İnsan bədəni Küləyin üşütməsi

Küləyin üşütməsi


Bədənimiz kiçik temperatur dəyişikliyini rahat hiss etdiyinə görə meh kimi yüngül hava axınlarını belə hiss edirik. Bədənimizin açıqda qalan hissəsi (əlimiz, üzümüz) digərlərindən çox üşüdüyü üçün hava axınının haradan gəldiyini də anlayırıq. Bəs hava axınları nə üçün bizi üşüdür? Əgər hava axını yoxdursa, dərimizi əhatə edən hava molekulları çox az yer dəyişdirər və biz də bunu hiss etmərik. Çünki bir saniyədə milyardlarla toqquşma olduğu halda, molekullar ancaq 1 sm yer dəyişdirir. Ancaq küləkli havada bədənimizi əhatə edən hava molekullarının hamısı itələmə qüvvəsi ilə eyni istiqamətə doğru hərəkət etdiyinə görə yerlərini daha soyuq havaya verirlər. Bədənə toxunan yeni təbəqə sürətlə isindiyinə görə temperatur itiririk.

Digər səbəb küləyin dərimizdəki su buxarını uzaqlaşdırmasıdır. Buxarlanma ətrafdan temperatur udduğu üçün üşüməyə səbəb olur. nəm və ya tərli bədənimizdə hava axınını daha çox hiss etməyimizin, bədənimizin özünü soyutmaq üçün tərləməsinin və isti şorbanı üfürərək soyutmağımızın səbəbi də budur.

Ətrafınızdakı hündür binalar, eviniz, bağınızdakı stol, yediyiniz meyvə, içdiyiniz su... Bunların hər biri müxtəlif xüsusiyyətlərə malik, fərqli maddələrdir. Təbiətdə mövcud olan təqribən 109 atomun müxtəlif miqdarda və formada birləşməsi yer üzündəki müxtəlifliyi meydana gətirmişdir. Bu 109 atom bir-birindən fərqli maddələri meydana gətirdiyi kimi, qoxu, dad, rəng, bərklik, yumşaqlıq, axıcılıq, uçuculuq kimi xüsusiyyətləri də meydana gətirir. İndi düşünün. Siz 109 fərqli hissənin birləşməsi ilə müxtəlif xüsusiyyətlərə malik neçə fərqli maddə əmələ gətirə bilərsiniz? Əlbəttə, verəcəyiniz say məhduddur. Bu qədər məhdud xammal ilə bu qədər möhtəşəm müxtəliflik, şübhəsiz ki, Allahın uca sənətidir.

/ İnsan bədəni 1412