Dəniz canlıları Dəniz atlarının həyatı

Dəniz atlarının həyatı


Dəniz atları xarici görünüşləri ilə diqqət çəkən canlılardır. Boyları 4-30 sm olan dəniz atları, əsasən, sahil yosunlarının və digər bitkilərin arasında yaşayırlar. Sahib olduqları qoruyucu zireh bu canlıları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dənizatını əl ilə qırmaq, demək olar ki, mümkün deyil.

Dəniz atları bədənləri dik halda üzür, başlarını yalnız yuxarı və aşağı hərəkət etdirə bilirlər. Gözləri bir-birindən ayrı, sərbəst şəkildə hər yönə hərəkət edən şəkildə yaradılmışdır. Buna görə də başlarını yanlara çevirə bilməsələr də, ətrafı asanlıqla görə bilirlər.

Dəniz atları xüsusi sistem sayəsində üzürlər. Üzmə kisələrindəki qazın miqdarını lazımi qədər dəyişərək suda yuxarı-aşağı hərəkət edə bilirlər.  Əgər bu kisə zərər görsə və az miqdar da olsa qaz itirsə, dənizatı dənizin dibinə batar. Bu isə dənizatı üçün ölüm deməkdir.

Burada diqqət edilməli mühüm bir məqam var. Üzmə kisəsindəki qazın miqdarı çox dəqiq nizamlanmışdır. Buna görə də kiçik bir dəyişiklik canlının ölümünə səbəb olur. Bu həssas nizamın bizə göstərdiyi həqiqət isə budur. Dənizatı bu xüsusiyyəti ilə birlikdə bir anda ortaya çıxdığı üçün həyatını davam etdirə bilir. Bu vəziyyət dənizatının müəyyən zaman ərzində bu xüsusiyyətləri əldə etməsinin mümkün olmadığını, yəni təkamülçülərin iddia etdiyi kimi təkamülün məhsulu olmadığını göstərir.

Bu canlıların ən maraqlı xüsusiyyəti isə erkək dənizatının bala doğmasıdır. Erkək dənizatının qarnının alt qismində, zireh təbəqəsinin olmadığı hissədə geniş bir kisə və bunun üzərində yarığa bənzər açıq hissə vardır. Dişi yumurtalarını bu kisəyə yerləşdirir. Erkək isə buraya yığılan yumurtaları mayalayır. Yumurtaların qoyulduğu kisənin içəri hissəsindəki dəri bir müddət sonra süngər kimi olur və yumurtaların qidalanmasında mühüm rol oynayan qan damarları ilə örtülür. Bir və ya iki ay sonra dənizatının balaları kisədən çıxır.

Dənizin dibində yaşayan bir çox canlı növlərindən biri olan dənizatı bənzərsiz xüsusiyyətlərə sahibdir. Dəniz atlarının yaradılışı Allahın sonsuz gücünün və elminin nümunələrindəndir.

Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm  ilə hər şeyi ehtiva etmişdir. (Taha surəsi, 98)

/ Dəniz canlıları 2453