Dəniz canlıları KÖPƏK BALIQLARININ YENİLƏNƏN DİŞLƏRİ

KÖPƏK BALIQLARININ YENİLƏNƏN DİŞLƏRİ


Planktonlarla qidalanan növlərindən başqa bir çox köpək balığı çox iti və kəsici dişlərə malikdir. Uca Allah köpək balıqlarının diş və çənə quruluşlarını qüsursuz ovçu olmaları üçün xüsusi olaraq yaratmışdır. Köpək balıqlarının dişləri çənələrində olan elastiki toxumaların içində yerləşir. Çənələrdə dişlərin düzüldüyü bir çox diş sırası var. Köpək balığı növlərinin çoxunda ən öndəki  bir və ya iki diş sırası funksionaldır və ov zamanı bu dişlərdən istifadə edirlər. Alt və üst çənədə öndəki iki sıra istisna olmaqla digər dişlər funksional olmayan ehtiyat və ya dəyişmə dişləri olaraq adlandırılır. Funksional olanlar hər hansı bir səbəbdən qırıldıqda və ya kütləşdikdə arxa sırada olan ehtiyat dişlərlə nizamlı olaraq dəyişdirilir.

Yeni ehtiyat diş köhnə funksional dişin  yerinə keçmək üçün  irəliyə doğru hərəkət etdikdə digər ehtiyat dişlər də bir sıra qabağa gəlirlər. Bu sürətli dəyişmə bir neçə günlə bir neçə həftə arasında baş verir. İrəliləmə hərəkəti nəticəsində çənədə diş yaradan toxumalar xəbərdar edilir və beləcə boş olan ən arxa sıranı doldurmaq üçün yeni diş əmələ gəlir. Dişlərin yenilənməsi köpək balığı yaşadığı müddətcə davam edir. Köpək balıqları  eyni zamanda möhkəm çənəyə sahib canlılardan biridir. Uca Allahın yaratdığı bu canlılar həm üst, həm də alt çənələrini hərəkət etdirərək hər kv.sm -ə 43.9 kq təzyiq tətbiq edir və dişləmə əməliyyatını çox asanlıqla  yerinə yetirirlər. Uca Allah köpək balıqlarına həyatlarını davam etdirmələri üçün bu xüsusiyyətləri bəxş etdirmişdir.

/ Dəniz canlıları 1032