İnsan bədəni Enerji istehsal etmək üçün çalışan molekullar

Enerji istehsal etmək üçün çalışan molekullar


Dərin nəfəs alın... Nəfəs almaq bizi rahatladan bir şeydir. Bəs bunun,  əslində, bədənimizdəki yanma reaksiyası üçün baş verdiyini bilirdinizmi?

Enerji istehsalı üçün qəbul etdiyimiz şəkərli qidalar bədənimizdə oksigendə yanır və oksigen əldə etmək üçün də nəfəs alırıq.

Bədənimizi təşkil edən ən kiçik struktur hissəciyi hüceyrələrdir. Hüceyrələr kiçik batareyalara bənzəyir və enerji istehsal etmək üçün mürəkkəb reaksiyalar aparırlar. Enerji əldə etmək üçün istifadə edilən ən əhəmiyyətli molekul oksigendir. Bu, maşın mühərrikində havadakı oksigenin qığılcımla birləşməsi nəticəsində yanan benzindən enerji ayrılması kimi hüceyrələr də xüsusi fermentlərdən istifadə edərək oksigenlə şəkər molekulunu yandırırlar. Əlbətdə ki, bu proses daha nizamlı şəkildə və dəqiqliklə gerçəkləşir.

Enerji emalında fəaliyyət göstərən molekullar

Kimyəvi proses zamanı hüceyrənin ehtiyacı olan enerjinin yaranması üçün 1 qlükoza molekulu 6 oksigen molekulu ilə reaksiyaya girir. Bunun nəticəsində 6 karbondioksid molekulu və 6 su molekulu əmələ gəlir.

Hüceyrənin şəkəri parçalamasının ilkin mərhələsi qlikoliz adlanır və bu proses hüceyrənin içindəki sərbəst sahədə həyata keçir. Bu mərhələdə hələki oksigen yoxdur. Oksigen yandırma qabiliyyəti yüksək və zərərli maddə olduğundan hüceyrə içində mitoxondri adlı xüsusi enerji stansiyasında saxlanılır.

Qlikoliz prosesində 10 fərqli ferment iştirak edir. Bu fermentlər 10 mərhələli proseslə hüceyrənin içinə daxil olan şəkəri (C6H12O6) oksigenlə yanacaq hala gətirməyə çalışır və şəkəri iki bərabər hissəyə parçalayırlar. Əmələ gələn yeni molekun adı triozadır (C3H6O3). Trioza artıq mitoxondrinin içinə girə bilər.

Mitoxondrinin içində trioza yeni reaksiya və proseslərə daxil olacaq. Trioza mitoxondrinin içində “Limon duzu dövranı” adlı 8 fermentin iştirak etdiyi zəncirvari yanma reaksiyalarına daxil olur. Bu mərhələdə ilk dəfə oksigenlə qarşılaşır və ilk yanma reaksiyası baş verir. Artıq trioza fərqli molekula çevrilir və prosesin mərhələləri davam edir. Zəncirvari reaksiyalar nəticəsində oksigendə daha çox yana bilən molekullardan yüksək miqdarda enerji əldə edilir.

www.insanmucizedir.imanisiteler.com

Enerji istehsalı oksigenin iştirakı ilə baş verəndə çıxım 15 dəfə artır

Oksigen daim ehtiyacımız olan maddədir. Əgər oksigen olmasa, sadəcə 4 dəqiqə yaşaya bilərik.

Hüceyrənin tənəffüsü üçün lazım olan 5 əhəmiyyətli şey var.

Çayınıza, yaxud da qəhvənizə qatdığınız şəkər sonsuza qədər gözləsəniz belə heç vaxt ikiyə bölünüb triozaya çevrilməz. Şəkəri iki bərabər hissəyə bölən qlikoliz prosesi sadəcə hüceyrə daxilindəki 10 pilləli proses nəticəsində həyata keçə bilər.

İstehsal edilən triozalar oksigenlə dolu şarın içinə qoyulsa belə, öz-özünə karbondioksid, su və enerji yaranmaz. Mitoxondri adlı enerji stansiyası, onun içindəki limon duzu dövranını meydana gətirən fermentlər və daha çox şəkər yandıran zəncirvari reaksiyalar olmadan lazımi enerjini əldə edilə bilməz.

