Heyvanlar aləmi Tısbağaların güclü zirehləri

Tısbağaların güclü zirehləri


• Tısbağa zirehinin anatomik quruluşu
• Tısbağa qabığının qalın zirehinin yaradılışındakı hikmətlər nələrdir?

Bədənləri üzərində sümük lövhələrdən əmələ gəlmiş xarici skelet (bağa) olan tısbağalar güclü bir zirehə malikdir. Allah bu canlıların qabıqlı zirehlərini müxtəlif hikmətlərlə xüsusi olaraq yaratmışdır. İndi bu xüsusiyyətləri sıra ilə araşdıraq:

Tısbağa zirehinin xüsusi yaradılmış anatomik quruluşu:

Tısbağaların zirehinin üst qisminə karapaks, alt qisminə isə plastron deyilir. Allah tısbağaların qabıq qismini skelet sisteminin bir parçası olaraq yaratmışdır. Yalnız baş, ayaq və quyruq hissələri bu orqanların çölə çıxa bilməsi üçün açıqdır. Bunun xaricində qalan bütün qisimlər alt, üst və yanlardan bir-birinə möhkəmcə birləşmiş sümük lövhələrlə örtülmüşdür. Sümük lövhələrin üstü epidermis mənşəli keratin lövhələr ilə örtülüdür. Bu sümük zireh skeletin bir parçası olduğundan tısbağa bu polad zireh xaricində əsla yaşaya bilməz. Qabıq skelet təbəqə halında altdan yuxarıya doğru böyüyür.

Bütün tısbağa növləri ağciyər vasitəsilə nəfəs alır. Allah bu canlıların ağciyərlərini kürəyə doğru və qabığa yapışmış olaraq yaratmışdır. Ağciyərləri qoruyan qabırğalar da bu polad zirehin üst hissəsinin altındadır. Ancaq suda yaşayan tısbağalarda isə "kloak tənəffüsü" (Bəzi canlılarda həzm, ifrazat və reproduktiv tullantıları tək bir nöqtədən atılır. Buna kloak tənəffüsü deyilir) görülür.

Dəri ilə tam olan bu qabıq, eynilə insan dərisinin özünü yeniləməsi əsnasında ölü dərinin zamanla tökülməsi kimi, təbəqə halında atılır və yenilənir. Bəhsi keçən ağır zireh, bu canlının quruda sürətli getməsini çətinləşdirir. Ancaq Allahın bu canlıda yaratdığı qabığın çox böyük hikmətləri vardır.

Şübhəsiz ki, Allah təbiətdəki hər şeyi sonsuz elm və qüdrətlə yaratmışdır. Tısbağalar da uca Allahın bu elm və qüdrətinin əsəridir. Bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allahdır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. Quranda bu həqiqət belə bildirilir:

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır. (Sad surəsi, 66)

www.evrimteorisi.com

Tısbağa qabığını qalın zirehinin yaradılışındakı hikmətlər:

• Quru tısbağaları mart və oktyabr ayları arasında qış yuxusuna gedirlər. Bu canlıların qış yuxusu əsnasında ürək döyüntüsü və tənəffüs kimi zəruri funksiyalarında yavaşlama olur. Bu baxımdan, digər qış yuxusuna gedən canlılara bənzərlik göstərirlər. Lakin digər qış yuxusuna gedən canlılardakı kimi yağ anbarları olmur. Məhz bu canlının qış yuxusu əsnasında həyatını davam etdirməsi üçün Allah bu canlıların qaraciyər və böyrək tiplərini xüsusi olaraq yaratmışdır. Bu məqamda qabığın xüsusi quruluşu da fəaliyyətə keçir və bədənimizi qoruyan sümüklər kimi kalsium anbarı olaraq istifadə edilir. Qış yuxusuna gedən tısbağa növlərinin qanlarındakı elektrolit sıxlığının və turşu-əsas tarazlığının qorunmasında qabıqdakı bu kalsium anbarı təsirli olur və tısbağaların qış yuxusu əsnasında həyat fəaliyyətlərini davam etdirməsini təmin edir. Qış yuxusu əsnasında bədən funksiyalarının yavaşlaması ilə böyrək və qaraciyər də bu vəziyyətə uyğunlaşır.

• Tısbağalar yumurtlayaraq çoxalan canlılardır. Yumurta sayı tısbağa növlərinə görə dəyişir. Məsələn, dəniz tısbağaları 70-180 arasında, şahin dimdikli tısbağa (Eretmochelys imbricata) 242, Chelonia mydas növü 1.100-dən daha çox yastı çanaqlı tısbağa növü (Malacochersus tornieri) ilə böyük başlı tısbağa növü (Platysternon megacephalum) isə bəzən iki yumurta qoyur. Bu yumurtaların ətrafını örtən kalsiumdan ibarət qoruyucu xarici qabığın əsas vəsaiti yenə kalsium anbarı olan qoruyucu qabıqdan qarşılanır.

• Olduqca yumşaq bədəni olan tısbağalar yavaş hərəkət etdikləri üçün digər canlılar tərəfindən asanlıqla ovlana bilirlər. Lakin uca Rəbbimiz bu canlıların asan ovlanmasının qarşısını almaq və nəsillərini davam etdirə bilmək üçün qabırğaları ilə onurğalarının bir-birinə qaynaması nəticəsində ortaya çıxan sərt bir xarici qabıq yaratmışdır. Tısbağalar qorxduqları zaman, baş, ayaq və quyruqlarını bu qabıqların içinə çəkirlər. Beləcə, yarana biləcək hər cür təhlükəyə qarşı özlərini qoruya bilirlər.

