Dəniz canlıları Bir-birinə yardım edən fədakar delfinlər

Bir-birinə yardım edən fədakar delfinlər


Delfinlər doğum anından etibarən balalarının qayğısına qalırlar. Doğuşdan əvvəl delfinin hərəkətləri yavaşıyır. Buna görə də digər dişi delfinlər doğuş zamanı ona kömək edirlər. Doğuşdan əvvəl ana delfini təhlükələrdən qorumaq üçün onun hər iki tərəfində üzür, bala dünyaya gəldikdə isə suyun üstünə çıxmasını və nəfəs almasını təmin edirlər.

İlk iki həftə bala anasının yanından ayrılmır. Qısa bir müddət sonra isə üzməyi öyrənir və yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Amma dişi delfin balanın sürətli və çevik hərəkətləri ilə ayaqlaşıb onu lazımınca qoruya bilmədiyi üçün digər dişi delfin köməyə gəlir və balanı mükəmməl bir şəkildə qoruyur.

Delfinlər köpək balıqlarından xilas olmaq üçün dəstələr halında hərəkətə keçirlər. Onlardan biri və ya ikisi köpək balığının diqqətini cəlb etmək üçün kənardan üzür. Köpək balığı bu tələni izləmək üçün qayıdarkən digər delfinlər əks istiqamətdə hərəkət edir və güclü hücuma keçirlər. Biri digərinin arxasından sürətlə  hücum edərək burunları ilə köpək balığının yanlarına vururlar. Bu, köpək balıqlarından qorunmaq üçün olduqca effektiv üsuldur, hətta bəzən bu yolla delfinlərin köpək balıqlarını öldürdükləri də olur.

Canlıların bu fədakar və yardımsevər davranışları darvinizmin iddialarını puç edir. Çünki təkamülçülərin fikrincə, canlının həyatda qala bilməsi üçün bu davranışların heç bir əhəmiyyəti yoxdur, əksinə, fədakarlıq edən heyvan üçün bəzən böyük risklər daşıyır.

Bütün canlıları yaradan və davranışlarını onlara ilham edən Uca Allah’dır. O, üstün qüdrət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. 

De: “Allah’dan başqa ibadət etdiyiniz şərikləri gördünüzmü? Mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar?... (Fatir surəsi, 40) 

 

/ Dəniz canlıları 635