Bir molekul şəkərin oksigendə yanması üçün 20-dən çox ferment və daşıyıcı molekul fəaliyyət göstərir. Bunun üçün 300-dən çox amin turşusunun düzgün sıra və sayda birləşməsi, hər birinin öz vəzifəsini bilməsi lazımdır. Canlılarda zülallar təbiətdə mövcud olan 20 müxtəlif amin turşusundan sintez olunur. Hər bir amin turşusunun doğru sıra və növdə olması 1/20300 ehtimaldır və bu, “zülalın təbiət qanunları ilə təsadüfən yaranması ehtimalı sıfıra bərabərdir”,- deməkdir

Fermentlər və zülallar enerji istehsal etmək üçün müəyyən tərtiblə zəncirvari reaksiyalar yaradaraq prosesə daxil olurlar. Məsələn, sianidlə zəhərlənmədə elektron ötürmə zəncirində yalnız bir ferment deaktiv olur, arsenlə zəhərlənmədə isə limon duzu dövranında yalnız bir ferment deaktiv olur. Ancaq hər iki zəhərlənmə də çox qısa müddətdə ölümlə nəticələnir. Hüceyrədə kifayət qədər şəkər və oksigen olsa da, fermentlərdən hansısa birinin fəaliyyət göstərməməsi belə lazımi enerjinin yaranmamasına səbəb olur.

Şəkərin yanmasından sonra yaranan enerji həmin vaxt istifadə edilə bilmir. Hüceyrələr bu enerjini istifadə ediləcək hala gətirmək üçün xüsusi sistemlərlə enerjini sanki batareya kimi ATF adlı üzvi molekulun içinə yığır.

 

ATF adlı enerji saxlayan molekul istehsal edən xüsusi zülal lazım gələndə onu parçalayaraq enerjini sərbəst buraxmaq üçün başqa zülallardan istifadə edir və bu proses daim davam edir.

Hüceyrənin hansısa prosesi özbaşına düşünməsi mümkün deyil. Bunun üçün tədqiqatlar aparmalı, hər dəfə düzgün hesablamalarla doğru nəticələr əldə etməlidir. Həmin proseslər həyat üçün riskli nəticələr yaratdığı üçün bu mümkün deyil. Bu qədər mükəmməl sistemin olması yaradılış həqiqətidir. Allah insan bədənində bu mükəmməl nizama şərait yaradan təbiət qanunları var edib. Bu bizlərə bütün kainatı Allahın yaratdığını və bu yaradılışda bir məqsəd və hikmət olduğu həqiqətini yenidən xatırladır. Allah bir ayədə belə buyurur:

Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman Surəsi, 11)

www.evrimyalani.imanisiteler.com

Həyatımızın bir molekuldan asılı olması, əslində, bizə Allaha nə qədər möhtac olduğumuzu xatırladır. İnsan öz bədənində baş verənləri elmi biliyi olmadan anlamayacaq qədər acizdir. Buna görə Allaha təslim olmalı və heç nəyin boşuna yaradılmadığını anlamalıdır. Çünki dünyadakı nizam-intizam insana gerçəkləri göstərir, hər şey mükəmməl şəkildə bir-birinə uyğun və qüsursuzdur. Ayədə bu həqiqət belə bildirilir:

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”. (Talaq surəsi, 12)

Hüceyrələrin enerji istehsal etməsi təsadüflərlə açıqlana bilməz

Heç bir hüceyrə orqanoidinin biloji bir prosesi öyrənməyə, sözün əsl mənasında, fürsəti yoxdur. Çünki hüceyrə yarandığı anda belə funksiyaları yerinə yetirəcək xüsusiyyətlərə malik olmayıb daha sonra zaman ərzində onu əldə edə bilməsi mümkün deyil. İnsan yarandığı andan etibarən bu sistem bədənində bütöv şəkildə mövcuddur. Əks təqdirdə enerji istehsalında əsas rolu olan oksigen hüceyrəni dərhal məhv edər. Bu halda hüceyrə yarandığı vaxt eyni zamanda oksigenə qarşı qüsursuz sistemlə əhatə olunmalıdır. Yalnız bunun sayəsində özünü yox edə bilən bu qazı alıb əvəzində həyatını davam etdirmək üçün ən əsas ehtiyacını, yəni enerjini istehsal edə biləcəkdir.

Mitoxondrinin məqsədi oksigen istifadə edərək enerjini istehsal etməkdir. Bunu da arxa-arxaya çalışan həmin fermentlər sistemi olmadan bacara bilməz. Bu fermentlər ya canlıda bütöv şəkildə var, ya da yoxdur və sonrakı nəslə irsiyyət yolu ilə, yəni DNT-də saxlanan məlumat vasitəsilə ötürülə bilərlər. Heç bir canlı öz-özlüyündə belə bir kompleksliyi öyrənə bilməz. Bu sistem o qədər mürəkkəbdir ki, insanın zəkası bu gün bütün imkanlarından istifadə etsə də, bu cür sistemi qurmağa qadir deyil.

/ İnsan bədəni 150