• Yumurtadan çıxdıqdan sonra müdafiəsiz halda olan tısbağa balaları, sərt xarici qabıq ilə doğulurlar. Tısbağa rüşeymlərində əvvəl qabırğalar, daha sonra da onurğalar inkişaf edir. Balalar boylarına uyğun olan qabıqlı zirehləri ilə yumurtadan çıxaraq doğulurlar. Tısbağa böyüdükcə qabıq zirehləri da böyüyür. Qabığın bu inkişafı balaları qoruyan bir qalxan əmələ gətirir.

• Güclü bir qoruma təmin edən qabıq eyni zamanda tərkibindəki dəmir, kalium və maqnezium ilə laktik turşu təcrübəsinin qarşısını alır. Bunun nəticəsində, tısbağaların suda yaşayan növləri digər onurğalılara nisbətən su altında daha uzun müddət qalır.

• Allah suda yaşayan canlıların üzmələrini bizim onurğamızın bədənimizi yerimək üçün tarazlaşdırdığı kimi yaratmışdır. Məsələn, suda yaşayan tısbağaların xarici qabığı üzərindəki xətt eynilə gəmilərdəki karina kimi (gəminin su altında qalan xarici qismi), suda tarazlıqda qalmalarını təmin edir. Həmçinin yıxıldıqları və ya tərsinə çevrildikləri zaman təkrar düzəlmələrinə kömək edir. Çünki tısbağaların ən həssas yerləri qabıqlarının altında olan qarın bölgəsidir. Allahın tısbağa qabıqları üzərində yaratdığı bu tarazlıq nöqtəsi olmasa idi, tısbağa tərs çevriləndə günəş vurmasından ölə bilərdi.

• Tısbağa soyuqqanlı canlı olduğundan bədənini isitməsi çox əhəmiyyətlidir. Allahın yaratdığı bu qoruyucu zireh temperatur tənzimlənməsinə xidmət edir və tısbağanı isindirir.

Göründüyü kimi, Allah tısbağaları özlərini qoruyacaqları və həyatlarını asanlıqla davam etdirəcəyi fərqli xüsusiyyətlərlə birlikdə var etmişdir. Mülk surəsində Allah kainatdakı bu qüsursuz ahəngi belə xəbər vermişdir:

"... Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir."(Mülk surəsi, 3-4)

Tısbağalar uca Allahın yaradılış sənətinə nümunəvi canlılardır

→ Dənizdə yaşayan ən böyük tısbağa dəri kürəkli nəhəng dəniz tısbağasıdır (Dermochelys cariacea). 2 metr boya, 450 kq ağırlığa malikdir.
→ Şirin sularda yaşayanların ən böyüyü timsah səsli tısbağa (Macroclemys temminckii), təxminən bir metr uzunluğunda, 100 kq ağırlıqdadır.
→ Quruda yaşayan tısbağaların ən böyükləri Qalapaqos, Seyşel və Aldabra arxipelaqlarında yayılmış nəhəng tısbağalardır (Chelonoidis və ya Testudo Elephantopus). Dünyaca məşhur bu nəhənglərin boyları 120 sm, ağırlıqları isə 300 kq-ə qədərdir.
→ Tısbağalar çox uzun yaşayan canlı növləri arasındadır. Aldabra adasında yaşayan Geochelone gigantea sumeirei alt növünün 152 yaşına çatdığı müəyyən olunmuşdur.

www.yaratilisatlasi.com

Tısbağaların qabığındakı xüsusiyyətlər Allahın yaradılış dəlillərindən yalnız biridir. Allah hər canlını olduğu mühitə ən uyğun, həyatını və nəslini davam etdirə biləcəyi, ruzisini tapa biləcəyi ən üstün xüsusiyyətlərlə təchiz etmişdir. Sonsuz mərhəmətin və şəfqətin sahibi olan Rəbbimiz, heç bir canlıya rəhmətini və nemətini əsirgəməmişdir. Canlıların sahib olduqları bu xüsusiyyətlər inananlar üçün isə bir ayədir: "Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır."(Casiyə surəsi, 3-4)

Tısbağalar təkamül keçirməyiblər

Tısbağaların anatomik və fizioloji quruluşları, bu canlıların uca Allahın üstün yaradılışının bir nəticəsi olduğunu göstərir. Əgər tısbağalar təkamülçülərin iddia etdiyi kimi təkamüllə təsadüfən yaransa idilər, həm quruya, həm şirin suya, həm də dənizə uyğun sistem və orqanların eyni olması lazım idi. Halbuki sayılan bu fərqli mühitlərdə canlıların orqanları ehtiyaclarına görə ən mükəmməl tərzdə yaradılmışdır. Məsələn, dənizdə yaşayan növlərin bədən daxili maye sıxlığı və böyrək süzmə sistemləri ilə quruda və şirin sularda yaşayanların böyrək funksiyaları bir-birindən tamamilə fərqlidir. Yalnız tək bir nümunə belə bu canlıların təkamül keçirmədiyini sübut edir. Həmçinin tapılan tısbağa qalıqlarının indi yaşayan növləri ilə tam bir uyğunluq içində olması da tısbağaların uca Allahın yaratdığı mükəmməl canlılar olduğunu ortaya qoyur.

/ Heyvanlar aləmi 1466