İnsan bədəni Ana südü bağırsaqdakı faydalı bakteriyalarının inkişafını sürətləndirir

Ana südü bağırsaqdakı faydalı bakteriyalarının inkişafını sürətləndirir


Alimlərin apardıqları tədqiqatlarla ana südünün körpə üçün nə qədər faydalı olması hər gün bir daha sübuta yetirilir. Ana südü bir körpənin bütün ehtiyaclarına uyğun tərkibdə olan və  xaricdən gələ biləcək virus və infeksiyalara qarşı qalxan funksiyası yerinə yetirə bilən möcüzəvi bir tərkibdir.

Aparılan araşdırmalar nəticəsində ana südü ilə qidalanma zamanı körpənin bədənində faydalı bakteriyalarının inkişafının sürətləndiyi məlum olmuşdur. Körpənin bağırsaq florasının inkişafında ana südü  əvəzolunmaz təsirə malikdir. Ana südü körpənin bağırsaq florasındakı laktoza turşusu bakteriyalarının böyüməsini sürətləndirir , bu isə körpənin immunitetinin möhkəmlənməsi üçün olduqca vacibdir.

Son dövrlərdə kəşf olunan vacib bir məlumat isə körpənin ana südü ilə 2 il bəslənməsinin onun sağlamlığı üçün son dərəcə  əhəmiyyətli olmasıdır. Bəqərə surəsinin 233-cü ayəsində bu vacib məlumatı Allah bizlərə  “Əmizdirmək istəyən analar öz övladlarını iki il əmizdirirlər…” deyə bildirmişdir.

Yuxardakı ayədə Allahın körpələrin ana südünü ən az iki il içmələrinə diqqət çəkməsi üzərində düşünülməli bir həqiqətdir. Əgər Quranda bu şəkildə xüsusilə diqqət çəkilən bir mövzu varsa, mütləq onun hikməti və əhəmiyyəti vardır. Çünki ana südü ilə bəslənən uşaqlarda sonrakı yaşlarda allergiya, diabet və iltihabi bağırsaq xəstəlikləri daha az müşahidə olunur. Bunun bir səbəbi də ana südünün körpənin bağırsaqlarında faydalı bakteriyaların inkişafını sürətləndirməsidir.

Güclü bir immun sistemin olması  üçün bağırsaqların mikroflorası da sağlam olmalıdır. Körpələrin isə doğulduqları zaman bağırsaqlarında bakteriya olmur. Bu səbəbdən ilk 3 il  körpələrin qidalanması mühüm rol oynayır. İki il ana südü içdikdən sonra digər qida çeşidlərinin körpənin qida rasionuna daxil edilməsi ilə onun bədənində vacib dəyişikliklər baş verir. Körpənin bağırsaqlarının mikroflorası 3 yaşına qədər formalaşır. Nəticədə doğulduqları zaman bağırsaqlarında bakteriya olmayan körpələr ana südü ilə xilas olmuş olurlar. Allah ananın bədənində uşağın ehtiyacı olan hər şeyi ən mükəmməl şəkildə  yaratmışdır.

/ İnsan bədəni 637