İnsan bədəni YAŞAYAN MAŞIN: İNSAN

YAŞAYAN MAŞIN: İNSAN


Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.. "(İnfitar surəsi, 6-7)

 

İnsan orqanizmini tamamilə başqa bir "aləm"ə, yaşayan bir "maşın"a bənzətmək olar. Bu maşının daxilində ən müasir texnologiyalardan daha üstün cihazlar, Allahın diləməsilə şüurlu hərəkət edən  mütəxəssisləşmiş işçilər, tam təchizatlı əsgərlər və bir çox sistem mövcuddur. Orqanizmin daxilindəki sistemlərdə mövcud olan bu nizamı və hər yerində nümayiş olunan üstün dizaynı yaradan aləmlərin Rəbbi Uca Allahdır.

 

Beyin/ Komputer

 Beyin bir komputerdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini tək başına yerinə yetirir. Bu rəqəm, beyində elektrik alış-verişini edən 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə, çox kiçik görünür. Üstəlik, beynin dad və qoxu siqnallarını qəbul etmə mexanizminə bənzər bir sənaye məhsulu da mövcud deyil.   

 

Əzələ və sümük

Əzələlərin hərəkəti soyuq havalarda bədən temperaturunun artmasını təmin edir. Əzələlər bu yolla bədən temperaturunun 90 faizini təmin edirlər. Tərləmə isə bədən temperaturunun artdığı vəziyyətlərində ideal bir sərinləmə mexanizmidir. Bir-birini tarazlayan bu iki sistem bədən temperaturunu sabit saxlamaq üçün fəaliyyət göstərir. Bu sistem hər hansı bir kondisionerdən daha sürətli işləyir və daha dəqiq nəticə əldə edir.

 

Hormonlar/ Məlumat daşıyıcılar

Orqanizmdə hər şey bir-biri ilə əlaqəlidir. Əksər məlumatlar böyük molekullardan təşkil olunmuş hormonlar vasitəsilə ötürülür. Hormonların daşıdığı xəbər paketinin üzərində alıcının ünvanı yoxdur. Hormonlar qan damar sistemində və neyronlarda dağınıq şəkildə dövr edirlər. Ancaq paket həmişə doğru ünvana çatır. Çünki faylı götürən orqanlar bu xəbərləri bilən xüsusi qəbuledicilərlə təchiz edilmişlər.

 

Böyrəklər/Süzmə

Nefron adlı bir milyona qədər mini filtr sayəsində insan böyrəyi gündə 140 l qan süzür. Dəqiqədə isə təxminən 1 dl (bir litrin onda biri) qan, təxminən 80 il ərzində heç dayanmadan bu süzmə əməliyyatından keçir. Sənaye tullantıları üçün istifadə edilən təsisatlar böyrəklərdən daha böyükdür. Ancaq ömürləri böyrəklərlə müqayisə edilməyəcək qədər qısadır. Həmçinin, filtrdən keçirdikləri maddələrin quruluşu qandan daha sadədir. Böyrək hər cür süzmə aparatından daha kompleks və məhsuldardır.  

 

Ürək/Nasosla vurma sistemləri

Hələ ana bətnində ikən döyünməyə başlayan ürək dəqiqədə 70-200 dəfə döyünməklə fasiləsiz işləyir. Hər döyünmə arasında  maksimum yarım saniyə fasilə edir. Bir gün ərzində təxminən 10.000 dəfə döyünür. 60 kq çəkili bir insanın ürəyi istirahət zamanı orta hesabla 6.5 l qan vurur. Bir ömür boyu ürək həcmi 300 m3 olan 500 hovuzu dolduracaq qədər qan vurur. Süni nasoslar bu qədər uzun müddət yüksək məhsuldarlıqla işləyə bilmirlər.

 

Qol/Ekskavator

Qol qaldırıcı kran kimi işləyir. Dayaq nöqtəsi kimi dirsəkdən istifadə edərək və üzərindəki əzələləri sıxıb açaraq hərəkət edir. Ekskavatorlar da eyni prinsiplə işləyirlər. Ancaq bu maşın hər zaman eyni ritmdə işləyir. Halbuki qol, əzələlərin bükülməsini ağırlığa görə tənzimləyə bilir.

 

Göz/Fotoşəkil aparatı  

Gözün tor qişası bütün maddələr içərisində işığa ən həssas olanıdır. İşığı qəbul edən müxtəlif hüceyrələr görmə sahəsindəki ən yaxşı görüntünü tutacaq şəkildə təşkil edilmişdir. Bundan əlavə, göz avtomatik fokuslama qabiliyyətinə malikdir ki, bu da xarici mühitin işıq dəyərinə görə həssaslığını nizamlayır. Bu cür xüsusiyyətlərilə göz dünyadakı bütün kameralardan və ya fotoaparatlardan daha üstündür.

 

Qulaq seyvanı

İnsanın daxili qulağındakı kirpikli hüceyrələr mikrofon kimi havadakı titrəyişləri elektrik siqnallarına çevirir. Qulaq yalnız 20-20000 hz aralıqda tezlikli səsləri qəbul edir. Bu insan üçün seçilmiş ən ideal aralıqdır. Əgər insanın eşitmə aralığı daha geniş olsaydı, yerdəki qarışqanın ayaq səslərini və ya atmosferdəki yüksək tezlikli səs dalğalarını belə eşidərdi. Daimi bir səs-küyün olduğu belə bir vəziyyət isə insan üçün heç də rahat olmazdı.

 

İmmun sistemi

Orqanizmimiz 200 milyard limfosit (ağ qan hüceyrəsi) tərəfindən qorunur. Əsgərlər kimi onların da kəşfiyyat sistemi, silahları və xüsusi döyüş taktikaları var. Ancaq dünyadakı heç bir ordu immun sistemi qədər dəqiq, qüsursuz və müvəffəqiyyətli deyil.

 

Hüceyrə/Mühərrik

Hüceyrə yanacaq baxımından çox tutumlu mühərrikdir. Yanacaq olaraq ATF adlandırılan kiçik molekullardan istifadə edir. Bu molekullardan istifadə edərkən göstərdiyi məhsuldarlıq isə bütün mühərriklərdən daha yüksəkdir. Həmçinin hüceyrə heç bir texnoloji cihazın edə bilməyəcəyi bir çox və kompleks əməliyyatı eyni anda yerinə yetirə bilir.

/ İnsan bədəni 621