Dəniz canlıları Dənizdə yaşayan canlıların ortaq xüsusiyyətləri

Dənizdə yaşayan canlıların ortaq xüsusiyyətləri


Göylərin, yerin və hər ikisi arasındakı hər şeyin sahibi Uca Allah canlıların ehtiyaclarına uyğun imkanlar yaratmışdır. Dənizin dərinliklərində müxtəlif canlı növləri uyğunluq içində həyatlarını davam etdirirlər. Yer üzərindəki əksər canlılar kimi, dəniz canlıları da lazım gəldikdə bir-birilərinə yardım edirlər.

Məsələn, bəzi  canlılar bədənlərindəki yad orqanizmləri – göbələkləri və parazitləri tez-tez təmizləmək məcburiyyətində qalırlar. Ancaq bu canlılar özlərini təmizləyə biləcək hər hansı sistemə malik deyillər. Buna görə də digər canlılarla yardımlaşırlar. Normal şərtlər daxilində ov olacaq canlı çəkinmədən ovçu mövqeyindəki canlının üzərində gəzir, buradakı göbələkləri və parazitləri yeyərək həmin canlını təmizləyir.

Beləliklə, bir tərəf qidalandığı halda, digər tərəf zərərli orqanizmlərdən təmizlənir. Hər iki tərəf  bu vəziyyətdən məmnundur. Təmizlənmək istəyənlər bəzən də dənizlərin ən təhlükəli canlıları olan köpək balıqları və balinalar da ola bilir. Bu canlılar təmizləmə funksiyasını həyata keçirən digər balaca balıqlara üzərlərində gəzməyə, hətta ağızlarının içinə belə girmələrinə icazə verirlər. Bu canlılara zərrə qədər zərər vermirlər. Təmizləyici balaca balıqlar da özlərinə zərər gəlməyəcəyindən əmin olduğu üçün qorxmadan onlara yaxınlaşırlar.

Balta balıqları və bərbər balığı

 Bərbər balığı adlandırılan kiçik balıqlar xallı balta balıqlarının üzərindəki ölümcül parazitləri təmizləməklə məsuldurlar. Bərbər balıqları təmizləmə əməliyyatı apararkən balta balıqları onları ürküdəcək hərəkətlər etmirlər. Sanki qarşılıqlı müqavilə bağlamış kimi, bərbər balıqlarının işlərini bitirmələrinə icazə verirlər. Beləliklə,  özlərinin əldə edə bilməyəcəkləri təmizliyə qovuşurlar.

 

Tısbağa ilə mərcan balıqları

 Mərcanlarda yaşayan balıqların bir çoxu dəniz dibindəki qayaların üzərindən tapdıqları su yosunları ilə qidalanırlar. Ancaq bu balıqların yeganə yemək qaynağı su yosunları deyil. Bəzi mərcan balıqları dəniz tısbağalarının qabıqlarına yapışmış göbələkləri də yeyirlər.

Üzərək bu balıqların yanına gələn dəniz tısbağaları sanki sözləşmiş kimi, balıqların olduqları yaxın yerdə dayanaraq onların gəlməsini gözləyirlər. Beləliklə, özlərinin edə bilmədiyi təmizliyi mərcan balıqlarına etdirirlər.

Bunların heç biri bu canlıların planlayacağı davranışlar deyil. Dəniz altındakı bu heyrətamiz əməkdaşlığın təsadüfən reallaşması qeyri-mümkündür.

Bu canlılar yarandıqları ilk gündən bəri sonsuz ağıl sahibi Allahın ilhamı ilə hərəkət edirlər. Bir Quran ayəsində belə buyurulmuşdur:

"...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!"  (Bəqərə  surəsi, 116)

 

/ Dəniz canlıları 3016