İnsan bədəni Ürəyin özünü bərpa etməsi

Ürəyin özünü bərpa etməsi


Bədənimizdə fərqinə varmadığımız, cox vaxt da varlığından belə xəbərdar olmadığımız hadisələr böyük nizam içində meydana gəlir. Həyatımız üçün vacib olan orqanlarımızı öz iradəmizlə işlədə bilmirik. Orqanlarımız Rəbbimizin möcüzə olaraq yaratdığı qüsursuz sistemlərdən biridir. Bu orqanların hər biri insan hələ ana bətnində kiçik bir hüceyrə şəklində ikən fəaliyyətə başlayır və ölənə qədər vəzifəsini qüsursuzca yerinə yetirir.

İnfarkt zamanı qanın ürəyə axması anidən dayanır, ürək hüceyrələri ölür və ürəkdə bərpası mümkün olmayan zərərlər meydana gəlir. Ürəkdə ortaya çıxan bu təxribatla xəstə bundan sonrakı həyatına həyat səviyyəsi aşağı düşmüş şəkildə davam edir.

Bir müddət əvvəl, digər orqanların əksinə ürəyin özünü yeniləmə xüsusiyyətinə sahib olmadığı düşünülürdü. Lakin bu zərərin bədən tərəfindən kompensasiya edildiyi məlum oldu. Uşaqlarda ürəyin inkişafında açar rol oynayan timosin beta 4 (TB4) adlı zülal yetkinlərin ürəyində ’’yuxudakı’’ kök hüceyrələrini oyandırır. Bir çox canlının toxumalarında olan α 1 ve β 4 olmaqla iki tip timosin adlanan bu kiçik zülallar bədəndəki hüceyrələri yenidən proqramlama xüsusiyyətinə sahibdirlər. Hal-hazırda dərman kimi verilən bu zülal kök hüceyrələrə ürəyin bərpa olunması ilə bağlı bir kod yollayır. Beləliklə, başqa müalicə lazım olmadan ürək özü özünü müalicə edir. Dərman şəklində verilən bu zülal kök hüceyrələrinin ürək və damar hüceyrələrinə çevrilməsini təmin edərək ürəyin çalışmasını 25% artırır, zərər görmüş ürək hüceyrələrini bərpa edir və ürəyi qidalandıran damarların artmasına, əzələlərin öz-özünü bərpa etməsinə yardım edir.

/ İnsan bədəni 1478