İnsan bədəni Bədənimizdəki elektrik sistemi

Bədənimizdəki elektrik sistemi


Bədəniniz hər gün müntəzəm qulluq tələb edən elektriklə işləyən texnoloji cihaz kimidir. Bir əzələniz hərəkət etdikdə elektrik yük boşalması əmələ gəlir. Beyinin əmrlərini daşıyan siqnallar elektrikdir. Bundan əlavə, orqanizmdən beyinə doğru hərəkət edən bütün duyğu siqnalları elektrikdir. Hüceyrənin bölünməsi, ürəyin döyünməsi də elektrikdir. Əslində, bütün  kimyəvi reaksiyalar elektrikdir, çünki molekulyar səviyyədə elektronlar ötürülür, paylanır və ya dəyişikliyə məruz qalır. İnsan orqanizmində elektrik olmayan heç nə yoxdur. Siz dincəlmək üçün uzandıqda belə enerji hasilatı ilə əlaqədar çətin proseslər sizin iradənizdən asılı olmayaraq baş verir: ürəyiniz döyünür, ağciyərlərinizə oksigen gedir və s.

Bir sözlə, insan orqanizmi həyatda qalmaq üçün elektro-kimyəvi enerji sistemindən istifadə edir. Bədənimizin elektriklə işləyən hissəsini sinir sistemi təşkil edir. Bir qəza və ya şikəstlik olmadıqca bədənimiz həm elektrik hasil edir, həm də hasil etdiyi elektrik enerjisi ilə gecə-gündüz fəaliyyət göstərir. Canlılardakı elektrik sistemi metallardakı elektrik sistemlərindən daha çox üstünlüyə malikdir. Bu üstünlüklərdən biri bioloji sistemlərin öz-özlərini təmir etməsidir. Məsələn, barmağınız kəsildikdə qısa zaman ərzində bu yara sağalır.

/ İnsan bədəni 1052