Quşlar Son dino-quş hekayəsi və həqiqətlər

Son dino-quş hekayəsi və həqiqətlər


Bir müddət öncə Çində tapılan bir neçə fosil dünya mediasında təkamül nəzəriyyəsinə dəlil kimi göstərilmişdi. Pekin Onurğalılar Paleontologiyası və Paleoantropologiyası İnstitutunun nümayəndələri tapılan altı fosildən birinin "dördqanadlı dino-quşa" aid olduğunubildirmiş və nəsli kəsilmiş bu canlının uçmağı bacardığıfikrini irəli sürmüşdülər. Darvinist media təşkilatları əvvəllər də dəfələrlə bəhs etdikləri, ancaq hər dəfə fərqli dəlillərlə təkzib edilən "quşlar dinozavrlardan təkamül edib" iddiasınıyenidən gündəmə gətirməyə çalışdılar.

Halbuki bu iddia tamamilə əsassızdır. Nə yeni "dördqanadlı dino-quş" fosili, nə də hər hansı bir elmi kəşf "quşların təkamülü" iddiasına dəlil deyil.

Yeni tapılan fosil Arxeopteriksdən 20 milyon il gəncdir

Paleontologiya haqqında məlumatı olan insanmütləqArxeopteriks (Archaeopteryx) haqqındaeşitmişdir. Bundan 150 milyon il əvvəl yaşamış quşa məxsus olan bu qalıq hər dövrdə məşhur olmuşdur. Arxeopteriks quşların əcdadı kimi tanınır. Arxeopteriksdən əvvəl yaşamış, ya daqalığı tapılmış hansısa bir quş yoxdur. (1)

Arxeopteriks bütün xüsusiyyətləri ilə quşdur: Müasir uçan quşlarda olduğu kimiasimmetrik tükləri, qüsursuz qanad quruluşu, müasir quşlardakı kimi yüngül və içi boş olan skelet quruluşu, uçuş əzələlərini dəstəkləyən sinə sümüyü və digər xüsusiyyətlərielm adamlarını Arxeopteriksinrahat şəkildə uçan bir quş olduğuna inandırmışdır. (2)

Arxeopteriksin müasir quşlarda görünməyən iki xüsusiyyəti var: dimdiyindəki dişlər və qanadlarındakı caynaqlar. Bu iki xüsusiyyətinə görə quş XIX əsrdən bəri təkamülçülər tərəfindən "yarı sürünən-yarı quş"kimi göstərilmişdir. Halbuki bu xüsusiyyətlər canlının sürünənlərlə əlaqəsinin olması mənasına gəlmir. Araşdırmalarnəticəsindəmüasir quş olanHoatzinin də qanadlarında caynaqlarolduğu ortaya çıxmışdır.

Arxeopteriksin dişlərinin isə yalnız bu növə xas olmadığı, tarixdə "dişli quşlar" adlananbaşqa növlərin də yaşadığı tapılan fosillərdən aydın olur. (3)

Arxeopteriksi “primitiv quş”adlandıran təkamülçü ideyaların yanlış olduğu, canlının müasir quşlara çox bənzədiyi artıq elm adamları tərəfindən də qəbul edilir. Bu sahədəən qabaqcıl tədqiqatçılardan biri Kanzas Universitetinin professoru Alan Feduççiabelə bildirmişdir: "Arxeopteriksin müxtəlif anatomik xüsusiyyətlərini araşdıran yeni tədqiqatçıların bir çoxu bu canlının xəyal ediləndəndaha çox quşa bənzədiyinigörmüşlər". Arxeopteriks barəsində aparılan darvinist təbliğat yanlışdır. Feduççiyə görə, "Arxeopteriksin teropod dinozavrlara bənzərliyi çox şişirdilmişdir." (4)

Qısası, Arxeopteriks dövrümüzdəki quşlara çox bənzəyən, onlar kimi uçanən qədim quşdur. Arxeopteriksin 150 milyon il yaşı var.

 

Təkamülçülərin yaş problemi

Arxeopteriks bizə mühüm bir gerçəyi göstərir:

Quşlar bundan 150 milyon il əvvəl də var idilər. Uça da bilirdilər. Əgər təkamülçülər "quşların atası" kimi bir neçə nümunə irəli sürmək istəyirlərsə, onların da yaşı 150 milyon il olmalıdır. 

Bəhs etdiyimiz həqiqət hazırda dünya mediasındayayılan "dördqanadlı dino-quş" iddiasınınçox səthi və yanlış olduğunu göstərməyə kifayətdir. Çünki "quşların primitiv atası" kimigöstərilən və “Microraptor gui”adlandırılan qalığın 130 milyon il yaşı var. Yəni Arxeopteriksdən 20 milyon il gəncdir. Şübhəsiz, bir fosilin özündən 20 milyon il əvvəl də uçan quşlar var ikən, "quşların primitiv atası" kimi göstərilməsi tamamilə absurddur.

