Həşəratlar Arıların yaradılış xüsusiyyətləri tibb dünyası üçün ilham mənbəyinə çevrilib

Arıların yaradılış xüsusiyyətləri tibb dünyası üçün ilham mənbəyinə çevrilib


Arıların gözlərindəki hansı xüsusiyyət korluğun müalicəsinə işıq tutur?

Balın tibbdə faydaları nələrdir?

Arıların diabet xəstələyinin müalicəsində rolu nə olacaq?

 

Arı gözü korluğun müalicəsində ilham mənbəyi olur

Arıların gözləri 3000-4000 kiçik linzalardan ibarətdir. Hər bir linzanın içində birdən çox qəbuledici mövcuddur. Ortadakı linza kənardakılara nisbətən daha böyükdür. Buna görə arılar önlərini daha yaxşı görürlər. Bir mikron böyüklüyündəki bu kiçik qəbuledicilər xüsusi optik quruluşa malikdirlər. Çünki arının gözləri ultrabənövşəyi şüalara qarşı çox həssasdır və işığın polyarizasiyasını qəbul edə bilir.

Polyarizasiya işığını qəbul edə bilmələri arıların istiqamətlərini tapmaq üçün xüsusi rabitə sistemi qurmalarına da imkan verir. İstiqamətlərini polarizasiya işığına əsasən təyin edən arılar qida mənbəyini tapdıqdan sonra pətəyə qayıdıb digər arılara bu mənbənin yerini və istiqamətini bildirmək üçün xüsusi vizual koddan (rəqs) istifadə edirlər.

Kaliforniya Universitetinin alimləri arı gözünün bu xüsusiyyətlərini təqlid edərək süni göz hazırlayıblar. 8500-dən çox altıbucaqlı linzadan ibarət bu gözü bir iynə ucuna yerləşdirməyi bacarıblar. Tədqiqatçılar bu çalışma ilə süni tor qişalar hazırlayaraq korluğun müalicə üsullarını təkmilləşdirməyi planlayırlar.

www.arimucizesi.imanisiteler.com

Arı zəhəri hipertoniya xəstəliyinin müalicəsində istifadə oluna bilər

Tədqiqatçılar bal arılarının zəhərinin hipertoniya xəstəliyinə qarşı təsirini tədqiq etmiş, eyni zamanda ion kanallarının ürək döyüntülərinə nəzarət etdiyi  bölgələr üzərində çalışmışlar. Zəhər infarktın qarşısını alan damarları tıxayan yad maddələrin əmələ gəlməsinə mane olmuşdur.

Arı diabet xəstəliyinin və maddələr mübadiləsi xəstəliklərinin müalicəsinə də ilham mənbəyidir

Arının dadbilmə orqanı ağız boşluğunda və xortumunda yerləşir. Arılar şirin, acı, turş və duzlu dadı seçə bilirlər. Bal arıları üçün şirin dadı ayırd etmək çox vacibdir. Xüsusilə lazımi şəkər növlərini çox yaxşı seçirlər. Arı ilə insanı müqayisə etsək görərik ki, insan qida dəyəri olmayan şirin maddələrlə şəkər arasındakı fərqi yaxşı ayırd edə bilmir. Lakin arıları şirin maddələrlə aldatmaq mümkün deyil. Bir arı həqiqi şəkər ilə şirin maddələr arasındakı fərqi dərhal anlayır və şirin sudan qida toplamır. Bu həssas dadbilmə sistemi arılar üçün mühüm xüsusiyyətdir. Çünki arı topladığı nektardan istifadə edərək bal hazırlayır. Buna görə də qoxunu və şəkəri doğru seçməlidir. Əks halda bal ya heç əmələ gəlməz, ya da faydasız olar. Bal arılarının bu xüsusiyyəti alimlərə qidalanmanın maddələr mübadiləsi ilə bağlılığını və metabolik fəaliyyətə necə nəzarət ediləcəyini qavramağa kömək etmişdir.  Arizona Əyalət Universitetinin alimləri bal arılarının dadbilmə hissi ilə metabolik pozulmalar arasındakı bəzi sadə əlaqələri kəşf etmiş və bal arılarının genetikasını araşdıraraq şəkər xəstələri, diabet xəstələri və karbohidrat metabolizmi arasındakı əlaqəni tapmışlar.

