dəniz samuru təmizlənmək üçün əvvəlcə, özünü yaxşıca ovxalayır. İkinci mərhələdə isə xalça çırpırmış kimi özünə yüngülcə vurur. Bu sayədə həm xəzi təmizlənmiş olur, həm də bədənindəki xüsusi vəzidən suyun keçməsinə mane olan yağ ifraz olur. Dəniz samurunun təmizlənmək üçün etdiyi bu hərəkətlər, eyni zamanda, tüklərin arasına hava dolmasını da təmin edir. Dolan hava sayəsində isə dəri ilıq və quru qalır.
/ Dəniz canlıları 1205