Dəniz canlıları Meduzalarının qeyri-adi xüsusiyyətləri

Meduzalarının qeyri-adi xüsusiyyətləri


Meduzalar hamımızın tanıdığı olduqca maraqlı canlılardır. 95%-i sudan ibarət olan bu canlılar bir çoxumuzun bilmədiyi inanılmaz xüsusiyyətlərə sahibdirlər. Meduzaların bəzi növləri işıq saçarak düşmənlərini yanıldır, bəziləri isə bədənində düşmənləri üçün öldürücü zəhər istehsal edir.            Demək olar ki, hər iqlim şəraitində yaşaya bilən meduzalarının bir çox növləri canlılar üçün təhlükəlidir. Şəffaf bir quruluşa sahib olan bu canlıların bədəninin alt tərəfindən uzanan qolları vardır. Bəzi növlərin qollarında zəhərli maye olur. Meduzalar bu zəhəri püskürdərək ovunu tutur və düşmənlərini öldürürlər.                                                                                                                                                                                    Zəhəri olmayan meduza növləri də müdafiəsiz deyil. Onların bəziləri özünü qorumaq üçün işıq saçmaq xüsusiyyətini istifadə edir. Dəniz tısbağası, dəniz quşları, balıq və balina kimi düşmənlərindən xilas olmaq üçün planlı şəkildə və müəyyən bir metodla hərəkət edir. Düşmənlərindən qaçarkən bədənində işıq yanır. Lakin düşmən onu dişləməyə çalışdığı vaxt zınqırova bənzəyən hissəsindəki  işığı söndürür və işığı yanan qollarını gövdəsindən ayırır. Beləliklə də, düşmənin diqqətini qollara çəkir və bu vəziyyətdən istifadə edərək dərhal oradan uzaqlaşır.      Günəşlə təmasda olduqda qısa müddət ərzində quruyub yox olan, demək olar ki, bütünlüklə sudan ibarət olan bir canlı necə kimyəvi maddə istehsal edir? Necə olur ki, düşmənlərini yanıltmaq üçün taktikalardan istifadə edir? Meduzalarının gözləri və beyinleri yoxdur, amma müxtəlif taktikalar tətbiq edərək ovlanmaq, düşmənlərindən xilas olmaq kimi şüurlu davranışlar həyata keçirirlər. Şübhəsiz ki, bu ağıl meduzalara aid deyil.    Meduzaların qeyri-adi xüsusiyyətlərini düşünən insan bu canlıların özbaşına heç bir şey edə bilməyəcəyini, hər şeyə hakim olan bir qüvvə tərəfindən idarə edildiyini anlayacaqdır. Bu bənzərsiz qüvvə Allah'a aiddir. Allah yaratdığı növbənöv canlılarda Öz sonsuz ağlını və bənzərsiz elmini təcəlli etdirir.

"O, yaradan, yoxdan var edən, surət verən Allah’dır..." (Həşr Surəsi, 24)

/ Dəniz canlıları 1665