Balın tibbdə faydaları

Balın əsasını arıların çiçəklərdən və meyvə tumurcuqlarından topladıqları nektar təşkil edir. Arılar nektarı bala çevirirlər. Balın hazırlanmasında isə tozcuqların heç bir rolu yoxdur, arılar bu tozcuqları ancaq zülal ehtiyaclarını qarşılamaq üçün istifadə edirlər.

Balın xüsusiyyətlərindən ilk ağlımıza gələn, şübhəsiz ki, şirin olmasıdır. Bunun səbəbi balın içindəki üzüm şəkəri (34 %), saxaroza (2 %), fruktoza (40 %) adlı üç şəkər növüdür. Bundan başqa balın 17 %-i su, qalan 7 %-i isə dəmir, natrium, kükürd, maqnezium, fosfor, polen, manqan, alüminium, gümüş, albumin, dekstrin, azot, zülal və turşulardan ibarətdir. Balı şəkərdən ayıran əsas fərq isə qana qarışmalarındadır. Şəkər ancaq həzm sistemində dəyişikliyə uğradıqdan sonra qana qarışır, bal isə həzm olunmadan, sürətlə birbaşa qana qarışır. Çünki tərkibindəki meyvə şəkəri və üzüm şəkəri bol miqdarda olan saxarozanın dəyişikliyə uğraması ilə əmələ gəlir. Buna görə bu şəkərlərə "bəsit şəkərlər" deyilir. Qısası, bal insanın ən çox və ən sürətli faydalanacağı  şəkildə yaradılmış qidadır. İlıq su ilə qarışdırılan balın bir neçə dəqiqə ərzində bədənə enerji verdiyi müəyyən edilmişdir. Allah Quranda balı insanlar üçün şəfa vəsiləsi kimi yaratdığını belə bildirir:

"Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 68-69)

Balın digər şəfalı xüsusiyyətlərinə nəzər yetirək:

Bal güclü antibiotikdir

Balda bakteriya yoxdur. Hətta bakteriyaları məhv etmək üçün baldan istifadə olunur. Məsələn, antibiotiklərə qarşı dözümlü olan MRSA bakteriyasının bala müqavimət göstərə bilmədiyi müəyyən edilmişdir. Dr. V. Saket bal vasitəsi ilə tif mikroblarını 48 saat, dizenteriya mikroblarını isə 10 saat müddətində məhv etmişdir.

Tədqiqatçılar balın antibakterial təsirinin molekulyar əsasını öyrənməyə müvəffəq olmuşlar. Bal arılarının həzm sisteminin bir hissəsi olan və arılar tərəfindən bala əlavə olunan defensin-1 zülalını tədqiq etmiş və balın əksər antibakterial xüsusiyyətlərinin bu zülaldan qaynaqlandığını öyrənmişlər. Tədqiqatçılar baldan götürdükləri bu birləşmənin yanıq və infeksiya xəstəliklərinin müalicəsi zamanı antibiotikə davamlı infeksiyaları məhv edəcək yeni dərmanların təkmilləşdirilməsində istifadə oluna biləcəyini və beləliklə, bakterial infeksiyalardan qaynaqlanan xəstəliklərin aradan qaldırılacağını düşünürlər.

Bal diş əti xəstəliklərinin müalicəsində çox faydalıdır

Yeni Zellandiya Vaikata Universitetindən dos. dr. Piter Molan balın diş çürüməsinə səbəb olan bakteriyalardan streptokokk mitis, streptokokk sobrinus ve kazei laktobakteriyasının ifraz etdiyi turşunu mühüm dərəcədə azaltdığını kəşf etmişdir. Məlum olmuşdur ki, bal diş lövhəsində dekstran əmələ gəlməsinin qarşısını alır və balın bir fermenti hidrogen peroksid hasil edir. Hidrogen peroksid balın antibakterial təsirini artırır, buna görə diş əti infeksiyalarının müalicəsində balın bu xüsusiyyətindən faydalanmağın mümkün olduğu hesab edilir. Balın infeksiyanın qarşısını alma xüsusiyyətinə görə şişi və ağrını azaldan xüsusiyyəti ilə yaraları sağaltmada mükəmməl nəticə verdiyi öyrənilmişdir.                                                                                                                                                                                                                   Xərçəng xəstəliyinin bəzi növlərində xərçəng hüceyrələrinin və şişin böyüməsini dayandırdığı müəyyən edilmişdir

