İnsan bədəni Canlı maşın: insan

Canlı maşın: insan


"Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.. "(İnfitar surəsi, 6-7)

İnsan orqanizmi tamamilə ayrı bir "aləm"dir, yaşayan bir "maşın" kimidir.

Bu maşının içərisində ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, Allahın diləməsi ilə şüur nümayiş etdirən mütəxəssisləşmiş işçilər, tam təchizatlı əsgərlər və bir çox sistem mövcuddur. Orqanizmin daxilindəki sistemlərdə mövcud olan bu nizamı yaradan aləmlərin Rəbbi Uca Allahdır. Beyin bir kompüterdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini tək başına yerinə yetirir. Bu rəqəm, beyində elektrik alış-verişini edən 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə, çox kiçik görünür. Üstəlik beynin dad və qoxu siqnallarını qəbul etmə mexanizminə bənzər bir sənaye məhsulu da mövcud deyil.   

Əzələ və sümük

Əzələlərin hərəkəti soyuq havalarda bədən temperaturunu artırır. Əzələlər bu yolla bədən temperaturunun 90 faizini təmin edirlər. Tərləmə isə bədən temperaturunun artdığı vəziyyətlərdə ideal bir sərinləmə mexanizmidir. Bir-birini tarazlayan bu iki sistem bədən temperaturunu sabit saxlamaq üçün fəaliyyət göstərir. Bu sistem hər hansı bir kondisionerdən daha sürətli işləyir və daha konkret nəticə əldə edir. Orqanizmdə hər şey bir-biri ilə ünsiyyətdədir. Əksər xəbərlər böyük molekullardan təşkil olunmuş hormonlar vasitəsilə gəlir. Hormonların daşıdığı xəbər paketinin üzərində alıcının ünvanı yoxdur. Hormonlar qan damar sistemində və neyronlarda dağınıq şəkildə dövr edirlər. Ancaq paket həmişə doğru ünvana çatır. Çünki faylı götürən orqanlar bu xəbərləri bilən xüsusi alıcılarla təchiz edilmişlər.

Böyrəklər/Süzmə

Sayı bir milyona çatan nefronlar (mini filtr) sayəsində insan böyrəyi gündə 140 l qan süzür. Dəqiqədə isə təxminən 1 dl (bir litrin onda biri) qan, təxminən 80 il ərzində heç dayanmadan bu süzmə əməliyyatından keçir. Sənaye tullantıları üçün istifadə edilən təsisatlar böyrəklərdən daha böyükdürlər. Ancaq ömürləri böyrəklərlə müqayisə edilməyəcək qədər qısadır. Üstəlik filtrdən keçirdikləri maddələrin quruluşu qandan daha sadədir. Böyrək hər cür süzmə aparatından daha kompleks və məhsuldardır.  

Ürək döyünmə sistemi

Hələ ana bətnində ikən döyünməyə başlayan ürək dəqiqədə 70-200 dəfə vurmaqla fasiləsiz işləyir. Hər döyünmə arasında  maksimum yarım saniyə fasilə olur. Bir gün ərzində təxminən 10.000 dəfə döyünür. 60 kq ağırlığındakı bir insanın ürəyi fasilə ərzində orta hesabla 6.5 l qan vurur. Bir ömür boyu ürək həcmi 300 m3 olan 500 hovuzu dolduracaq qədər qan vurur. Süni nasosla vurma sistemləri bu qədər uzun müddət yüksək məhsuldarlıqda işləyə bilməzlər.

Göz/Fotoşəkil aparatı  

Gözün tor qişası bütün maddələr içərisində işığa ən həssas olanıdır. İşığı qəbul edən müxtəlif hüceyrələr görmə sahəsindəki ən yaxşı görüntünü tutacaq şəkildə təşkil edilmişdir. Bundan əlavə, göz avtomatik fokuslama qabiliyyətinə malikdir ki, bu da xarici mühitin işıq dəyərinə görə həssaslığını nizamlayır. Bu cür xüsusiyyətləri ilə göz dünyadakı bütün kameralardan və ya fotoaparatlardan daha üstündür.

Qulaq

İnsanın daxili qulağındakı kirpikli hüceyrələr mikrofon kimi havadakı titrəşmələri elektrik siqnallarına çevirir. Qulaq yalnız 20-20000 sürət arası tezliklərdəki səsləri qəbul edir. Bu sürət arası məsafə insan üçün seçilmiş çox ideal məsafədir. Əgər insanın eşitmə məsafəsi daha geniş olsa, yerdəki qarışqanın ayaq səslərini və ya atmosferdəki yüksək tezlikli səs dalğalarını da qəbul edərdi. Daimi bir səs-küyün yaşanacağı belə bir vəziyyət isə insan üçün heç də rahat olmazdı.

İmmun sistemi

Orqanizmimiz 200 milyard limfosit (ağ qan hüceyrəsi) tərəfindən qorunur. Əsgərlər kimi onların da kəşfiyyat sistemi, silahları və xüsusi döyüş taktikaları var. Ancaq dünyadakı heç bir ordu immun sistemi qədər dəqiq, qüsursuz və müvəffəqiyyətli deyil.

Hüceyrə/Mühərrik

Hüceyrə yanacaq baxımından olduqca tutumlu mühərrikdir. Yanacaq olaraq ATF adlandırılan kiçik molekullardan istifadə edir. Bu molekullardan istifadə edərkən göstərdiyi məhsuldarlıq isə bütün mühərriklərdən daha yüksəkdir. Həmçinin hüceyrə heç bir texnoloji cihazın edə bilməyəcəyi bir çox və kompleks əməliyyatı bir yerdə həyata keçirir.


Beyin/ Komputer

 Beyin bir komputerdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini tək başına yerinə yetirir. Bu rəqəm, beyində elektrik alış-verişini edən 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə, çox kiçik görünür. Üstəlik, beynin dad və qoxu siqnallarını qəbul etmə mexanizminə bənzər bir sənaye məhsulu da mövcud deyil.   

Hormonlar/ Məlumat daşıyıcılar

Orqanizmdə hər şey bir-biri ilə əlaqəlidir. Əksər məlumatlar böyük molekullardan təşkil olunmuş hormonlar vasitəsilə ötürülür. Hormonların daşıdığı xəbər paketinin üzərində alıcının ünvanı yoxdur. Hormonlar qan damar sistemində və neyronlarda dağınıq şəkildə dövr edirlər. Ancaq paket həmişə doğru ünvana çatır. Çünki faylı götürən orqanlar bu xəbərləri bilən xüsusi qəbuledicilərlə təchiz edilmişlər.

Qol/Ekskavator

Qol qaldırıcı kran kimi işləyir. Dayaq nöqtəsi kimi dirsəkdən istifadə edərək və üzərindəki əzələləri sıxıb açaraq hərəkət edir. Ekskavatorlar da eyni prinsiplə işləyirlər. Ancaq bu maşın hər zaman eyni ritmdə işləyir. Halbuki qol, əzələlərin bükülməsini ağırlığa görə tənzimləyə bilir.

 

 

/ İnsan bədəni 992