Əslində, "yaş problemi" quşların atası kimi irəli sürülən digər "dino-quş" fosillərinə də aiddir. Təkamülçülər quşların iki ayaq üzərində yeriyən teropod dinozavrlardan təkamül keçirdiklərini deyirlər. Halbuki teropod dinozavrların fosil qeydlərindən görünür ki, onlarArxeopteriksdən sonra mövcud olmuşlar. (5) Bu, böyük ziddiyyət təkamülçülər tərəfindən həmişə ört-basdır edilir. “Microraptor gui” haqqındakı xəbərlərdə də eyni səylər diqqət çəkir: Bu qalığın 130 milyon il yaşındakı "primitiv quş" olduğunu iddia edən təkamülçü qəzet və jurnalların heç biriondan 20 milyon il əvvəl yaşayanArxeopteriksin qüsursuz şəkildə uçduğunu bildirməmiş, bu mükəmməl həqiqəti tamamiləgözardı etmişlər.  

Microraptor gui

Bəs yeni tapılan "dördqanadlı dinozavr", yəni “Microraptor gui” nədir?

Bu suala cavab verməkhələ çox tezdir. Əldə edilən qalıq haqqında bir çox araşdırma aparılacaq və bəlkə də bunlar fosil haqqındakı fikirləri tamamilə dəyişdirəcək. Məsələn, 1990-cı illərin əvvəllərindən bəri irəli sürülən "dino-quş" qalıqlarının yanlışlıq olduğu bir-bir ortaya çıxmışdı. Bəhs etdiyimiz "tüklü dinozavrlardan” birinin, yəni Arxeoraptorun (Archaeoraptor) fosil saxtakarlığı olduğu ortaya çıxmışdı. Digər qalıqlar üzərindəaparılan ətraflı araşdırmalar "tük" kimigöstərilənlərin kollagen (əzələ zülalı) lifləri olduğunu göstərmişdi. (6)

Feduççianınbildirdiyi kimi,"bir çox dinozavr heç bir dəlili olmamasına baxmayaraq, aerodinamik və tam uyğun tüklərlə örtülmüş kimi göstərildi". (7) Bu səbəbdən Feduççia 1999-cu ildə nəşr edilən kitabında yazmışdı: "Müxtəlif bölgələrdən yaxşı qorunmuş dərilərə sahib bir çox dinozavr qalığının bilinməsinə baxmayaraq, indiyə qədər heç bir tüklü dinozavr tapılmamışdır. " (8)

Bu səbəbdən “Microraptor gui”nin nə olması qənaətinə gələrkən, təkamülçülərin abstrakt və qərəzli yanaşmasıyadda saxlanılmalıdır. Bu canlı hazırda mediada yayımlanan rekonstruksiya rəsmlərində göstəriləndən fərqlənən bir anatomik quruluşa sahib ola bilər. Əgər “Microraptor gui” haqqındakı mövcud fikirlər doğru olsa belə, bu, təkamül nəzəriyyəsinə heç nə qazandırmayacaq. Təbiət tarixi boyu on milyonlarla fərqli növyaşamış və onların bir çoxunun nəsli tükənmişdir.

Dövrümüzdə qanadlı məməlilərdən olan yarasa kimi keçmişdə də qanadlı sürünənlər (pterosaurlar) yaşamışdır. Bir çox fərqli dəniz sürünəni (məsələn, ichthyosaurlar) yaşamış və nəsli kəsilmişdir. Ancaq təəccüb doğuran haldır ki, bütün  fərqli xüsusiyyətdəki canlılar və ya anatomik strukturlar birdən-birə və primitiv formaları olmadan yer üzünəçıxmışlar. Məsələn, quş tükləri kompleks və özünəməxsus quruluşları iləArxeopteriksdəbir anda meydana çıxmışdır. Primitiv quş tükləri yoxdur. Primitiv uçuş da yoxdur. Primitiv quş ağciyəri isəağciyərin sadələşdirilə bilinməyən kompleks quruluşu səbəbindən qeyri-mümkündür. (9)

 

Qısası, qalıq tapıntıları canlıların təkamüllə deyil, yaradılışlayer üzünə çıxdıqları gerçəyini təsdiqləyir. Dino-quş iddialarınınbu gerçəyi dəyişdirmə imkanı yoxdur.

Mənbələr:

1- 225 milyon il yaşındakı Protoavis adlanan bir fosilin "ən qədim quş" olduğu iddia edilsə də, bu fikir geniş yayılmamısdır.  [uparrow]
2- Ətraflı məlumat üçün bax: Harun Yahya, Hayatın Gerçek Kökeni, İstanbul, 2000  [uparrow]
3- Məsələn, 130 milyon il yaşındakı Liaoningornisin də dimdiyində dişləri var. ("Old Bird", Discover, 21 Mart 1997)  [uparrow]
4- Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, p. 81  [uparrow]
5- Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, s, 117  [uparrow]
6- Ann Gibbons, "Plucking the Feathered Dinosaur", Science, volume 278, Number 5341 Issue of 14 Nov 1997, pp. 1229 - 1230  [uparrow]
7- Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, p. 130  [uparrow]
8- Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, p. 132  [uparrow]
9- Ətraflı məlumat üçün bax: Harun Yahya, Hayatın Gerçek Kökeni, İstanbul, 2000  [uparrow]

 

/ Quşlar 898