Bərəmum (propolis) arılar tərəfindən müxtəlif bitkilərin tumurcuqlarından, yarpaq və gövdələrindən toplanan qatranlı maddədir. Arılar pətəyi xarici təsirlərdən, mikroorqanizmlərdən və digər zərərvericilərdən qorumaq üçün üzərini propolislə örtürlər. Bu maddə əsrlərdir ki, təbii dərman kimi istifadə edilir. Lakin birləşmiş hüceyrələr üzərindəki faydası elmə tam məlum deyildi. Lakin bərəmumum faydası Çikaqo Tibb  Universitetinin dəniz donuzcuqları üzərində apardığı tədqiqatlarla daha aydın olmudur. Propolisin prostat hüceyrələrinin çoxalmasını yavaşlatdığı, beləliklə, prostat xərçənginin müalicəsində mühüm rol oynayacağı müəyyən edilmişdir.

www.dogadakiayetler.com

Təkamülçüləri çətin vəziyyətə salan həqiqətlərdən biri : rəngli görən arı gözü

Arılar ən yaxşı mavi rəngi görürlər, amma insanların gördükləri digər rəngləri də seçə bilirlər. qəbul edirlər. Burada təkamülçülər yenə çıxılmaz vəziyyətə düşürlər. Çünki onların xəyali təkamül nərdivanında daha üst pillələrdə yerləşən atlar və itlər ancaq boz çalarları seçə bildikləri və digər rəngləri seçə bilmədikləri halda alt pillələrdə yerləşən arıların rəngləri seçə bilməsini izah edə bilmirlər. Çünki rəngləri görmək üstün xüsusiyyətdir və bu xüsusiyyətin təkamülün üst pillələrindəki bəzi canlılarda itməsi və yenidən insanda ortaya çıxması mərhələli təkamül iddiasına ziddir. Halbuki uca Allah hər canlıya ehtiyacına uyğun xüsusiyyətlər bəxş etmişdir. Arılar da çiçəklərin yerini müəyyən etmək və qidalanmaq üçün rəngli görmə qabiliyyəti ilə yaradılıblar. Sonsuz güc sahibi olan Allahın elmi bir ayədə bu cür xəbər verilir:

"Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə edir." (Ta ha surəsi, 98)

Arılar da bütün canlılar kimi bütün xüsusiyyətləri ilə bir anda yaradılmışlar

Arı yaşamaq üçün hazırda sahib olduğu bütün xüsusiyyətlərə eyni anda sahib olmalıdır. Pətəyi qorumaq üçün lazım ola zəhərli iynələr, çiçəklərdən nektar toplamaq üçün istifadə etdikləri uzun dil, çiçək tozlarının bədənlərinə yapışmasına səbəb olan tüklər, ayaqlarına yerləşdirilmiş fırçaya bənzər tüklər və sahib olduqları digər bütün xüsusiyyətlər, eyni zamanda təkamülçülərin instinkt adandırdıqları davranışlar arılarda ilk dəfə ortaya çıxdıqları andan mövcuddur. Bir arı sürfələrini necə bəsləyəcəyini, ana arıya necə qayğı göstərəcəyini, pətəkləri hansı bucaq altında qurarsa bal toplaya biləcəyini, propolisi necə toplayacağını, arı mumuna necə qənaət edəcəyini, qidanın yerini digər arılara necə bildirəcəyini doğulduğu andan bilməlidir. Əks halda arı nə özü yaşa bilər, nə də arı nəsli davam edərdi. Elə ilk yarandığı anda da ölər, ilk və son arı olardı. Rəbbimizin göylərdə və yerdə hər şeyin tək sahibi olduğu Quranda belə bildirilir:

"Bilmirsənmi ki, göylərin  və yerin səltənəti ancaq Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır." (Bəqərə surəsi, 107)

www.orumcekmucizesi.com

Arılar da, dünyadakı bütün canlılar kimi, Allahın ilhamı ilə hərəkət edirlər. Kainatdakı bütün canlılar, atlar, quşlar, böcəklər, ağaclar, çiçəklər, pələnglər, fillər Allaha boyun əymişlər. Hər hərəkətlərini Allahın ilhamı ilə edirlər. Allah Hud surəsində canlılar üzərindəki hakimiyyətini bizə belə bildirir:

"...Elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır (doğru yolda olanı qoruyandır)." (Hud surəsi, 56)

/ Həşəratlar 1809